![]() |
çap et |
|
|||
ABŞ-da yerləşən və dünya üzrə insan təbiətini və davranışlarını öyrənən "Gallup" təşkilatı iyulun 31-də yeni sorğusunu elan edib. "Azadlıq" radiosunun bu barədə yaydığı xəbərə görə, bu sorğuya Azərbaycanda əhalinin 77 faizi ölkə rəhbərliyinin işindən razıdır. Ukraynada isə rəhbərlikdə olanların işindən ən çox narazılıq ifadə olunub.
Sorğunun nəticələrinə görə beynəlxalq təşkilatların daha çox avtoritar ölkələr kimi xarakterizə etdikləri ölkələrdə rəhbərliyin işi bəyənilib. Qazaxıstan, Ermənistan, Rusiya kimi ölkələrdə bu inam 50 faizdən yuxarıdır. Litva, Estoniya kimi ölkələrdə isə rəyi soruşulanlar ölkə rəhbərliyinin işini daha az bəyəniblər. "Gallup" qeyd edir ki, 12 keçmiş sovet respublikasında 1000 nəfərlə üzbəüz söhbətdə onlara bu sual verilib: "Sizcə, ölkə rəhbərliyi işinin öhdəsindən necə gəlir?" Bu sorğuya inansaq, məlum olur ki, ən çox azərbaycanlılar hökumətlərindən razıdırlar. Belə ki, sorğuda hökumətlərindən ikinci ən çox razı qalan qazaxlar olub. Rəyi soruşulanların 71 faizi hesab edib ki, hökumət üzərinə düşən işin öhdəsindən gəlir. Ermənistanda bu cür düşünənlər 62, Rusiyada 56, Belarusda 46, Qırğızıstanda 43, Latviyada 27, Moldovada 25, Gürcüstanda 21, Estoniyada 20, Litva da 13, Ukraynada isə cəmi 4 faiz təşkil edib. |