Tünzalə Ağayeva: "Səmimilik insanın danışığında yox, əməlindədir"
 |
Sənətçinin sənətə və insanlara baxışı
Şənbə, 08.08.2009
|
|
Hər qadına milləti tərəfindən sevilmək nəsib olmur. Bunun üçün istedadlı, savadlı və gözəl insan olmaq gərəkdir. Bugünkü həmsöhbətim də bir çox etiraflar etdi. Etirafların biri də ondan ibarətdi ki, onu sevən insanların sayı onun üçün önəmli deyil. "Qoy məni bir insan sevsin, amma ürəkdən, qəlbdən sevsin" dedi. Verdiyi açıqlamaya görə, şəxsi həyatında da sevib-sevilir və həyatını bölüşdüyü yarı var.
Xoşbəxt qadındır, onu xoşbəxt edən imanıdır. Çoxları bu xanımı gələcəyin millət vəkili kimi görür. Amma özü söyləmişkən, müğənnilikdən əvvəl mahnı müəllifi idi və müğənni olmaq fikrinə düşməmişdi. Bu gün efir məkanında bu xanım tez-tez qonaq olur. Özü də onu təkcə oxumağa yox, həm də danışmağa, ciddi mövzular müzakirə etməyə dəvət edirlər. Sözsüz ki, bu söhbətləri dar düşüncəli, bəsit təfəkkürlü müğənnilərlə qurmaq mümkün deyil.
Deyir ki, avtomobili ikinci evinə çevrilib, günün yarısını yolda keçirir və eyni marşrutdan kənara çıxmır. Ev, səsyazma studiyası, verilişlər-çəkilişlər, konsert pavilyonları, fərdi tədbirlər, yenə də ev. Buna baxmayaraq ailəsinə, Fidan adlı bircə övladına yetərincə diqqət ayırmağa çalışır. Xeyirxahlığından, ibadətindən qalmır. Beləliklə, "Art-klub" rubrikasının bugünkü qonağı ən gənc əməkdar artist Tünzalə Ağayevadır.
- Siz sənətdə və cəmiyyətdə öz yerini tapan və çəkisi olan xanımların siyahısına aidsiniz.
Qadın olmağın ən böyük çətinliyi nədədir? - Öncə onu qeyd etmək istəyirəm ki, nəinki qadınların, ümumiyyətlə, vəzifəsindən və təbəqəsindən asılı olmayaraq hər kəsin ilk və ən vacib missiyası insan olmaqdır. Amma sözsüz ki, dünyaya övlad gətirib onu tərbiyə edib cəmiyyətə təslim etmək kimi çətin və eyni zamanda, şərəfli missiya Allah-Təala tərəfindən məhz qadınlara buyurulub. İstər-istəməz insan öz davranışı ilə öz ailəsini, tərbiyəsini nümayiş etdirir. Düzdür, "fors-major" hadisələr də baş verir - Allah iraq etsin, gözəl bir ananın uğursuz övladı ola, o pis yollara düşə bilər. Amma ana nəyin bahasına olursa olsun, övladını düz yola çəkməyə çalışmalıdır. Bütün elmlər içərisində ən çətin elm analıq elmidir. Hər şey mənəviyyata bağlıdır. Sən uşağı qızıla bələyib onu qızıl qəfəsdə saxlasan da, tərbiyəsi ilə məşğul olmasan, övladının mənəviyyatı formalaşmayacaq. - Qadını xoşbəxt etmək üçün nə lazımdır? - Əgər biz anadan danışırıqsa, onun ən böyük xoşbəxtliyi övladının sağlamlığı və evində, ocağında əmin-amanlığın bərqərar olmasıdır. Məncə, ən böyük xoşbətlik - mənəvi rahatlıqdır. Bilirsiniz, ana o qədər təmənnasız varlıqdır ki, Allahın sevdiyi keyfiyyətlər ən çox analarda müşahidə olunur. Elə məhz həmin o təmənnasız məhəbbət Allahdan sonra analarda var, heç atalarda da yoxdur. Belə bir atalar sözü də var ki, cənnət anaların ayaqlarının altındadır.
Övlad ana-ataya qarşı çıxırsa, ən böyük günah işlətmiş olur. Qadının psixoloji, sosioloji baxımdan rahatlığı varsa, bu, böyük xoşbəxtlikdir. Eyni zamanda, qadın ən zərif məxluqdur və hər zaman köməyə, dəstəyə, qayğıya ehtiyacı var. Bir düşünək: qadının övlad dünyaya gətirmə prosesində çəkdiyi ağrılara heç bir kişi tab gətirə bilməz. Ən böyük gözəllik ağrı ilə, göz yaşı ilə başlayır. Heç bir gözəllik yüngüllükdən, parıltıdan ibarət deyil, gözəlliyin kökündə çətinlik, əzab-əziyyət var.
Təbii ki, kişilərin də tam başqa, yenə də vacib missiyaları var. İnsan öz yarısına, valideynlərinə, ailəsinə, dostlarına bağlanır və haradasa onlardan asılı olur. Heç kəs deməsin ki, mən heç kimdən asılı deyiləm. Mən heç bir qadına, kişiyə tənhalıq arzu etmirəm, çünki biz mənən bir-birimizdən qidalanmalıyıq. - Bəs Tünzalə xanımın mənən "qidalandığı" yarı var? - Şəxsi həyatımla maraqlanan tamaşaçılarımı çox gözəl başa düşürəm, axı onların içərisində narahatlıq keçirənlər də var ki, görəsən, Tünzalənin həyatında hər şeyi bölüşə biləcəyi, onu sevən insan varmı? Onlara demək istəyirəm ki, rahat olun, həyatımı bölüşdüyüm yarım var! Amma bu xətdən o yana keçə bilmərəm. - Deməli, xoşbəxt qadınsınız? - Əlbəttə. Amma hər şeydən önəmlisi odur ki, bir azərbaycanlı xanımı, ana, qadın kimi mənliyimi, adımı qorumağa çalışmışam. - Müsahibələrinizin birində söyləmişsiniz ki, ən çox nifrət etdiyim insan da özüməm, ən çox sevdiyim insan da...
|
|
|
Oxşar xəbərlər:
"Azərbaycan incəsənəti dünya muzeylərində"
|
|
Bölmənin digər xəbərləri
Rafiq Babayev haqqında elektron kitab hazırlanıb
Cazmen 1994-cü ildə "20 Yanvar" metrostansiyasında baş verən terror aktı nəticəsində həlak olub
Azərbaycanın sosial şəbəkəsi "beniz.az" oxuculara tanınmış caz bəstəkarı və pianoçusu Rafiq Babayev haqqında kitabın həftədə iki dəfə elektron versiyasını təqdim edir.
|
"Koroğlu"nun quruluşunu 6 rejissor həyata keçirəcək
"TÜRKSOY"un təşkilatçılığı ilə hazırlanan "Koroğlu" layihəsi ilə Türkiyədən, Qırğızıstandan, Qazaxıstandan, Bolqarıstandan, Tatarıstandan və Başqırdıstandan olan 6 quruluşçu rejissor məşğul olacaq.
|
Aktyor Yasin Qarayevin ssenarisi ekranlaşdırılır
Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-də yazıçı Etibar Struvinin "Tahirənin intiqamı" romanı əsasında 4 seriyalı film çəkilir.
|
Alla Puqaçova sentyabrın 4-də Bakıda konsert verəcək
Heydər Əliyev Sarayı mövsümü bu konsertlə açır
|
"Aşkı-memnu" qəhrəmanları həyatda gizli görüşürlər
Kıvanc Tatlıtuğ heç kimin onlara yaxınlaşmasına imkan vermir
|
Elza Seyidcahan məscid tikdirmək fikrinə düşüb
Onun hacılar üçün verəcəyi konsert xeyriyyə xarakteri daşıyacaq
|
Natəvan Həbibi qumsal adaya üz tutur
Klipini orada ekranlaşdıracaq
|
Nizami Cəfərov: ""Mədəniyyət haqqında" qanunda əsaslı düzəlişlər ediləcək"
Əsas məqsəd odur ki, televiziya və radiolarımızın mədəniyyət, incəsənət verilişlərinin səviyyəsi yüksəlsin
|
Nura öz yeni xarakterini Türkiyədə sərgiləyəcək
Fotosessiyası ya "Mardan Palace", ya da "Adam Yeva"da təqdim olunacaq
|
"Kurtlar vadisi"nin qəhrəmanları barışdı
7 illik sevgililər birlikdə şam ediblər
|
Qəbələdə musiqi festivalı keçiriləcək
Qəbələ rayonunda royal istehsal edən fabrikin açılışı gözlənir.
|
Sənətçilər tibbi sığortaya daha çox maraq göstərir
Aygün Kazımova: "Belə bir imkan yaradılsaydı, siyahıda birinci mən olardım
|
Zülfiyyə Xanbabayeva qızının doğum günündə konsert verəcək
O, bölgələrdə də oxumaq fikrindədir
|
Yaqub Zurufçu Azərbaycan vətəndaşı oldu
Tanınmış sənətçi Yaqub Zurufçuya Azərbaycan vətəndaşlığı verildi.
|
Tomas Qoltzun Azərbaycan muğamı haqqında sənədli filmi ABŞ-da mükafat alıb
Montana Universitetinin (ABŞ) professoru, "Azərbaycan gündəliyi" kitabının müəllifi Tomas Qoltzun Azərbaycanın "Qədim Şərq" muğam qrupu haqqında çəkdiyi 15 dəqiqəlik sənədli film Kaliforniyada keçirilən festivalda "Şərəf" mükafatı alıb.
|
Kaliforniyada azərbaycanlı uşaqların sərgisi
Kaliforniyanın Los-Altos şəhərində Buzovnada yerləşən uşaq evi sakinlərinin rəsm əsərlərinin sərgisi keçirilmişdir.
|
Maykl Duqlasın oğlu həbs edilib
Aktyor xəbərdən sarsılıb
|
|
|