Sənətçilər tibbi sığortaya daha çox maraq göstərir
 |
Aygün Kazımova: "Belə bir imkan yaradılsaydı, siyahıda birinci mən olardım
Şənbə, 08.08.2009
|
|
Dünya ulduzları kimi bizim sənətçilər də sığortalanmağa dəb kimi baxmaqla yanaşı, sahib olduqları mülklərin taleyini göz altına almaq üçün bu imkandan bəhrələnirlər. Bir neçə həftə öncə Xatirənin avtomobilinin yanma xəbərindən sonra bəzi sənətçilər avtomobillərini sığortalamaq qərarına gəliblər. O da bəllidir ki, Xatirənin avtomobili artıq sığortalanmışdı. Xatirə sığorta şirkətinin ona dəyən ziyanı ödəyəcəyinə söz verdiyini deyir.
Nəinki sənətçilər, sadə insanlar da daha çox avtomobillərini və evlərini sığorta edirlər. Hətta xarici ölkələrdə sənətçilər əmlakları ilə yanaşı, bədənlərinin müxtəlif hissəsini də sığortaladıqlarını ictimaiyyətdən gizlətmirlər. Bizim mentalitet isə bu dəbin formalaşmasına imkan yaratmır. Sənət adamları ilə söhbətimizdə sığortadan danışdıq. Onların bu xidmətin hansı növündən bəhrələndiyini öyrənməyə çalışdıq.
İlk ünvanımız yuxarıda adını çəkdiyimiz müğənni Xatirə oldu. 80 min manat dəyərində avtomobili yanaraq kül olan müğənni bundan təəssüflənsə də, sığorta şirkətinin ödəyəcəyi məbləği düşünüb özünə təsəlli verir: "Hadisədən bir neçə gün sonra sığorta şirkətinin nümayəndələri avtomobilə baxış keçiriblər və mənə dəyən ziyan hesablanıb. Həmin pulla özümə yeni avtomobil almağı düşünürəm. Hansı marka alacağım sığorta şirkətinin verəcəyi pula bağlıdır.
Xuraman Şuşalı da sığortanın insanın ümid yeri olduğunu düşünür. Müğənni deyir ki, bu günə qədər bir neçə avtomobili idarə edib və onların hər biri vaxtlı-vaxtında sığortalanıb: "Mənim dəfələrlə qəza keçirdiyim barədə xəbəriniz var. Hər bir dəyən ziyanı şirkət ödəyib və maliyyə itkim olmayıb. Bu səbəbdən də sığorta mənim üçün vacibdir.
Xuraman xanım indiki avtomobilini də sığorta etdirib. Sözlərinə əlavə edir ki, paytaxtda bədən hissələrinin sığortası da həyata keçirilsəydi, öncə gözlərini, sonra isə bütün cismini sığorta etdirərdi.
Bəstəkar-müğənni Elza Seyidcahan evini sığorta etdirməsə də, avtombilini artıq neçə ildir sığortalayıb.
Müğənni dedi ki, bədən hissələrindən saçlarını və gözlərini sığorta etdirməyi çoxdan düşünüb. Lakin bu imkan hələ real həllini tapmır.
Əməkdar artist Aygün Kazımova uzun illərdir sığortanın imkanlarından bəhrələndiyini deyir. Vurğuladı ki, avtomobili ilə yanaşı, paytaxtdakı mənzilini və Mərdəkandakı bağ evini sığortalayıb. Bu xidmətin hər bir insan üçün vacibliyindən danışan müğənni sonra qeyd etdi ki, tezliklə daha bir sığorta imkanından bəhrələnməyi düşünür: "Yaxın gələcəkdə tibbi sığortadan istifadə etməyi düşünürəm. Bir məsələni də qeyd edim ki, əgər Azərbaycanda bədən üzvlərinin sığorta imkanları yaradılsaydı, çox güman ki, siyahıda birinci mən olardım".
Bir çox müasir dəbləri sınaqdan keçirən xalq artisti Faiq Ağayev sığorta xidmətinə də biganə deyil. Bu xidmət yaradılan gündən avtomobilini sığortalayıb. Lakin evi barəsində hələ düşünür. İnsan üçün ən başlıcası can sağlığını hesab edir və bu barədə düşünəcəyini söylədi.
Aktrisa Məleykə Əsədova və müğənni Könül Kərimova əmlakın (maşın və ya ev) sığorta olunmasını müsbət hal kimi qiymətləndirsələr də, təəssüflə qeyd etdilər ki, bu xidmətdən indiyə qədər istifadə etməyiblər. Əvvəlcə vaxt darlığını səbəb gətirən sənətçilər daha sonra sığortalanmağın şərtlərindən xəbərsiz olduqlarını bildirdilər. Məleykə Əsədova: "Hərdən internetdə bu barədə məlumatları izləyirəm. Xarici sənətçilərin əksəriyyətinin sığortanı vacib bildikləri yazılır. Lakin mən bu barədə hələ ki ciddi düşünməmişəm. Eyni zamanda, yaradıcılıq işlərimin sıxlığı mənə bu imkanı vermir" dedi. Söhbətdən bəlli oldu ki, Məleykə xanım əmlak sığortasından daha çox tibbi sığortaya maraq göstərir.
Bu günə kimi sığorta haqqında düşünməyən və heç bir sığorta şirkətinə yolu düşməyən xalq artisti Nazpəri Dostəliyeva bizim sualımızdan sonra sığorta haqqında düşünməyə başladı. Məleykə xanım kimi onu da mülkü yox, tibbi sığorta daha çox maraqlandırır: "Çoxları mənə gözəl gözlərimin olduğunu deyirlər. Əgər belə bir imkan olsaydı, əvvəlcə gözlərimi sığortalayardım. Xaricdə də sənətçilər xoşagələn bədən hissələrini bu cür qoruyurlar".
Tez-tez mənzil dəyişən Nadir Qafarzadə isə əmlakını sığortalamadığını söylədi. Bu barədə son günlərə kimi ciddi düşünmədiyini deyən müğənni, nəhayət, fikrini dəyişdiyini söylədi. Avtomobil qəzalarının sıx baş verdiyini düşünən Nadir Qafarzadə bahalı maşının onu xərcə salmaması üçün sığorta imkanlarından bəhrələnəcəyini söylədi.
|
|
|
Oxşar xəbərlər:
Tibbi sığortanın tətbiqi ləngiyir
"Dövlət Sığorta Şirkəti şəhid ailələrinin hüquqlarını pozur"
|
|
Bölmənin digər xəbərləri
Rafiq Babayev haqqında elektron kitab hazırlanıb
Cazmen 1994-cü ildə "20 Yanvar" metrostansiyasında baş verən terror aktı nəticəsində həlak olub
Azərbaycanın sosial şəbəkəsi "beniz.az" oxuculara tanınmış caz bəstəkarı və pianoçusu Rafiq Babayev haqqında kitabın həftədə iki dəfə elektron versiyasını təqdim edir.
|
"Koroğlu"nun quruluşunu 6 rejissor həyata keçirəcək
"TÜRKSOY"un təşkilatçılığı ilə hazırlanan "Koroğlu" layihəsi ilə Türkiyədən, Qırğızıstandan, Qazaxıstandan, Bolqarıstandan, Tatarıstandan və Başqırdıstandan olan 6 quruluşçu rejissor məşğul olacaq.
|
Aktyor Yasin Qarayevin ssenarisi ekranlaşdırılır
Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-də yazıçı Etibar Struvinin "Tahirənin intiqamı" romanı əsasında 4 seriyalı film çəkilir.
|
Alla Puqaçova sentyabrın 4-də Bakıda konsert verəcək
Heydər Əliyev Sarayı mövsümü bu konsertlə açır
|
"Aşkı-memnu" qəhrəmanları həyatda gizli görüşürlər
Kıvanc Tatlıtuğ heç kimin onlara yaxınlaşmasına imkan vermir
|
Elza Seyidcahan məscid tikdirmək fikrinə düşüb
Onun hacılar üçün verəcəyi konsert xeyriyyə xarakteri daşıyacaq
|
Natəvan Həbibi qumsal adaya üz tutur
Klipini orada ekranlaşdıracaq
|
Nizami Cəfərov: ""Mədəniyyət haqqında" qanunda əsaslı düzəlişlər ediləcək"
Əsas məqsəd odur ki, televiziya və radiolarımızın mədəniyyət, incəsənət verilişlərinin səviyyəsi yüksəlsin
|
Nura öz yeni xarakterini Türkiyədə sərgiləyəcək
Fotosessiyası ya "Mardan Palace", ya da "Adam Yeva"da təqdim olunacaq
|
"Kurtlar vadisi"nin qəhrəmanları barışdı
7 illik sevgililər birlikdə şam ediblər
|
Qəbələdə musiqi festivalı keçiriləcək
Qəbələ rayonunda royal istehsal edən fabrikin açılışı gözlənir.
|
Tünzalə Ağayeva: "Səmimilik insanın danışığında yox, əməlindədir"
Sənətçinin sənətə və insanlara baxışı
|
Zülfiyyə Xanbabayeva qızının doğum günündə konsert verəcək
O, bölgələrdə də oxumaq fikrindədir
|
Yaqub Zurufçu Azərbaycan vətəndaşı oldu
Tanınmış sənətçi Yaqub Zurufçuya Azərbaycan vətəndaşlığı verildi.
|
Tomas Qoltzun Azərbaycan muğamı haqqında sənədli filmi ABŞ-da mükafat alıb
Montana Universitetinin (ABŞ) professoru, "Azərbaycan gündəliyi" kitabının müəllifi Tomas Qoltzun Azərbaycanın "Qədim Şərq" muğam qrupu haqqında çəkdiyi 15 dəqiqəlik sənədli film Kaliforniyada keçirilən festivalda "Şərəf" mükafatı alıb.
|
Kaliforniyada azərbaycanlı uşaqların sərgisi
Kaliforniyanın Los-Altos şəhərində Buzovnada yerləşən uşaq evi sakinlərinin rəsm əsərlərinin sərgisi keçirilmişdir.
|
Maykl Duqlasın oğlu həbs edilib
Aktyor xəbərdən sarsılıb
|
|
|