Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir
"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir
Rusiya vətəndaşı olan Maqomed İsayev azərbaycanlıların Çeçenistanda döyüşə cəlb edilməsində iştirak etdiyini təsdiqləyib
Şənbə, 01.08.2009

Səid
SƏİD
mətn ölçüsü  

Dünən Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə "Meşə qardaşları" adlı qruplaşma yaradaraq bir sıra cinayətlər törətməkdə, o cümlədən Nərimanov rayonunda yerləşən "Əbu-Bəkr" məscidində terror aktı törətməkdə təqsirləndirilən 26 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər Rusiya vətəndaşı Maqomed İsayev və Azərbaycan vətəndaşı Samir Babayev ifadə veriblər.

Maqomed İsayev ifadəsində Çeçenistanda döyüşdüyünü təsdiqləyib. Lakin ona qarşı irəli sürülən digər ittihamları qəbul etmədiyini bildirib. Maqomed İsayev ifadəsində Çeçenistanda Rusiya Silahlı Qüvvələrinə qarşı aparılan əməliyyatlarda Azərbaycan vətəndaşlarının iştiraka cəlb edilməsi məqsədilə təbliğat aparmadığını da söyləyib.

Fasilədən sonra prosesdə Samir Babayev ifadə verib. Təqsirləndirilən ittihamda ona qarşı irəli sürülən 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri qəbul etmədiyini söyləyib. Samir Babayev qanunvericiliklə nəzərdə tutulmayan silahlı qrup yaradılması ilə bağlı ittihamı isə qismən qəbul edib. Təqsirləndirilən özünü Dağıstan camaatının əmiri adlandıran, "Əbdülməcid" ləqəbli İlqar Mollaçıyevi tanımadığını da deyib: "Əbu-Bəkr məscidində baş verən partlayışdan isə televiziya vasitəsilə xəbər tutmuşam". Proses avqustun 3-də davam edəcək.

İttihama görə, Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Zabit Şıxbabayev, Fariz Məmmədov, Samir Babayev, Anar Vəlimətov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Rafiq Ağacanov, Taleh Məhərrəmov, Teymur Nərimanov, Kamran Bozorgi, Azər Baxışov, Musa Orucov, Aleksandr Nurəliyev, Məmməd Məmmədov, Elxan Osmanov, Zaur Cəfərov, Rüfət Rzayev, Sərdar Bünyatov, Rusiya vətəndaşı Maqomed İsayev, Türkiyə vətəndaşları Yamin Ali və Özdəmir Ergin Zaqatala rayonundan olan "Əbdülməcid" ləqəbli İlqar Mollaçiyev, onun qaynı "Süleyman" ləqəbli Samir Mehdiyevlə cinayət əlaqəsinə girərək Azərbaycanda ixtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar "Əbu-Bəkr" məscidində partlayış törətməkdə və digər cinayətkar əməllərdə günahkar bilinirlər.

Qeyd edək ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Hadisə ilə bağlı aparılan ibtidai istintaq zamanı 26 nəfər saxlanılıb, onlar barəsində cinayət işi başlanıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Ərini qətlə yetirən qadın məhkum edildi

Radikallıqda təqsirləndirilən dini qrupun apellyasiya şikayətinə baxılır

Bölmənin digər xəbərləri
 
Azərbaycan "donuz qripi" aşkarlanan ölkələr sırasında
Sentyabr-oktyabr aylarında bu qripin pandemiya şəklini alacağı barədə proqnoz var. Səhiyyə rəsmilərimiz isə bizi sakitləşdirməyə çalışır.

KİV-ə Dəstək Fonduna müraciətlərin qəbulu bitdi
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə layihə qəbulu dünən saat 18.00-da başa çatıb.

Ramil Usubov polis əməkdaşlarını maariflənməyə çağırır
Ümumilikdəsə, nazir polisin yarımillik fəaliyyətini qənaətbəxş hesab edib

Ermənistan ordusunun çağırışçı problemi
Bu vəziyyət ağır demoqrafik situasiya ilə şərtlənir

İsrailə təyyarə reysləri ləğv edilə bilər
Tel-Əviv AZAL-ın həyata keçirdiyi təhlükəsizlik tədbirlərindən razı qalmayıb

Həsən Kərimov kiçik oğlunu da itirib
AXCP sədrinin müavini bir ay öncə böyük oğlunu dəfn etmişdi

Ombudsman Şəkidə olub
Vətəndaşlar şikayətlərini Elmira Süleymanovaya təqdim ediblər

Radikallıqda təqsirləndirilən dini qrupun apellyasiya şikayətinə baxılır
20 nəfərlik qruplaşma onlara verilmiş cəzadan narazıdır

Pentaqon strateji sənədlərin tezliklə qəbulunu istəyir
Amerika Birləşmiş Ştatları Azərbaycanın Hərbi Doktrinasının və Strateji Müdafiə İcmalının hazırlanmasında yaxından iştirak edir və bu sənədlərin tezliklə qəbulunda maraqlıdır.

Müdafiə Nazirliyindən sarsıdıcı açıqlama
Ekspertlər heyrət içindədir: nazirlikdə atəşkəs dövründə şəhid olanların statistikası aparılmayıb

Elçin Behbudov: "Novruzəli Məmmədovun səhhətindəki problem həyatı üçün təhlükə yaratmır"
Məhbusun hüquqlarını müdafiə komitəsi isə bunun əksini iddia edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər