Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Pentaqon strateji sənədlərin tezliklə qəbulunu istəyir
Şənbə, 01.08.2009

mətn ölçüsü  

Amerika Birləşmiş Ştatları Azərbaycanın Hərbi Doktrinasının və Strateji Müdafiə İcmalının hazırlanmasında yaxından iştirak edir və bu sənədlərin tezliklə qəbulunda maraqlıdır. "MilAz" İnformasiya Agentliyinin xəbərinə görə, bunu Vaşinqtonda ABŞ - Azərbaycan hərbi məsləhətləşmələri zamanı Pentaqon təmsilçiləri bəyan ediblər.

Qeyd edək ki, bu günlərdə Vaşinqtonda növbəti ABŞ - Azərbaycan hərbi məsləhətləşmələri keçirilib və bəlli olub ki, növbəti ikitərəfli hərbi məsləhətləşmələrdə iştirak edən altı nəfərlik Azəraycan heyətinə Silahlı Qüvvələrin baş qərargah rəisinin müavini rəhbərlik edib. Görüşə Azərbaycanın ABŞ-dakı hərbi attaşesi polkovnik Eldar İsmayılov da qatılıb.

Azərbaycan tərəfi ABŞ-ın Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına transformasiya prosesinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, bu dəstək nəticəsində Azərbaycan müdafiə və təhlükəsizlik sektoru ilə bağlı strateji sənədlərin tezliklə qəbul ediləcəyinə ümid edir.

Vaşinqtondakı görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Məlumata görə, görüş zamanı ABŞ Müdafiə Nazirliyinin yüksəkrütbəli təmsilçilərinin bir müddət öncə Azərbaycana səfəri diqqət mərkəzində olub. Pentaqon rəsmiləri bildiriblər ki, Azərbaycanın bölgənin təhlükəsizliyinin təmin olunmasındakı rolu kifayət qədər ciddidir. Danışıqlarda Qəbələ RLS-in gələcək taleyi də diqqət mərkəzində olub.

ABŞ-la Azərbaycan arasında son hərbi məsləhətləşmələr ötən il Bakıda keçirilib.

Pentagon,Azerbaycan,gorush

Üzeyir Cəfərov generalın qətli ilə bağlı dindirilib

Hərbi ekspert Üzeyir Cəfərov Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində general Rail Rzayevin qətli ilə bağlı dindirilib. Cəfərovun "Turan"a verdiyi məlumata görə, mühüm işlər üzrə müstəntiq Vaqif İsmayılov generalın qətlinə qədər və ondan sonra Cəfərovun telefon danışıqları ilə maraqlanıb. Xüsusən Cəfərovun qətl barədə kiminlə danışması, cinayət günü bununla bağlı kimə zəng etməsi və ona kimin zəng etdiyi dəqiqləşdirilib. "Dindirmə protokollaşdırılıb və normal şəraitdə keçirilib", - deyə Cəfərov bildirib. Onun sözlərinə görə, istintaq həmçinin onun qətllə bağlı mümkün versiya və səbəblər haqqında fikrini öyrənib. Xatırladaq ki, müdafiə nazirinin müavini və HHQ və HƏM komandanı general-leytenant Rail Rzayev 11 fevral 2009-cu ildə evinin yaxınlığında güllələnib. Cinayətin üstü indiyədək açılmayıb.я



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Şeron" qrupu bir daha dağılmayacaq

Bölmənin digər xəbərləri
 
Azərbaycan "donuz qripi" aşkarlanan ölkələr sırasında
Sentyabr-oktyabr aylarında bu qripin pandemiya şəklini alacağı barədə proqnoz var. Səhiyyə rəsmilərimiz isə bizi sakitləşdirməyə çalışır.

KİV-ə Dəstək Fonduna müraciətlərin qəbulu bitdi
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə layihə qəbulu dünən saat 18.00-da başa çatıb.

Ramil Usubov polis əməkdaşlarını maariflənməyə çağırır
Ümumilikdəsə, nazir polisin yarımillik fəaliyyətini qənaətbəxş hesab edib

Ermənistan ordusunun çağırışçı problemi
Bu vəziyyət ağır demoqrafik situasiya ilə şərtlənir

İsrailə təyyarə reysləri ləğv edilə bilər
Tel-Əviv AZAL-ın həyata keçirdiyi təhlükəsizlik tədbirlərindən razı qalmayıb

Həsən Kərimov kiçik oğlunu da itirib
AXCP sədrinin müavini bir ay öncə böyük oğlunu dəfn etmişdi

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir
Rusiya vətəndaşı olan Maqomed İsayev azərbaycanlıların Çeçenistanda döyüşə cəlb edilməsində iştirak etdiyini təsdiqləyib

Ombudsman Şəkidə olub
Vətəndaşlar şikayətlərini Elmira Süleymanovaya təqdim ediblər

Radikallıqda təqsirləndirilən dini qrupun apellyasiya şikayətinə baxılır
20 nəfərlik qruplaşma onlara verilmiş cəzadan narazıdır

Müdafiə Nazirliyindən sarsıdıcı açıqlama
Ekspertlər heyrət içindədir: nazirlikdə atəşkəs dövründə şəhid olanların statistikası aparılmayıb

Elçin Behbudov: "Novruzəli Məmmədovun səhhətindəki problem həyatı üçün təhlükə yaratmır"
Məhbusun hüquqlarını müdafiə komitəsi isə bunun əksini iddia edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər