Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Müdafiə Nazirliyindən sarsıdıcı açıqlama
Müdafiə Nazirliyindən sarsıdıcı açıqlama
Ekspertlər heyrət içindədir: nazirlikdə atəşkəs dövründə şəhid olanların statistikası aparılmayıb
Şənbə, 01.08.2009

Cəsur Məmmədov mətn ölçüsü  

İyulun 15-də Nazirlər Kabineti "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"na dəyişiklik edib. Dəyişikliyə əsasən, şəhid statusu Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslərə şamil olunacaq.

Bu dəyişiklik indiyə qədər atəşkəs dövründə həlak olan döyüşçülərə də şamil ediləcək. Ancaq "Mediaforum" saytı aydınlaşdırıb ki, indiyə qədər atəşkəs dövründə həlak olan döyüşçülərdən hər hansı birinin, belə demək mümkünsə, yiyəsi yoxdursa, ona şəhid statusu verilməyəcək. Məsələ bundadır ki, şəhid statusunun alınması üçün indiyədək atəşkəs dövründə həlak olan döyüşçünün yaxınları Müdafiə Nazirliyindəki müvafiq komissiyaya müraciət etməlidir. Komissiya müraciəti araşdırır, sübut olandan sonra həmin döyüşçüyə şəhid adı verilir. Əgər həmin döyüşçünün yaxın adamı yoxdursa, döyüşçü kimsəsiz imişsə və ya yaxın adamları sonradan vəfat edibsə, onda ona şəhid adının verilməsi mümkün olmayacaq. Çünki bu döyüşçüyə şəhid statusunun verilməsi mexanizmi yoxdur (?!).

Əgər atəşkəs dövründə döyüş tapşırığını yerinə yetirərkən həlak olan hərbçilərin statistikası aparılsaydı, onda yaxın adamının müraciət edib-etmədiyinə baxmayaraq onların hər birinə şəhid statusunun verilmə imkanı yaranardı. Amma belə bir statistika yoxdur...

Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev "Mediaforum"a deyib ki, dünyasını dəyişən hər bir hərbçi barədə nazirliyin arxivində məlumatlar toplanır: "Amma konkret olaraq atəşkəs dövründə döyüş tapşırığını yerinə yetirərkən həlak olanlar barədə statistika aparılmayıb"(?).

Onda hazırda yaxın adamı qalmamış, döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş hərbçiyə şəhid statusunun verilmə məsələsi necə həllini tapacaq? Məsələn, Müdafiə Nazirliyinin özü hər hansı hərbçiyə şəhid statusu verilməsi üçün məsələ qaldıra bilərmi? Teymur Abdullayev bildirib ki, həlak olan hərbçinin şəhid statusu alması üçün mütləq kimsə Müdafiə Nazirliyinə müraciət etməlidir: "Heç olmasa qonşusu müraciət etməlidir..."(?)

"Ayna"nın əməkdaşı Müdafiə Nazirliyinin mövqeyi ilə bağlı ekspertlər arasında sorğu aparıb. Ekspertlərin fikrincə, şəhid olanların statistikasının aparılmadığı barədə nazirlikdən deyilənlər təəccüb doğurur. "Ola bilər ki, nazirlik rəsmisinin açıqlamasında hansısa yanlışlıq var. Yox, əgər bu doğrudursa, onda vəzifəli şəxslərin vəzifə səhlənkarlığı etməsi barədə düşünmək olar", - deyə ekspertlər bildirir. Onların fikrincə, məsələyə çox qısa zamanda aydınlıq gətiriləcək.

Yeri gəlmişkən, iyulun 28-də Beyləqanda hərbi hissələrdən birində hərbi xidmət keçən Bakı şəhər sakini Tural Qəhrəmanov vəfat edib. Əsgərin ailəsindən bildiriblər ki, Turalın ölümü ilə bağlı hərbi komissarlığın verdiyi arayışda onun böyrək çatışmazlığından vəfat etdiyi göstərilir. Ailə üzvləri isə Turalın sağlam olduğunu deyir. Onların sözlərinə görə, Tural Qəhrəmanov hərbi xidmətə 10 gün öncə başlayıb. Hərbi Komissarlıqda tibb yoxlamasından keçən Qəhrəmanovun sənədlərində onun tam sağlam və əsgərliyə yararlı olduğu yazılıb.

Ali məktəbi bu il bitirən Tural prezident təqaüdçüsü olub. Faktla bağlı araşdırma aparılır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Azərbaycan "donuz qripi" aşkarlanan ölkələr sırasında
Sentyabr-oktyabr aylarında bu qripin pandemiya şəklini alacağı barədə proqnoz var. Səhiyyə rəsmilərimiz isə bizi sakitləşdirməyə çalışır.

KİV-ə Dəstək Fonduna müraciətlərin qəbulu bitdi
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə layihə qəbulu dünən saat 18.00-da başa çatıb.

Ramil Usubov polis əməkdaşlarını maariflənməyə çağırır
Ümumilikdəsə, nazir polisin yarımillik fəaliyyətini qənaətbəxş hesab edib

Ermənistan ordusunun çağırışçı problemi
Bu vəziyyət ağır demoqrafik situasiya ilə şərtlənir

İsrailə təyyarə reysləri ləğv edilə bilər
Tel-Əviv AZAL-ın həyata keçirdiyi təhlükəsizlik tədbirlərindən razı qalmayıb

Həsən Kərimov kiçik oğlunu da itirib
AXCP sədrinin müavini bir ay öncə böyük oğlunu dəfn etmişdi

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir
Rusiya vətəndaşı olan Maqomed İsayev azərbaycanlıların Çeçenistanda döyüşə cəlb edilməsində iştirak etdiyini təsdiqləyib

Ombudsman Şəkidə olub
Vətəndaşlar şikayətlərini Elmira Süleymanovaya təqdim ediblər

Radikallıqda təqsirləndirilən dini qrupun apellyasiya şikayətinə baxılır
20 nəfərlik qruplaşma onlara verilmiş cəzadan narazıdır

Pentaqon strateji sənədlərin tezliklə qəbulunu istəyir
Amerika Birləşmiş Ştatları Azərbaycanın Hərbi Doktrinasının və Strateji Müdafiə İcmalının hazırlanmasında yaxından iştirak edir və bu sənədlərin tezliklə qəbulunda maraqlıdır.

Elçin Behbudov: "Novruzəli Məmmədovun səhhətindəki problem həyatı üçün təhlükə yaratmır"
Məhbusun hüquqlarını müdafiə komitəsi isə bunun əksini iddia edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər