çap et  
"Kurtlar vadisi"nin qəhrəmanları barışdı
"Kurtlar vadisi"nin qəhrəmanları barışdı
7 illik sevgililər birlikdə şam ediblər
Şənbə, 08.08.2009

Zəminə

"Kurtlar vadisi"nin Çakırı Oqtay Kaynarcanın 44 yaşında ailə həyatı qurmaq istəyini açıqladığı artıq bəllidir. Türk mətbuatının xəbərlərində deyilirdi ki, aktyor ailə həyatı qurandan sonra tezliklə ata olmaq arzusundadır. Maqazin müxbirləri bu günlərdə aktyoru 7 illik sevgi münasibətləri olan, sonradan yollarını ayıran "Kurtlar vadisi"nin Elifi Özgü Namalla şam yeməyi edərkən görüblər. Uzun müddət bir-birindən ayrı yaşayan cütlüklər sonradan küsülülüyə son qoyublar.

Məlum olub ki, onlar Oqtay Kaynarcanın əmisinin yasında bir araya gəliblər. Keçmiş sevgilisinə başsağlığı verən Özgü Namal onu qucaqlayaraq hüznünü bildirib. Bu görüşmədən sonra köhnə sevgililər yenidən bərabər olmağa qərar veriblər. Bir neçə gün sonra onlar Bodrumdakı restoranların birində şam ediblər. Daha sonra Oqtay Kaynarcanın "Sadə" adlı yaxtasında qalıblar. Onların ailə həyatı qurub-qurmayacaqları isə hələ bəlli deyil. Çünki tərəflər maqazin müxbirlərinin bu barədəki suallarını cavabsız qoyub.