Hal-hazırda Ayna qəzetinin 08.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Şəhərətrafı sakinlər hələlik xırda və ortatutumlu avtobuslarla kifayətlənə bilər
Şəhərətrafı sakinlər hələlik xırda və ortatutumlu avtobuslarla kifayətlənə bilər
Şəhərdaxili marşrutlarda isə metronun kart sistemi tətbiq olunacaq
Şənbə, 08.08.2009

mətn ölçüsü  

Paytaxta yeni avtobusların gətirilməsindən sonra sərnişindaşımada yaranan problemlər hələ də həllini tapmayıb. Hazırda "Daewoo" şirkətinin istehsalı olan 222 iritutumlu avtobus da şəhərin mərkəzində sərnişindaşıma ilə məşğuldur. Amma yenə də şəhər nəqliyyatında narahatlıq halları yaşanır.

Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərov şəhər nəqliyyatında işlərin plansız aparıldığı qənaətindədir. Onun qənaətincə, iritutumlu avtobusların yerləşdirilməsi sərnişinlər üçün əlavə problem yaradır. Bu isə hazırlıq işlərinin əvvəlcədən lazımi şəkildə qurulmamasından xəbər verir: "Əslində, şəhərdə sərnişindaşınma ilə bağlı konkret plan hazırlanmalıdır. Şəhərin bütün əraziləri öyrənilməli və nə qədər avtobus tələb olunduğu müəyyənləşməlidir. Bundan sonra sərnişindaşıma və marşrutların hərəkət istiqamətləri müəyyənləşdirilərkən metro stansiyaları nəzərə alınmalıdır. Çünki metro şəhər nəqliyyatının əsas sütunudur. Sərnişindaşıma zamanı metrostansiyaların da çox yüklənməməsi nəzərə alınmalıdır".

Şəhərin mərkəzində müəyyən qədər qayda-qanun yaradılsa da, şəhərətrafı qəsəbələrə marşrutlarda durum ürəkaçan deyil. Şəhərin mərkəzindən çıxarılan əksər mikroavtobuslar ətraf qəsəbələrdə işləyir. Maraqlıdır, şəhərətrafı qəsəbələrə iritutumlu avtobuslar veriləcəkmi?

Bakı Sərnişin Nəqliyyatı MMC mətbuat xidmətinin rəhbəri Samir Həsənovun bildirdiyinə görə, artıq bu istiqamətdə işlər aparılır. Onun dediklərindən məlum oldu ki, paytaxta sonuncu gətirilən iritutumlu avtobusların 160 ədədi xəttə buraxılıb: "Hazırda araşdırma aparılır. Hansı itstiqamətdə iri və ortatutumlu avtobuslara ehtiyac olsa, həmin xətlərə əlavə avtobuslar veriləcək. Amma şəhərətrafı qəsəbələrə iritutumlu avtobusların veriləcəyini indidən demək olmaz".

Ancaq gələcəkdə şəhərətrafı qəsəbələrə işləyən mikroavtobuslar da yavaş-yavaş xətdən çıxarılacaq. Həmin avtobuslar da orta və iritutumlu avtobuslarla əvəzlənəcək. Amma elə yerlər də var ki, orada iritutumlu avtobusların hərəkəti qeyri-mümkündür. Həmin istiqamətlərdə xırda və ortatutumlu avtobuslardan istifadə olunacaq.

Avtobus sürücülərinin vahid geyim forması ilə təmin olunmasına münasibət bildirən Samir Həsənov bu istiqamətdə də tədbirlər görüldüyünü dilə gətirdi. Öyrəndik ki, iritutumlu avtobusların sürücülərinin vahid geyim forması ilə təmin edilməsinə başlanıb. Bəzi avtobus sürücüləri artıq həmin formalardan istifadə edir. Bütün sürücülərin vahid geyim formasından istifadə etməsi üçün əlavə tədbirlər görülür.

Samir Həsənov sürücülərin mədəni davranış qaydalarının artırılması sahəsində problemlərin varlığını təsdiqlədi: "Bu sahədə hər iki tərəfin təqsirkar olduğu hallar var. Bəzən sürücü avtobusu sərnişin istəyən yerdə saxlamadıqda sərnişinlər tərəfindən döyülür, təhqirlərə məruz qalır. Sürücülərin isə bütün hallarda sərnişinlərlə mədəni davranması tövsiyə olunub. Bu istiqamətdə maarifləndirmə işləri də aparılıb. Sürücü ilə bağlı hər hansı problem yarandıqda sərnişinlər "qaynar xətt"ə müraciət edə bilər. Daxil olan hər müraciətlə bağlı tədbirlər görülür".

Sonda onu da qeyd edək ki, yaxın gələcəkdə marşrutlarda ödəniş kart sistemi ilə aparılacaq. Belə ki, şəhərdaxili nəqliyyatda kart sisteminə keçid nəzərdə tutulub. Bu istiqamətdə hazırlıq işləri görülür. Sərnişindaşımada fəaliyyət göstərən bütün avtobuslar iritutumlu avtobuslarla tam əvəz edildikdən sonra isə kart sistemi tətbiq ediləcək. Şəhərdaxili nəqliyyatda gediş haqqı metroda tətbiq olunan kart sisteminə oxşar üsulla ödəniləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Şəhərətrafı sakinlər hələlik xırda və ortatutumlu avtobuslarla kifayətlənə bilər

Bölmənin digər xəbərləri
 
Yeni yaşayış massivindəki qarşıdurmanın gizlinləri
Sakinlərlə ARDNŞ və polis əməkdaşları arasında ziddiyyət 5 ildir davam edir

Bakı parklarının yeni mənzərəsi
Qranit daşlara, mərmər örtüklərə pul xərclənsə də, panduslar qoyulması yenə də yaddan çıxıb... Bəzi parklarda gəzişmək risk tələb edir

Bizi məqsədli şəkildə tərk-silah edirlər, ayıq olun!
Kütləvi savadsızlaşma milli təhlükəsizlik məsələsidir. Millətlərarası rəqabətdə uduzuruq

Virusu qarşılamağa ciddi hazırlıq görülüb
Sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Uşaqlar üçün yay məktəbləri bərpa edilsin
Çünki yay tətili faydasız şəkildə başa çatır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər