Hal-hazırda Ayna qəzetinin 08.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Nizami Cəfərov: ""Mədəniyyət haqqında" qanunda əsaslı düzəlişlər ediləcək"
Nizami Cəfərov: ""Mədəniyyət haqqında" qanunda əsaslı düzəlişlər ediləcək"
Əsas məqsəd odur ki, televiziya və radiolarımızın mədəniyyət, incəsənət verilişlərinin səviyyəsi yüksəlsin
Şənbə, 08.08.2009

Xatun mətn ölçüsü  

Cari ilin sentyabrında Bakıda Türkdilli Ölkələr Parlament Assambleyasının növbəti toplantısı keçiriləcək. Bu barədə məlumat verən Parlament Assambleyasının üzvü, Milli Məclisin mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov toplantıda bir sıra məsələlərin müzakirə ediləcəyini deyib. Millət vəkili bu ərəfədə Bakıda türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünün də keçirilməsinin nəzərdə tutulduğunu deyib. Komitə sədri son vaxtlar mədəniyyət və incəsənət sahəsində baş verən proseslər, rəhbərlik etdiyi komitədə bu sahədə görülən işlərdən danışdı:

- Milli Məclisin yaz sessiyası çox zəngin oldu. Hətta mən deyərdim ki, bu çağırışda keçirilən sessiyaların içərisində parlamentin yaz sessiyası ən ciddi qanunların qəbul edilməsi ilə yadda qaldı. Xüsusilə illər boyu qalan "Təhsil haqqında" qanun qəbul edildi. Bundan başqa, Mənzil Məcəlləsi, "Bədən tərbiyəsi və idman haqqında" qanun qəbul edildi ki, həmin qanunun qəbulundan 10 ildən artıq bir vaxt keçmişdi. Həmçinin sessiya ərəfəsində bir sıra qanunlara düzəlişlər edildi. Cəmiyyətin müzakirəsində olan televiziya və radio, dini etiqad, qeyri-hökumət təşkilatları ilə bağlı qanunlar müzakirə edilərək qəbul olundu.

- Rəhbərlik etdiyiniz mədəniyyət məsələləri komitəsi üçün yaz sessiyası nə dərəcə əlamətdar oldu?

- Parlamentin yaz sessiyası ərəfəsində mədəniyyət məsələləri komitəsində heç bir qanunun qəbulu nəzərdə tutulmamışdı. Çünki hazırda biz Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə daha çox "Mədəniyyət haqqında" qanun üzərində işləyirik. "Mədəniyyət haqqında" qanun təxminən 10 il bundan əvvəl qəbul edilib. Ötən 10 il ərzində ölkədə mədəniyyət siyasəti ilə bağlı xeyli məsələlər ortaya çıxıb, mədəniyyət inkişaf edib, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası, eləcə də dünya mədəniyyətinin Azərbaycanda təbliği kimi məsələlər geniş vüsət alıb. Ona görə də, yeni münasibətlər ortaya çıxıb. Bu məsələlərlə bağlı gələn sessiyada ya "Mədəniyyət haqqında" qanunda əsaslı düzəlişlər ediləcək, ya da yeni bir qanun müzakirəyə çıxacaq. Hətta belə bir fikir də var ki, mədəniyyətlə bağlı bir sıra qanunları ümumiləşdirib Mədəniyyət Məcəlləsi adlı geniş bir qanun hazırlayaq. Bunların üzərində iş gedir. Yaz sessiyasında əsasən komitə səviyyəsində işlədik. Ancaq gələn sessiyalarda, yəqin ki, biz bunu bütövlükdə Milli Məclisin müzakirəsinə təqdim edəcəyik. Əsas işimiz budur. Bununla yanaşı, bir sıra qanunlara dəyişikliklər və əlavələr istiqamətində də mədəniyyət məsələləri üzrə komitə fəaliyyət göstərir.

- Mədəniyyət Konsepsiyasının hazırlanması barədə də fikirlər səslənirdi. Bu istiqamətdə işlər hansı mərhələdədir?

- Artıq Mədəniyyət Konsepsiyası hazırlanaraq mətbuatda dərc edilib. Bu istiqamətdə bir sıra müzakirələr də aparılıb. Yəqin ki, həmin konsepsiya da qəbul ediləcək. Bunlar paralel gedən, bir-birinə təsir göstərən məsələlərdir.

- Televiziya və radio rəhbərləri ilə görüş nə zaman mümkün olacaq?

- Yəqin ki, həmin görüşü gələn sessiyada keçirməyə nail olacağıq. Bizim bir sıra planlarımız var ki, onların içərisində ən birincisi məhz budur. Televiziya və radio rəhbərləri ilə televiziya və radiolarımızın mədəniyyət, incəsənət, veriliş siyasəti ilə bağlı geniş müzakirələr aparmaq istəyirik. Yəni burada əsas məqsəd odur ki, həm mövcud qanunlar müzakirə edilsin, həm də bizim televiziya və radiolarımızın mədəniyyət, incəsənət verilişlərinin səviyyəsini yüksəltmək üçün daha nələr edə biləcəyimiz aydınlaşsın. Eyni zamanda, belə bir müzakirələri yaradıcı təşkilatlarla da planlaşdırırıq. Yazıçılar Birliyi, Rəssamlar və Bəstəkarlar ittifaqları və digər yaradıcı təşkilatlarla da görüşlər keçirəcəyik.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Şeron" qrupu bir daha dağılmayacaq

Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb

Pentaqon strateji sənədlərin tezliklə qəbulunu istəyir

Bölmənin digər xəbərləri
 
Rafiq Babayev haqqında elektron kitab hazırlanıb
Cazmen 1994-cü ildə "20 Yanvar" metrostansiyasında baş verən terror aktı nəticəsində həlak olub
Azərbaycanın sosial şəbəkəsi "beniz.az" oxuculara tanınmış caz bəstəkarı və pianoçusu Rafiq Babayev haqqında kitabın həftədə iki dəfə elektron versiyasını təqdim edir.


"Koroğlu"nun quruluşunu 6 rejissor həyata keçirəcək
"TÜRKSOY"un təşkilatçılığı ilə hazırlanan "Koroğlu" layihəsi ilə Türkiyədən, Qırğızıstandan, Qazaxıstandan, Bolqarıstandan, Tatarıstandan və Başqırdıstandan olan 6 quruluşçu rejissor məşğul olacaq.

Aktyor Yasin Qarayevin ssenarisi ekranlaşdırılır
Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-də yazıçı Etibar Struvinin "Tahirənin intiqamı" romanı əsasında 4 seriyalı film çəkilir.

Alla Puqaçova sentyabrın 4-də Bakıda konsert verəcək
Heydər Əliyev Sarayı mövsümü bu konsertlə açır

"Aşkı-memnu" qəhrəmanları həyatda gizli görüşürlər
Kıvanc Tatlıtuğ heç kimin onlara yaxınlaşmasına imkan vermir

Elza Seyidcahan məscid tikdirmək fikrinə düşüb
Onun hacılar üçün verəcəyi konsert xeyriyyə xarakteri daşıyacaq

Natəvan Həbibi qumsal adaya üz tutur
Klipini orada ekranlaşdıracaq

Nura öz yeni xarakterini Türkiyədə sərgiləyəcək
Fotosessiyası ya "Mardan Palace", ya da "Adam Yeva"da təqdim olunacaq

"Kurtlar vadisi"nin qəhrəmanları barışdı
7 illik sevgililər birlikdə şam ediblər

Qəbələdə musiqi festivalı keçiriləcək
Qəbələ rayonunda royal istehsal edən fabrikin açılışı gözlənir.

Sənətçilər tibbi sığortaya daha çox maraq göstərir
Aygün Kazımova: "Belə bir imkan yaradılsaydı, siyahıda birinci mən olardım

Tünzalə Ağayeva: "Səmimilik insanın danışığında yox, əməlindədir"
Sənətçinin sənətə və insanlara baxışı

Zülfiyyə Xanbabayeva qızının doğum günündə konsert verəcək
O, bölgələrdə də oxumaq fikrindədir

Yaqub Zurufçu Azərbaycan vətəndaşı oldu
Tanınmış sənətçi Yaqub Zurufçuya Azərbaycan vətəndaşlığı verildi.

Tomas Qoltzun Azərbaycan muğamı haqqında sənədli filmi ABŞ-da mükafat alıb
Montana Universitetinin (ABŞ) professoru, "Azərbaycan gündəliyi" kitabının müəllifi Tomas Qoltzun Azərbaycanın "Qədim Şərq" muğam qrupu haqqında çəkdiyi 15 dəqiqəlik sənədli film Kaliforniyada keçirilən festivalda "Şərəf" mükafatı alıb.

Kaliforniyada azərbaycanlı uşaqların sərgisi
Kaliforniyanın Los-Altos şəhərində Buzovnada yerləşən uşaq evi sakinlərinin rəsm əsərlərinin sərgisi keçirilmişdir.

Maykl Duqlasın oğlu həbs edilib
Aktyor xəbərdən sarsılıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər