Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Həsən Kərimov kiçik oğlunu da itirib
AXCP sədrinin müavini bir ay öncə böyük oğlunu dəfn etmişdi
Şənbə, 01.08.2009

S.Abbas mətn ölçüsü  

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimovun oğlu müəmmalı şəkildə dünyasını dəyişib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, Rəşad Kərimovun meyidi ötən gecə Neftçilər prospekti - 145 ünvanında aşkar edilib. Onun ölümünün səbəbləri isə məlum deyil. Bu hadisə Həsən Kərimovun ailəsində son iki ayda ikinci faciədir.

Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib. Həsən Kərimov APA-ya açıqlamasında oğlunun öldüyünü təsdiqləyib: "Rəşad ötən gecə huşsuz vəziyyətdə Neftçilər prospektində tapılıb. Onu xəstəxanaya aparsalar da, xilas etmək mümkün olmayıb". Oğlunun ölümünün səbəbləri barədə hələlik heç bir şey deyə bilməyəcəyini vurğulayan Həsən Kərimov Rəşadın meyidinin üzərində heç bir zorakılıq əlamətlərinin aşkarlanmadığını deyib.

Kərimovun yaxınlarının "Turan"a verdiyi məlumat bundan xeyli fərqlidir. Deyilir ki, 30 yaşlı Rəşad Kərimov iyunun 30-da dəniz vağzalında olarkən ürək tutmasından halı pisləşib və xəstəxanaya çatdırılıb. Daha sonra isə xəstəxanada vəfat edib.

Məlumata görə, hüquq-mühafizə orqanları onun kimliyini müəyyən edə bilməyib. İyulun 6-da Rəşad Kərimov Yasamaldakı kimsəsizlər qəbiristanlığında torpağa tapşırılıb. Kiçik qardaşın torpağa tapşırıldığı gün böyük qardaş 32 yaşlı İftixar da qəflətən ürək tutmasından vəfat edib. Beləliklə, hər iki qardaş bir gündə, amma ayrı-ayrı qəbiristanlıqlarda torpağa tapşırılıb.

Məlumata görə, ailə üzvlərinin başı böyük qardaşın dəfninə qarışdığından kiçik qardaşdan bir müddət xəbər tuta bilməyiblər. Böyük qardaşın dəfnindən az sonra ailə üzvləri Rəşadın itməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Uzun axtarışdan sonra, nəhayət, iyulun 31-də Rəşad Kərimovun vəfat etdiyi və dəfn edildiyi bəlli olub...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanın diplomatiya tarixi üç cilddə çıxacaq

Adlar seçimin obyektivliyini dəqiq əks etdirdi

"Kocaelispor" Rəşad Sadıqovdan əl çəkmir

Nəvələrə babanın qurduğu respublikada yer yoxdur?

Bölmənin digər xəbərləri
 
Azərbaycan "donuz qripi" aşkarlanan ölkələr sırasında
Sentyabr-oktyabr aylarında bu qripin pandemiya şəklini alacağı barədə proqnoz var. Səhiyyə rəsmilərimiz isə bizi sakitləşdirməyə çalışır.

KİV-ə Dəstək Fonduna müraciətlərin qəbulu bitdi
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə layihə qəbulu dünən saat 18.00-da başa çatıb.

Ramil Usubov polis əməkdaşlarını maariflənməyə çağırır
Ümumilikdəsə, nazir polisin yarımillik fəaliyyətini qənaətbəxş hesab edib

Ermənistan ordusunun çağırışçı problemi
Bu vəziyyət ağır demoqrafik situasiya ilə şərtlənir

İsrailə təyyarə reysləri ləğv edilə bilər
Tel-Əviv AZAL-ın həyata keçirdiyi təhlükəsizlik tədbirlərindən razı qalmayıb

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir
Rusiya vətəndaşı olan Maqomed İsayev azərbaycanlıların Çeçenistanda döyüşə cəlb edilməsində iştirak etdiyini təsdiqləyib

Ombudsman Şəkidə olub
Vətəndaşlar şikayətlərini Elmira Süleymanovaya təqdim ediblər

Radikallıqda təqsirləndirilən dini qrupun apellyasiya şikayətinə baxılır
20 nəfərlik qruplaşma onlara verilmiş cəzadan narazıdır

Pentaqon strateji sənədlərin tezliklə qəbulunu istəyir
Amerika Birləşmiş Ştatları Azərbaycanın Hərbi Doktrinasının və Strateji Müdafiə İcmalının hazırlanmasında yaxından iştirak edir və bu sənədlərin tezliklə qəbulunda maraqlıdır.

Müdafiə Nazirliyindən sarsıdıcı açıqlama
Ekspertlər heyrət içindədir: nazirlikdə atəşkəs dövründə şəhid olanların statistikası aparılmayıb

Elçin Behbudov: "Novruzəli Məmmədovun səhhətindəki problem həyatı üçün təhlükə yaratmır"
Məhbusun hüquqlarını müdafiə komitəsi isə bunun əksini iddia edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər