Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ukrayna erməniləri - bu ölkədə yeganə "milli azlıq"?
Primitiv üsullarla rəy formalaşdırmağa xəbis cəhdlərdən daha biri
Şənbə, 01.08.2009


İSMAYIL
mətn ölçüsü  

Ermənilərin yaşadıqları ölkələrdə elektron saytlar yaradaraq rəy formalaşdırmağa xəbis cəhdlər göstərdikləri yeni məsələ deyildir. Ukrayna İnternet məkanında rast gəldiyimiz analitika.at.ua portalı buna bariz örnək idi. Rəhbəri erməni milliyyətindən olan Ukrayna vətəndaşı Marat Akopyandır. İnformasiya-təhlil məzmunlu portal olduğunu bəyan edən sayt özünü "milli azlıqlar mövzusunda Ukraynadan məlumat yayan aparıcı mənbələrdən biri" hesab edir. Məsələyə prinsipial mövqedən yanaşdıqda burada təəccüblü və ya qısqanclıq doğuran (xüsusən bir azərbaycanlı kimi nəzərə alsan ki, portalın müəllifi ermənidir) heç bir məqam yoxdur.

Sadəcə, portalın cəlbedici adı və rəhbərinin kimliyi və gördüyü işlər bizdə maraq oyatdı və onunla tanış olmaq qərarına gəldik. Kiçik araşdırma nəticəsində müəyyən edə bildik ki, portalın serveri Rusiya ərazisində yerləşir... İkincisi, qısa tanışlıqdan sonra portal barəsində bizdə iki təəssürat oyandı: birincisi, "analitika" anlayışı ermənilər üçün onların təfəkkür dünyasına yad olan məfhumlara münasibətdə dezinformasiya və diskreditasiya xarakterli məlumatların yayılmasıdır; ikincisi və üzərində daha geniş dayanmaq istədiyimiz "milli azlıq" anlayışı.

Demə, özlərini "milli azlıqlar mövzusunda Ukraynadan məlumat yayan aparıcı mənbələrdən biri" kimi təqdim edən saytın sahibləri üçün Ukraynada yalnız bir "milli azlıq" mövcuddur ki, o da ermənilərdir. Çünki portalın materialları ilə tanış olduqda Ukrayna əhalisinin təqribən 0,2 faizini təşkil edən erməni milli mənsubiyyətinə məxsus şəxslərdən başqa, "milli azlıq" adlandırıla biləcək digər milli-etnik subyektlərin problemlərindən, qayğılarından bəhs edən hər hansı bir məlumata rast gəlmədik.

"Analitika.at.ua" portalı özünün bütün analitik potensialını "əzilmiş və hüquqları tapdanmış" ermənilərin "haqq səsini" dünyaya duyurmağa yönəldib. Onların təqdimatında "iqtisadi çətinliklər və hakimiyyət didişmələri nəticəsində normal həyat ritmindən çıxan, problemlər bataqlığını xatırladan Ukraynada yeganə işıq yeri qəlblərinə sevgi və xeyirxahlıq hissinin hakim kəsildiyi erməni "milli azlığı"dır".

Ukrayna dövlətinin həyata keçirdiyi xarici siyasi kurs ukraynalı ermənilərin narazılığına səbəb olan digər bir məqamdır. Onların görümündə GUAM - "soyuq müharibə"nin qalığıdır" (!?), odur ki, məzlum erməniləri hiddətləndirir. Onlar xüsusən də GUAM-da təmsil olunan Azərbaycanı (və Gürcüstanı) regionda bölücü siyasət yürütməkdə, Türkiyə-Ermənistan əlaqələrinin inkişafına əngəl törətməkdə ittiham edirlər... Xoruzun quyruğu göründüyü üçün, burada nöqtə qoyuruq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
BMT Azərbaycan hökumətini tənqid etdi
Qurumun İnsan Haqları Şurası ölkədə insan haqlarının durumu ilə bağlı hesabatını açıqladı

Karolin Braun: "Britaniya zənginləşməkdə olan Azərbaycanı Avroatlantik məkanda görmək istəyir"
London BBC-nin milli tezliklərlə yayımının bərpası üçün rəsmi Bakı ilə ən yüksək səviyyədə müzakirələr aparır

Ən yaxşı işləyən Azərbaycan hökumətidir
Bu "Gallup" təşkilatının açıqladığı növbəti sorğusunun nəticələrinə görə belədir

Ermənipərəst konqresmenlər Obamaya müraciət etdilər
Onların inadkar cəhdlərinin bu dəfə də fiaskoya uğrayacağı şübhə doğurmur

Siyasi faktorlar"NABUKKO"ya mane ola bilər
Amerikalı ekspert buraya qaz çatışmazlığını da əlavə edir

Nensi Maykldouni Metyu Brayzanı əvəz edəcək?
Sentyabrdan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filipp Qordonun yeni müavini dünənə qədər ABŞ-ın Bolqarıstandakı səfiri vəzifəsində çalışan Nensi Maykldouni olacaq.

Milli Məclislə necə işləməli?
Deputatlar və jurnalistlər öz aralarındakı problemləri müzakirə ediblər

Mediaya "farağat" komandası?
Son vaxtlar ordu - KİV münasibətlərində gərginlik yaranıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər