""Nabukko" layihəsinin həyata keçirilməsi müəyyən şərtlər daxilində mümkündür. Bəzi məsələlər var ki, üzərində çalışmaq lazımdır. Məsələn, istehlakçılara lazım olan qazın miqdarı və s. Qaz təchizatçıları qətiləşdikdən sonra layihə həyata keçirilə bilər".
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Kolumbiya Universitetinin energetika, dəniz nəqliyyatı və ictimai siyasət üzrə Tədqiqat Mərkəzinin elmi işçisi Canen Mitçell deyib. Layihəyə hansı faktorların mane ola biləcəyinə dair sualı cavablandıran ekspert bildirib ki, bu, həm siyasi faktor, həm də qaz çatışmazlığı ola bilər: "Hələlik "Nabukko" kəməri ilə qaz nəqli üçün hansı mənbələrdən istifadə ediləcəyi dəqiq bəlli deyil".
Layihədə İranın iştirakına gəlincə, C. Mitçell bunun İran-ABŞ münasibətlərindən asılı olduğunu söyləyib.
|