Zülfiyyə Xanbabayeva qızının doğum günündə konsert verəcək
 |
O, bölgələrdə də oxumaq fikrindədir
Şənbə, 08.08.2009
|
|
Xəbər verdiyimiz kimi, müğənni Zülfiyyə Xanbabayeva konsert proqramına hazırlaşır. Sənətçinin qəzetimizə bildirdiyinə görə, konsert qızı Dənizin doğum günü ərəfəsində olacaq. "Bu barədə geniş danışmaq üçün kifayət qədər məlumatım yoxdur. Tarix və bir sıra işlər hazırlıq ərəfəsindədir. Yaxın günlərdə bu barədə ətraflı məlumat veriləcək. Onu da qeyd edim ki, ötən həftədən başlayaraq musiqiçilərlə məşq edirik".
Zülfiyyə Xanbabayeva konserti ərəfəsində nə təmtəraqlı səhnə söz verir, nə də böyük vədlər söyləyir: "Bu həmişə belə olub. Konsertdən əvvəl heç kim deyə bilməz ki, hər şey onun vədləri ilə üst-üstə düşəcək. Zülfiyyəni istəyən konsertə elə vədsiz də, təmtəraqsız da gələcək. Bircə onu deyə bilirəm ki, əsl konsert olacaq. İstər musiqiçilər, istər səhnə baxımından həmişə dinləyici zövqünü oxşamağa çalışmışam". Məşqdən qalan vaxtını istirahət üçün ayıran müğənni repertuardan da azacıq söhbət açdı. Dedi ki, onun yeni proqramı Rəşad Haşımovun rəhbərlik etdiyi musiqiçi qrupun müşayiəti ilə səhnə həllini tapacaq. Lakin konsertin keçiriləcəyi məkan hələ bəlli deyil. Söhbət əsnasında konsert layihəsini bölgələrdə də davam etdirmək fikrində olduğunu deyən müğənni belə dedi: "Bakıda konsert verdikdən sonra eyni proqramla bölgələrə qastrola çıxmağı düşünürəm. Bu layihə silsilə şəklində həyata keçiriləcək".
Bir çox həmkarlarından fərqli olaraq Zülfiyyə xanımın konsertlərini maliyyələşdirmək problemi yoxdur. Onun prodüseri Nigar Hacızadənin dediyinə görə, bu işlə özü birbaşa məşğul olur: "Həm də heç bir sponsor istedadı olmayan müğənniyə pul sərf etməz. Əgər sponsor hansısa müğənniyə külli miqdarda pul yatırırsa, əvəzində reklam olunmasını istəyir. İstedadı, səsi olmayan müğənni sponsora necə reklam gətirə bilər? Bir cox gənc ifaçılara pullar xərclənib. Amma bu gün onlar səhnədə yoxdur. Deməli, kimisə pulla müğənni eləmək olmaz. Müğənninin səsi olmalıdır".
|
|
|
|
|
|
Bölmənin digər xəbərləri
Rafiq Babayev haqqında elektron kitab hazırlanıb
Cazmen 1994-cü ildə "20 Yanvar" metrostansiyasında baş verən terror aktı nəticəsində həlak olub
Azərbaycanın sosial şəbəkəsi "beniz.az" oxuculara tanınmış caz bəstəkarı və pianoçusu Rafiq Babayev haqqında kitabın həftədə iki dəfə elektron versiyasını təqdim edir.
|
"Koroğlu"nun quruluşunu 6 rejissor həyata keçirəcək
"TÜRKSOY"un təşkilatçılığı ilə hazırlanan "Koroğlu" layihəsi ilə Türkiyədən, Qırğızıstandan, Qazaxıstandan, Bolqarıstandan, Tatarıstandan və Başqırdıstandan olan 6 quruluşçu rejissor məşğul olacaq.
|
Aktyor Yasin Qarayevin ssenarisi ekranlaşdırılır
Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-də yazıçı Etibar Struvinin "Tahirənin intiqamı" romanı əsasında 4 seriyalı film çəkilir.
|
Alla Puqaçova sentyabrın 4-də Bakıda konsert verəcək
Heydər Əliyev Sarayı mövsümü bu konsertlə açır
|
"Aşkı-memnu" qəhrəmanları həyatda gizli görüşürlər
Kıvanc Tatlıtuğ heç kimin onlara yaxınlaşmasına imkan vermir
|
Elza Seyidcahan məscid tikdirmək fikrinə düşüb
Onun hacılar üçün verəcəyi konsert xeyriyyə xarakteri daşıyacaq
|
Natəvan Həbibi qumsal adaya üz tutur
Klipini orada ekranlaşdıracaq
|
Nizami Cəfərov: ""Mədəniyyət haqqında" qanunda əsaslı düzəlişlər ediləcək"
Əsas məqsəd odur ki, televiziya və radiolarımızın mədəniyyət, incəsənət verilişlərinin səviyyəsi yüksəlsin
|
Nura öz yeni xarakterini Türkiyədə sərgiləyəcək
Fotosessiyası ya "Mardan Palace", ya da "Adam Yeva"da təqdim olunacaq
|
"Kurtlar vadisi"nin qəhrəmanları barışdı
7 illik sevgililər birlikdə şam ediblər
|
Qəbələdə musiqi festivalı keçiriləcək
Qəbələ rayonunda royal istehsal edən fabrikin açılışı gözlənir.
|
Sənətçilər tibbi sığortaya daha çox maraq göstərir
Aygün Kazımova: "Belə bir imkan yaradılsaydı, siyahıda birinci mən olardım
|
Tünzalə Ağayeva: "Səmimilik insanın danışığında yox, əməlindədir"
Sənətçinin sənətə və insanlara baxışı
|
Yaqub Zurufçu Azərbaycan vətəndaşı oldu
Tanınmış sənətçi Yaqub Zurufçuya Azərbaycan vətəndaşlığı verildi.
|
Tomas Qoltzun Azərbaycan muğamı haqqında sənədli filmi ABŞ-da mükafat alıb
Montana Universitetinin (ABŞ) professoru, "Azərbaycan gündəliyi" kitabının müəllifi Tomas Qoltzun Azərbaycanın "Qədim Şərq" muğam qrupu haqqında çəkdiyi 15 dəqiqəlik sənədli film Kaliforniyada keçirilən festivalda "Şərəf" mükafatı alıb.
|
Kaliforniyada azərbaycanlı uşaqların sərgisi
Kaliforniyanın Los-Altos şəhərində Buzovnada yerləşən uşaq evi sakinlərinin rəsm əsərlərinin sərgisi keçirilmişdir.
|
Maykl Duqlasın oğlu həbs edilib
Aktyor xəbərdən sarsılıb
|
|
|