Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ermənipərəst konqresmenlər Obamaya müraciət etdilər
Onların inadkar cəhdlərinin bu dəfə də fiaskoya uğrayacağı şübhə doğurmur
Şənbə, 01.08.2009

İdrak Abbasov mətn ölçüsü  

ABŞ Konqresinin 81 üzvü prezident Barak Obamaya müraciət edib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, ermənipərəst konqresmenlər rəsmi Ankaranın Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini əngəlləməsindən narahatlıq ifadə edərək Obamanı qondarma "erməni soyqırımı"nı tanımağa çağırıblar. Ermənipərəst konqresmenlər Frank Pallone, Mark Kirk, Adam Şift və Corc Radanoviç tərəfindən iyulun 10-da hazırlanmış müraciətə ümumilikdə 81 konqresmen imza atıb.

Müraciətdə deyilir: "Biz Sizə müraciət etməklə rəsmi Ankaranın Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını nəzərdə tutan "Yol xəritəsi"nin həyata keçirilməsini əngəlləməsindən narahatlığımızı çatdırmaq istəyirik. Ermənistan hökumətinin heç bir ön şərt irəli sürmədən "Yol xəritəsi" əsasında münasibətlərin normallaşması prinsipinə sadiq qalmasına baxmayaraq Türkiyənin açıq bəyanatları və hərəkətləri bunun tam əksini göstərir".

Müraciətdə buna misal olaraq Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 2009-cu il mayın 13-də verdiyi bəyanatı göstərilib. Ərdoğan həmin bəyanatında Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca və Azərbaycan torpaqları işğaldan azad edilməyincə Ermənistanla sərhədlərin açılmayacağını vurğulayıb.

Konqresmenlərin müraciətinin sonunda deyilir: "Belə təəssürat yaranır ki, Türkiyə erməni soyqırımının ABŞ tərəfindən tanınmasına mane olmaq üçün "Yol xəritəsi"ni imzalayıb, lakin sənədə əməl etmək niyyətində deyil. Ona görə də, Sizin administrasiyanızı erməni-türk münasibətlərinin normallaşması və erməni genosidinin tanınması məsələlərini bir-birindən ayırmağa çağırırıq. Ümidvarıq ki, administrasiyanın yeni səylərindən və resurslarından Ermənistanla Türkiyə arasında münasibətlərin heç bir ön şərt olmadan normallaşması işində istifadə olunacaq. Bundan başqa, Sizin seçkiqabağı kampaniya zamanı bəyan etdiyiniz erməni soyqırımını rəsmi tanımaq siyasətini qətiyyətlə dəstəklədiyimizi vurğulayırıq".

Xatırladaq ki, bir neçə gün bundan əvvəl ABŞ Senatının maliyyə yardımı komitəsi 29 səs lehinə, 1 səs əleyhinə olmaqla 2010-cu il büdcəsi üzrə qanun layihəsini qəbul edib. Sənədə əsasən, Ermənistana 30 milyon dollar yardım nəzərdə tutulub ki, bu, cari ilə nisbətən 18 milyon dollar azdır. "Arminfo" bu barədə Amerikanın Erməni Assambleyasına istinadən məlumat yaymışdı.

Beləliklə, senat Obama administrasiyasının Ermənistana maliyyə yardımının kəskin şəkildə azaldılması və Azərbaycana yardımın 22 milyon dollara qədər artırılması haqda təklifini nəzərə almışdı. Mənbə məlumat verirdi ki, hələlik Ermənistan və Azərbaycan üçün xarici hərbi maliyyələşdirmə (Foreign Military Financing) və hərbi təlim proqramına (İnternational Military Education and Training) ayrılan vəsaitin həcmi müəyyən edilməyib.

Qeyd edək ki, cəmi 50 ştat və bir dairədən ibarət olan ABŞ-ın artıq 40 ştatı qondarma erməni soyqırımını tanıyıb. Bəzi Qərb analitikləri bu addımı ABŞ-da erməni lobbisinin gördüyü iş kimi də təqdim edir. Amma Yer kürəsində toplam sayı 7 milyondan artıq olmayan ermənilərin ABŞ kimi supergücə hansısa formada siyasətini müəyyənləşdirməyə təsir etmək gücündə olmadığı şübhəsizdir. Analitiklərə görə, bölgənin super ölkəsi sayılan Rusiya Federasiyasının da ermənilərə münasibəti çox "isti"dir. Sözsüz ki, Rusiya ABŞ kimi hansısa lobbinin təsiri altında qərarlar qəbul etmədiyini açıq etiraf edir və Kreml Cənubi Qafqazdakı maraqlarını açıq şəkildə ortaya qoyur. Şərhçilərə görə, ABŞ bölgənin supergücünün Cənubi Qafqazda və xüsusilə Ermənistanda təsirini azaltmaq üçün bu ölkəyə qarşı mümkün qədər ehtiyatlı siyasət irəli sürür və bu ölkəni itirmək istəmir. Habelə ABŞ Türkiyə kimi çoxillik müttəfiqi və son illər çox isti münasibətlər qurduğu Azərbaycanla da əlaqələrini korlamaq fikrində deyil. Bütün üzdə olan və üzdə olmayan səbəbləri əsas götürən analitiklərin qənaətinə görə, ermənipərəst konqresmenlərin budəfəki cəhdləri də fiaskoya uğrayacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İlham Əliyev Barak Obamaya təbrik məktubu göndərib

Yerevan yeni səfirini təyin etdi

Ermənistan dünyanı aldadır

Ermənistan ordusunun çağırışçı problemi

Bölmənin digər xəbərləri
 
BMT Azərbaycan hökumətini tənqid etdi
Qurumun İnsan Haqları Şurası ölkədə insan haqlarının durumu ilə bağlı hesabatını açıqladı

Karolin Braun: "Britaniya zənginləşməkdə olan Azərbaycanı Avroatlantik məkanda görmək istəyir"
London BBC-nin milli tezliklərlə yayımının bərpası üçün rəsmi Bakı ilə ən yüksək səviyyədə müzakirələr aparır

Ən yaxşı işləyən Azərbaycan hökumətidir
Bu "Gallup" təşkilatının açıqladığı növbəti sorğusunun nəticələrinə görə belədir

Siyasi faktorlar"NABUKKO"ya mane ola bilər
Amerikalı ekspert buraya qaz çatışmazlığını da əlavə edir

Nensi Maykldouni Metyu Brayzanı əvəz edəcək?
Sentyabrdan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filipp Qordonun yeni müavini dünənə qədər ABŞ-ın Bolqarıstandakı səfiri vəzifəsində çalışan Nensi Maykldouni olacaq.

Milli Məclislə necə işləməli?
Deputatlar və jurnalistlər öz aralarındakı problemləri müzakirə ediblər

Mediaya "farağat" komandası?
Son vaxtlar ordu - KİV münasibətlərində gərginlik yaranıb

Ukrayna erməniləri - bu ölkədə yeganə "milli azlıq"?
Primitiv üsullarla rəy formalaşdırmağa xəbis cəhdlərdən daha biri



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər