Alla Puqaçova dünya turnesinə çıxdığı barədə bir neçə ay öncə keçirdiyi mətbuat konfransında bəyan etmişdi. Xatırladaq ki, onun turnesinə Azərbaycan da daxildir. Onun konsertinin tarixi bəlli olub. Belə ki, məşhur sənətçi sentyabrın 4-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Saray eyni zamanda mövsümü bu konsertlə açıq elan edəcək. Bu barədə qəzetimizə Heydər Əliyev Sarayının mətbuat əlaqələndiricisi məlumat verib. Bildirib ki, əfsanəvi müğənninin konsert proqramı keçənilki "Apreldən aprelə" adlı dünya turnesi çərçivəsində keçiriləcək.
|