![]() |
çap et |
|
|||
İstirahət üçün Dubayı seçən müğənni Nura bu günlərdə Bakıya qayıdıb. Bu fəsildə daha da isti bir şəhərdə dincələn sənətçi Birləşmiş Ərəb Əmirliklərinin onun üçün yad bir məkan olmadığını dilə gətirdi. Xatırlatdı ki, ailə qurandan sonra bir müddət Dubayda yaşayıb. Səfər zamanı qarderobunu da təzələyib.
Üçüncü dəfə ana olandan sonra geyimlərinə daha da diqqət yetirən sənətçi bunun müvəqqəti olmadığını deyir. Söylədi ki, onun son geyimlərində dar cins şalvarlar və açıq geyimlər bir o qədər yer almır. Uzun geyimlərə üstünlük verən sənətçi sonuncu bazarlığında istəyinə əməl edib. Söhbətdən bəlli oldu ki, geyimləri ilə yanaşı, saç düzümündə də klassikliyi qoruyub. Çünki artıq avropalılar sadə geyimlərə və klassikaya üstünlük verirlər. Xarici görünüşünü də bu niyyətlə dəyişib. Eyni zamanad, kosmetika məhsullarından az istifadə etdiyini diqqətə çatdırdı. Bir sözlə, ekran qarşısında əyləşən insanları sadəliyi ilə təəccübləndirəcəyini düşünür. Nura yaxın günlərdə Türkiyəyə səfər edəcək və məşhur azərbaycanlı iş adamı Telman İsmayılova məxsus "Mardan Palace" otelinə yollanacaq. Səfərə yaradıcı komandası ilə çıxacağını deyən sənətçi hələ ki seçim qarşısında olduğunu bildirdi: "Yeni fotosessiyam ya "Mardan Palace"də, ya da çox bahalı otellərdən sayılan "Adam Yeva"da gerçəkləşəcək. Yeni layihəm struktur və format baxımından çox fərqlənəcək. Burada xarakterimi açmağa çalışacam". Bu fotosessiya bir neçə bölmədən ibarət olacaq. Bölmələrdə Nura həm gündəlik həyatda, həm səhnədə, həm ulduz olaraq, həm də mətbəxdə necə olduğunu göstərəcək: "Bir çoxları maraqlanır ki, dərimə necə qulluq edirəm, hansı yeməklərdən imtina etmişəm və ya hansı yeməklər mənim qida rasionuma daxildir, hansı geyim kolleksiyam var, həyatda necəyəm və s. Ona görə də qərara gəldim ki, belə bir fotosessiya hazırlayaq. Bu fotosessiya mənim xarakter baxımından tanınmağıma imkan verə bilər". |