Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Milli Məclislə necə işləməli?
Milli Məclislə necə işləməli?
Deputatlar və jurnalistlər öz aralarındakı problemləri müzakirə ediblər
Şənbə, 01.08.2009

X.Səfərli mətn ölçüsü  

Bu gün Atatürk Mərkəzində "Parlament və media münasibətləri: mövcud vəziyyət, əməkdaşlığın perspektivləri" mövzusunda "dəyirmi masa" keçirilib.

"Media forum" saytının məlumatına görə, Parlament Jurnalistləri Birliyinin təşkil etdiyi toplantıda millət vəkilləri və Milli Məclisin fəaliyyətini işıqlandıran media mənsubları iştirak ediblər. Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, bu mövzuda "dəyirmi masa"nın təşkil olunmasında məqsəd jurnalistlərin parlamentin fəaliyyətini hansı formada işıqlandırması, Milli Məclislə media mənsublarının əməkdaşlığı və mövcud problemlərin aradan qaldırılması üçün işlər görməkdir. Onun sözlərinə görə, hazırda bəzi dövlət qurumlarından fərqli olaraq Milli Məclis media ilə əməkdaşlıqda xüsusilə seçilir. Amma bəzi problemlər hələ də qalır.

Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov çıxışa jurnalistləri tənqid etməklə başlayıb. Komissiya sədri qeyd edib ki, parlament-media münasibətləri daim ciddi bir məsələ olub: "Amma hazırda media Milli Məclisin fəaliyyətini lazımi səviyyədə işıqlandıra bilmir. Jurnalistlər arasında fikir müxtəlifliyi çox zəifdir. İzahat işləri lazımi səviyyədə deyil. Parlamentin fəaliyyətini işıqlandırmaqda jurnalistlərin təcrübəsi də azdır. Həddən artıq sxematizm mövcuddur. Parlamentə daim jurnalist təzyiqi olmalıdır. Amma bu, hiss olunacaq səviyyədə deyil". Onun fikrincə, media hansısa bir qanunun qəbulu zamanı ictimaiyyətə geniş məlumat verməli, qanunun işlənmə mexanizmi barədə analitik yazılar yazılmalıdır.

N.Cəfərovun fikirlərinə jurnalistlərdən öncə deputat Pənah Hüseyn cavab verib. O deyib ki, Milli Məclisdə akkreditə olunmuş jurnalistlər informasiyaların cəmiyyətə ötürülməsində ciddi işlər görürlər: "Parlamentin fəaliyyəti lazımi səviyyədə işıqlandırılır. Qanun layihələrinin qəbulu zamanı baş verən anlaşılmazlıqlar isə jurnalistlərin günahı deyil. Çünki jurnalistlər qanun yaradıcılığı prosesində iştirak etmirlər. Komitələrin iclaslarına daim eyni jurnalistlər çağırılır. Buna görə də plenar iclasda qanunlar qəbul olunarkən media mənsubları əziyyət çəkirlər".

Deputat Sabir Rüstəmxanlı son dövrlər jurnalistlərin araşdırma yazıları yazmadıqlarından şikayətlənib. Amma parlamentin fəaliyyətinin işıqlandırılmasında jurnalistlərin əməyinin böyük olduğunu deyən S.Rüstəmxanlı problemlərin aradan qaldırılması istiqamətində iş görülməsini vacib sayır. Toplantıda media mənsublarının üzləşdikləri problemlərdən danışıblar. Onlar bildiriblər ki, hələ də komitələrin və digər iclasların işıqlandırılması üçün telekanalların kameralarına qoyulan qadağa aradan qaldırılmayıb. Komitələrin iclaslarına yalnız eyni qəzet və elektron KİV-lərin müxbirləri dəvət edilir.

Deputat Gültəkin Hacıbəylinin sözlərinə görə, Milli Məclis jurnalistlərin hesabına sosial problemlərini həll edir. Amma bu qurum medianın sosial problemlərini həll edə bilmir: "Mən burda sadalanan problemlərdən xəbərsizəm. Jurnalistlərin qanun yaradıcılığı prosesində iştirakı lazımdır. Eyni zamanda komitələrin keçirdiyi müzakirələrdə də jurnalistlər olmalıdırlar". Deputat Qənirə Paşayeva təklif edib ki, Milli Məclislə media arasında olan problemlər barədə Parlament Jurnalistləri Birliyi bir material hazırlayıb rəhbərliyə təqdim etsin: "Həmin sənədə jurnalistlərlə yanaşı, deputatlar da imza atsınlar. Belə olan halda mövcud problemlərin həllinə nail olmaq olar".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
BMT Azərbaycan hökumətini tənqid etdi
Qurumun İnsan Haqları Şurası ölkədə insan haqlarının durumu ilə bağlı hesabatını açıqladı

Karolin Braun: "Britaniya zənginləşməkdə olan Azərbaycanı Avroatlantik məkanda görmək istəyir"
London BBC-nin milli tezliklərlə yayımının bərpası üçün rəsmi Bakı ilə ən yüksək səviyyədə müzakirələr aparır

Ən yaxşı işləyən Azərbaycan hökumətidir
Bu "Gallup" təşkilatının açıqladığı növbəti sorğusunun nəticələrinə görə belədir

Ermənipərəst konqresmenlər Obamaya müraciət etdilər
Onların inadkar cəhdlərinin bu dəfə də fiaskoya uğrayacağı şübhə doğurmur

Siyasi faktorlar"NABUKKO"ya mane ola bilər
Amerikalı ekspert buraya qaz çatışmazlığını da əlavə edir

Nensi Maykldouni Metyu Brayzanı əvəz edəcək?
Sentyabrdan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filipp Qordonun yeni müavini dünənə qədər ABŞ-ın Bolqarıstandakı səfiri vəzifəsində çalışan Nensi Maykldouni olacaq.

Mediaya "farağat" komandası?
Son vaxtlar ordu - KİV münasibətlərində gərginlik yaranıb

Ukrayna erməniləri - bu ölkədə yeganə "milli azlıq"?
Primitiv üsullarla rəy formalaşdırmağa xəbis cəhdlərdən daha biri



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər