çap et  
Rafiq Babayev haqqında elektron kitab hazırlanıb
Rafiq Babayev haqqında elektron kitab hazırlanıb
Şənbə, 08.08.2009


Cazmen 1994-cü ildə "20 Yanvar" metrostansiyasında baş verən terror aktı nəticəsində həlak olub

Azərbaycanın sosial şəbəkəsi "beniz.az" oxuculara tanınmış caz bəstəkarı və pianoçusu Rafiq Babayev haqqında kitabın həftədə iki dəfə elektron versiyasını təqdim edir. "Rafiq Babayev: mövzudan improvizəyə" adlı bu kitabı bəstəkarın qızı Fərizə Babayeva və sənətşünas Rauf Fərhadoğlu birgə yazıblar.

Kitab üzərində iş eyni zamanda iki şəhərdə - Fərizə Babayeva tərəfindən Bakıda, Rauf Fərhadov tərəfindən isə Moskvada aparılıb. Hazırda yalnız elektron versiyada işıq üzü görən kitabda Rauf Babayevin həyat və yaradıcılığına, həmçinin, ümumilikdə, caza dair zəngin materiallar yerləşdirilib. Xatırladaq ki, Rafiq Farzi oğlu Babayev 1936-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının məzunudur. Bir çox beynəlxalq festival və müsabiqələrdə Azərbaycanı təmsil edib. Eyni zamanda, Bakı caz Festivallarının keçirilməsinin təşəbbüskarıdır. Rafiq Babayev 20 il ərzində Rəşid Behbudovla birgə işləyib. 1992-ci ildə ölkədə ilk özəl studiya yaradıb. Daha sonra onun təşəbbüsü ilə "Cəngi" caz qrupu fəaliyyətə başlayıb.

Cazmen 1994-cü ildə "20 Yanvar" metrostansiyasında baş verən terror aktı nəticəsində həlak olub.