![]() |
çap et |
|
|||
Sentyabrdan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filipp Qordonun yeni müavini dünənə qədər ABŞ-ın Bolqarıstandakı səfiri vəzifəsində çalışan Nensi Maykldouni olacaq. Buna qədər o, İstanbulda baş katib, ondan əvvəl isə Azərbaycandakı səfirin müavini olub, - deyə "Turan"ın xəbərində deyilir.
Dövlət Departamentindən "Turan"ın Vaşinqton müxbirinə verilən məlumata görə, o, yeni vəzifədə Metyu Brayzanı əvəz edəcək. Metyu Brayza özü qeyd edib ki, ATƏT Minsk Qrupunun həmsədri kimi işini davam etdirəcəkdir. Metyu Brayza gələcək karyerası ilə bağlı şərh verməyib. Öz növbəsində, Dövlət Departamentindəki digər mənbələr qeyd ediblər ki, Maykldouni Minsk Qrupunda Brayzanı əvəz etməyəcək. Nensi,Maykldouni,Brayza "Amerikanın səsi" Güney Azərbaycana həsr edilmiş yeni proqram açıb "Amerikanın səsi" radiostansiyasının Azərbaycan xidməti Güney Azərbaycana (İran Azərbaycanı) həsr edilmiş "Haray" adlı yeni proqram açıb. Bu 10 dəqiqəlik proqram hər çərşənbə axşamı efirə çıxacaq ("Turan"). Bu, artıq "Amerikanın səsi"nin İran Azərbaycanına həsr edilmiş ikinci proqramıdır. Belə ki, şənbə günləri Azərbaycan xidmətinin efirində 10 dəqiqəlik "İran Azərbaycanına pəncərə" adlı veriliş səslənir. "Amerikanın səsi"nin Azərbaycan xidmətinin verilişləri hər gün Bakı vaxtı ilə saat 22:30-da efirə çıxır. Onları İnternetdə (httr://www.voanews.com/azerbaiyani/), qısa dalğalarda və peyk antennası ilə dinləmək olar. |