Hal-hazırda Ayna qəzetinin 08.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Bizi məqsədli şəkildə tərk-silah edirlər, ayıq olun!
Bizi məqsədli şəkildə tərk-silah edirlər, ayıq olun!
Kütləvi savadsızlaşma milli təhlükəsizlik məsələsidir. Millətlərarası rəqabətdə uduzuruq
Şənbə, 08.08.2009

A.Akif mətn ölçüsü  

Amerikada məktəbəqədər təhsilə qoyulan hər 1 dollar 17 dollar gəlir gətirir. Deməli, kasıblığın daşını atmaq üçün ən düzgün addım uşağa təhsil verməkdir. Uşaqların gələcəyini təmin etmək üçün onlara hökmən investisiya qoymaq lazımdır. Artıq bu, valideyn qayğısı sayılmır. Uşağın gələcəyinə pul qoymaq indi zəruri məsələyə çevrilib. Uşağa qoyulan ən yaxşı investisiya onun təhsilinə çəkilən xərcdir. Təhsilə xərclənən pul hədər getmir. Ən böyük sərmayəni insan kapitalına qoymaq istəyiriksə, onda gərək məktəbəqədər təhsildən başlayaq.

Təhsilin həyat tərzinə təsiri böyükdür. İmkanı olmayan ailələr uşaqlarını vaxtında oxudub, onlara təhsil verə bilmirsə, böyüyəndən sonra uşaqlar da bu səviyyədən kənara çıxa bilmir. Onlar da kasıb yaşayır və bu proses nəvə-nəticələrədək davam edir. Yaxşı təhsil isə kasıblıqdan qurtarmağın ən yaxşı yolu sayılır. Beləliklə, hansısa bir ailədə bir neçə nəsil daim azmaaşlı işlərdə çalışır.

Nəsillərin bu zəncirvarı estafetini qırmaq üçün təhsil yeganə bir vasitədir. O nəsildə birinə yaxşı təhsil ver, onun təhsilinə investisiya qoy, artıq o zəncir qırılacaq. Yəni xoş təsadüflər sayılmasa, təhsil həyat səviyyəsini yaxşılaşdırmaq üçün az qala yeganə vasitədir.

Təhsilə qoyulan sərmayənin miqdarına gəlincə, bu, təhsilin səviyyəsindən asılı olaraq dəyişir. Məsələn, ayda 50 manat ödəməklə xarici dil və ya ildə bir neçə min manat ödəməklə Azərbaycanda və ya xaricdə təhsil almağa qədər.

REKLAM

Yaxşı təhsil almış və lazımi biliyi, bacarığı olan şəxslərin əmək bazarında da şansı yüksək olur. Təhsil nə qədər yaxşı olsa, iş bazarında imkanların yüksəlməsi də o qədər çoxalar. Yaxşı təhsil almış insan, təbii ki, yaxşı ödənilən iş tapır.

Maraqlıdır, Azərbaycan təhsil sisteminə qoyulan kreditlər, layihələr vasitəsilə məktəblərə yatırılan milyonlar niyə bəhrəsini vermir? Abituriyentlərin səviyyəsi nədən aşağıdır? İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini, iqtisadçı və bu sahədə araşdırmalar aparan Rövşən Ağayev bu suallara aydınlıq gətirir.

Rəqəmlər əleyhimizə danışır

İqtisadçı hesab edir ki, əslində, faktların danışdığı yerdə fərdlərin polemikasına lüzum qalmır. Müxtəlif nüfuzlu beynəlxalq qurumların apardığı qiymətləndirmələr, onların reytinq cədvəllərindəki "fəth" elədiyimiz biabırçı yerlər mənzərəni aydın göstərir. Dünya İqtisadi Forumunun 2008-2009-cu illər üzrə hazırladığı qlobal rəqabət qabiliyyətliliyinə dair hesabatda müxtəlif təhsil göstəricilərinə görə Azərbaycanın reytinqinə diqqət yetirək. Ölkəmiz 134 ölkə arasında təhsil sisteminin keyfiyyətinə görə 78-ci, natamam orta təhsillə əhatə səviyyəsinə görə 82-ci, riyaziyyat və təbiət elmlərinin tədrisində keyfiyyətə görə 92-ci, tam orta təhsillə əhatə səviyyəsinə görə 95-ci, məktəb menecmentinin keyfiyyətinə görə 119-cu yerlərdə qərarlaşıb.

YUNESKO-nun Statistika İnstitutunun 2008-ci il üzrə təhsil inkişafı indeksi (The EFA Develorment Index) əsasında tərtib olunmuş reytinq cədvəlində Azərbaycan 129 ölkə arasında 58-ci yeri tutur. Bu siyahıda keçmiş sovet respublikalarından Qazaxıstan, Belarus, Estoniya, Latviya, Litva, Gürcüstan, Qırğızıstan, Moldova və Ermənistan Azərbaycanı qabaqlayır. Təhsil inkişafı indeksi 4 vacib əmsal əsasında hesablanıb. Bura ibtidai təhsillə əhatə səviyyəsi, əhalinin savadlılıq səviyyəsi və ən azı 5-ci sinfədək oxuyanların xüsusi çəkisi daxildir. Nəhayət, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının "Şagird Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ı çərçivəsində 2006-cı ildə keçirilən sonuncu testdə ölkəmiz 57 dövlət arasında 55-ci nəticəni göstərib. Bu proqram 15 yaşlı şagirdlərin riyaziyyat və təbiət fənləri üzrə biliklərini yoxlayır.

Rövşən Ağayevin söylədiklərindən məlum oldu ki, hökumətin bu yaxınlarda qəbul etdiyi 2008-2015-ci illər üzrə yoxsulluğun azaldılması və davamlı inkişaf proqramında da tam orta təhsil üzrə xalis təhsil əmsalının 50 faizdən də aşağı olduğu göstərilib: "Bu əmsal tam orta təhsil pilləsi üzrə faktiki təhsil alan uyğun yaşlı (15-17 yaş) uşaqların 9-11-ci siniflərdə oxumalı həmin yaşdan bütün uşaqlara nisbətini ifadə edir. Bu o deməkdir ki, natamam orta təhsil pilləsindən texniki-peşə və orta ixtisas məktəblərinə daxil olanları nəzərə almasaq, birinci sinfə qəbul olan uşaqların azı üçdə biri 11 sinfi başa vura bilmir".

Beynəlxalq fənn olimpiadalarında orta məktəb şagirdlərinin qazandığı medalların sayı da orta təhsilin keyfiyyətini qiymətləndirmək üçün sanballı göstəricilərdən biri hesab olunur. İqtisadçı ölkəmizin bu sahədə uğurlarına dair hər hansı məlumat əldə edə bilməsə də, Qazaxıstan Təhsil Nazirliyinin saytından həmin məlumatları daha rahat tapa bilib. Məlum olub ki, qonşu ölkənin şagirdləri 2008-ci ildə öz ölkələrinə beynəlxalq fənn olimpiadalarından 252 medal, o cümlədən 72 qızıl, 80 gümüş və 100 bürünc medal gətiriblər.

"Bizlərdən hər birimiz orta təhsilin hazırkı durumunu heç bu faktlar olmadan, hər gün məktəblərdə gördüklərimiz əsasında da dəqiq qiymətləndirə bilirik. Əlimizdə canlı faktlar var. Nə qədər ağrılı olsa da, onlar bizim uşaqlarımızdır. Son 4 ildə öz ailəmdən 5 nəfər orta məktəbi bitirərək müxtəlif ali məktəblərə daxil olub. Bu uğurun onlara nə qədər baha başa gəldiyini söyləməyə lüzum görmürəm. Söhbət repetitorlara və zəruri tədris vəsaitlərinə xərclənən pullardan gedir, bunu hamı bilir. Hər gün körpələrin sayəsində orta məktəblərdə gördüklərimizi də təhsil görəvlilərinin öz vicdanına buraxıram".

Son 5 ilin ən pis nəticələri

TQDK son günlər ayrı-ayrı ixtisaslar üzrə toplanan ballara görə abituriyentlərin bölgüsünə dair məlumatlar açıqladı. Amma həmin informasiyalar pərakəndə yayıldığından gerçək mənzərə o qədər də aydın görünmədi. R.Ağayev sistemləşdirdiyi ümumi məlumatları təqdim edir. 2009-2010-cu tədris ili üçün ali məktəblərin I ixtisas qrupu üzrə abituriyentlərin (xususi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan verənlər nəzərə alınmadan) 35,8 faizi, II ixtisas qrupu üzrə 24,4 faizi, III ixtisas qrupu üzrə 25,5 faizi, IV ixtisas qrupu üzrə 49,2 faizi 100-dən aşağı bal toplayıb. İlkin məlumatlara görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan verənlər də nəzərə alınmaqla I və IV ixtisas qrupu üzrə abituriyentlərin 70 faizindən, III ixtisas qrupu üzrə isə 60 fazindən çoxu 200-dən az bal toplayıb.

Sözü R.Ağayevə verək: "Dörd qrup üzrə ümumiləşdirilmiş nəticə belədir: bütün abituriyentlərin 62,8 faizi 200-dən az, 4 faizi isə 500-dən çox bal toplaya bilib. Bu, son 5 ildə əldə olunan ən pis nəticədir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

Tünzalə Ağayeva: "Səmimilik insanın danışığında yox, əməlindədir"

Bölmənin digər xəbərləri
 
Yeni yaşayış massivindəki qarşıdurmanın gizlinləri
Sakinlərlə ARDNŞ və polis əməkdaşları arasında ziddiyyət 5 ildir davam edir

Şəhərətrafı sakinlər hələlik xırda və ortatutumlu avtobuslarla kifayətlənə bilər
Şəhərdaxili marşrutlarda isə metronun kart sistemi tətbiq olunacaq

Bakı parklarının yeni mənzərəsi
Qranit daşlara, mərmər örtüklərə pul xərclənsə də, panduslar qoyulması yenə də yaddan çıxıb... Bəzi parklarda gəzişmək risk tələb edir

Virusu qarşılamağa ciddi hazırlıq görülüb
Sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Uşaqlar üçün yay məktəbləri bərpa edilsin
Çünki yay tətili faydasız şəkildə başa çatır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər