Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə layihə qəbulu dünən saat 18.00-da başa çatıb. Bu barədə APA-ya açıqlamasında fondun icraçı direktoru Vüqar Səfərov məlumat verib.
Vüqar Səfərov elan edilən müsabiqəyə 100-dək layihənin təqdim edildiyini bildirib: "Bu gün üzdə olan mətbuat orqanlarının, demək olar ki, əksəriyyəti hazırladıqları layihələri fonda təqdim edib. Yaxın müddətdə layihələrə baxılacaq və qiymətləndiriləcək".
Pentaqon strateji sənədlərin tezliklə qəbulunu istəyirAmerika Birləşmiş Ştatları Azərbaycanın Hərbi Doktrinasının və Strateji Müdafiə İcmalının hazırlanmasında yaxından iştirak edir və bu sənədlərin tezliklə qəbulunda maraqlıdır.