Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Elçin Behbudov: "Novruzəli Məmmədovun səhhətindəki problem həyatı üçün təhlükə yaratmır"
Məhbusun hüquqlarını müdafiə komitəsi isə bunun əksini iddia edir
Şənbə, 01.08.2009

S.Abbas mətn ölçüsü  

Dünən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Qızıldaş qəsəbəsində yerləşən 14 saylı ciddi rejimli və Ədliyyə Nazirliyinin müalicə müəssisələrində olub.

Elçin Behbudov APA-ya bildirib ki, öz köməkçisi ilə birgə həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində olarkən məhkum, 1967-ci il təvəllüdlü Qazax rayon sakini, Azərbaycan CM 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinən Mahmudov Səbuhi Vəli oğlu ilə görüşüblər.

Elçin Behbudovun sözlərinə görə, üçüncü məhkumluğu olan ikinci qrup əlil Səbuhi Mahmudov Cəzaçəkmə Müəssisəsində ona qarşı hər hansı zorakılıq və işgəncə hallarının olmadığını deyib.

Elçin Behbudov Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində Talış Mədəniyyət Mərkəzinin rəhbəri, "Tolışi sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovla da görüşdüyünü deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, Novruzəli Məmmədov həkim nəzarəti altındadır, onun üçün təkadamlıq otaq ayrılıb. Səhhətindəki problemlər isə həyatı üçün təhlükə yaratmır.

Amma hüquq müdafiəçisinin Novruzəli Məmmədovun səhhəti barədə dediklərini məhbusun hüquqlarını müdafiə komitəsi tərəfindən yayılmış müraciət təkzib edir. Müdafiə komitəsindən "Ayna"ya daxil olan məlumata görə, onun vəziyyəti kəskin şəkildə pisləşib:

"Artıq 3-cü gündür ki, Novruzəli Məmmədov xəstəxanadadır. Bu gün (srağagün-red.) onunla görüşən ailəsinin və vəkilinin sözlərinə istinadən, xəstəxanaya köçürüldükdən sonra onun səhhəti daha da ağırlaşmışdır. Məhbus minimal həyat şəraiti belə olmayan (antisanitar, yataq vasitəsiz) ümumi palataya yerləşdirilmişdir. Sərbəst hərəkət edə bilmir, yeyib-içmir, ağrılardan və təngnəfəslikdən əzab çəkir. O hələ də heç bir təcili yardım almamışdır. Ailəsinin "Nə üçün onun bu dözülməz ağrılarına qarşı ilk tibbi yardım etmirsiniz?" sualına "analizlərin nəticələrindən sonra həkim müalicə təyin edəcəkdir" cavabı verilib".

Xatırladaq ki, "Tolışi sədo" qəzetinin baş redaktoru N.Məmmədov İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edilərək 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə vətənə xəyanətdə təqsirli bilinmiş və 10 il müddətinə azadlıqdan məhrum edilmişdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Azərbaycan "donuz qripi" aşkarlanan ölkələr sırasında
Sentyabr-oktyabr aylarında bu qripin pandemiya şəklini alacağı barədə proqnoz var. Səhiyyə rəsmilərimiz isə bizi sakitləşdirməyə çalışır.

KİV-ə Dəstək Fonduna müraciətlərin qəbulu bitdi
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə layihə qəbulu dünən saat 18.00-da başa çatıb.

Ramil Usubov polis əməkdaşlarını maariflənməyə çağırır
Ümumilikdəsə, nazir polisin yarımillik fəaliyyətini qənaətbəxş hesab edib

Ermənistan ordusunun çağırışçı problemi
Bu vəziyyət ağır demoqrafik situasiya ilə şərtlənir

İsrailə təyyarə reysləri ləğv edilə bilər
Tel-Əviv AZAL-ın həyata keçirdiyi təhlükəsizlik tədbirlərindən razı qalmayıb

Həsən Kərimov kiçik oğlunu da itirib
AXCP sədrinin müavini bir ay öncə böyük oğlunu dəfn etmişdi

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir
Rusiya vətəndaşı olan Maqomed İsayev azərbaycanlıların Çeçenistanda döyüşə cəlb edilməsində iştirak etdiyini təsdiqləyib

Ombudsman Şəkidə olub
Vətəndaşlar şikayətlərini Elmira Süleymanovaya təqdim ediblər

Radikallıqda təqsirləndirilən dini qrupun apellyasiya şikayətinə baxılır
20 nəfərlik qruplaşma onlara verilmiş cəzadan narazıdır

Pentaqon strateji sənədlərin tezliklə qəbulunu istəyir
Amerika Birləşmiş Ştatları Azərbaycanın Hərbi Doktrinasının və Strateji Müdafiə İcmalının hazırlanmasında yaxından iştirak edir və bu sənədlərin tezliklə qəbulunda maraqlıdır.

Müdafiə Nazirliyindən sarsıdıcı açıqlama
Ekspertlər heyrət içindədir: nazirlikdə atəşkəs dövründə şəhid olanların statistikası aparılmayıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər