çap et  
"Aşkı-memnu" qəhrəmanları həyatda gizli görüşürlər
"Aşkı-memnu" qəhrəmanları həyatda gizli görüşürlər
Kıvanc Tatlıtuğ heç kimin onlara yaxınlaşmasına imkan vermir
Şənbə, 08.08.2009

Şəms

Türkiyənin "Kanal D"sindən yayımlanan və Azərbaycanda da maraqla izlənən "Aşkı-memnu" serialının qəhrəmanları Bihtər (Bərən Saat) və Bəhlul (Kıvanc Tatlıtuğ) filmdəki gizli eşq münasibətlərini həyatda sərgiləyiblər. Belə ki, onlar hər kəsin gözlərindən uzaq bir yerdə görüşüblər.

Türk mətbuatının yazdığına görə, bir neçə gün əvvəl İstanbuldakı "Kilyos'ta Dalia Beach Restaurant"a gələn Kıvanc və Bərən orada yemək yeyiblər. Maraqlısı isə budur ki, Kıvanc Tatlıtuğ şam etdikləri məkana ofisiantlardan başqa, heç kimin onlara yaxınlaşmamasını restoran sahibindən xahiş edib. Saatyarım şam edən cütlük daha sonra məkanı tərk edib. Bu vaxt onlara yaxınlaşan müxbirlərə Kıvanc "Gecənin kanatları" adlı filmin çəkilişinə tələsdiyini əsas gətirərək şəxsi sualları cavablandırmayıb.

Türk mətbuatı yazır ki, Kıvanc Tatlıtuğun serialda imkansız eşq yaşadığı Bərən Saatla gözlərdən uzaq bir məkanda şam yeməyi aktyorun sevgilisi Məltəm Cumbulla aralarının dəyməsi şübhəsi yaradıb.