Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ən yaxşı işləyən Azərbaycan hökumətidir
Ən yaxşı işləyən Azərbaycan hökumətidir
Bu "Gallup" təşkilatının açıqladığı növbəti sorğusunun nəticələrinə görə belədir
Şənbə, 01.08.2009

İ.Telmanoğlu mətn ölçüsü  

ABŞ-da yerləşən və dünya üzrə insan təbiətini və davranışlarını öyrənən "Gallup" təşkilatı iyulun 31-də yeni sorğusunu elan edib. "Azadlıq" radiosunun bu barədə yaydığı xəbərə görə, bu sorğuya Azərbaycanda əhalinin 77 faizi ölkə rəhbərliyinin işindən razıdır. Ukraynada isə rəhbərlikdə olanların işindən ən çox narazılıq ifadə olunub.

Sorğunun nəticələrinə görə beynəlxalq təşkilatların daha çox avtoritar ölkələr kimi xarakterizə etdikləri ölkələrdə rəhbərliyin işi bəyənilib. Qazaxıstan, Ermənistan, Rusiya kimi ölkələrdə bu inam 50 faizdən yuxarıdır.

Litva, Estoniya kimi ölkələrdə isə rəyi soruşulanlar ölkə rəhbərliyinin işini daha az bəyəniblər.

"Gallup" qeyd edir ki, 12 keçmiş sovet respublikasında 1000 nəfərlə üzbəüz söhbətdə onlara bu sual verilib: "Sizcə, ölkə rəhbərliyi işinin öhdəsindən necə gəlir?" Bu sorğuya inansaq, məlum olur ki, ən çox azərbaycanlılar hökumətlərindən razıdırlar.

Belə ki, sorğuda hökumətlərindən ikinci ən çox razı qalan qazaxlar olub. Rəyi soruşulanların 71 faizi hesab edib ki, hökumət üzərinə düşən işin öhdəsindən gəlir. Ermənistanda bu cür düşünənlər 62, Rusiyada 56, Belarusda 46, Qırğızıstanda 43, Latviyada 27, Moldovada 25, Gürcüstanda 21, Estoniyada 20, Litva da 13, Ukraynada isə cəmi 4 faiz təşkil edib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
BMT Azərbaycan hökumətini tənqid etdi
Qurumun İnsan Haqları Şurası ölkədə insan haqlarının durumu ilə bağlı hesabatını açıqladı

Karolin Braun: "Britaniya zənginləşməkdə olan Azərbaycanı Avroatlantik məkanda görmək istəyir"
London BBC-nin milli tezliklərlə yayımının bərpası üçün rəsmi Bakı ilə ən yüksək səviyyədə müzakirələr aparır

Ermənipərəst konqresmenlər Obamaya müraciət etdilər
Onların inadkar cəhdlərinin bu dəfə də fiaskoya uğrayacağı şübhə doğurmur

Siyasi faktorlar"NABUKKO"ya mane ola bilər
Amerikalı ekspert buraya qaz çatışmazlığını da əlavə edir

Nensi Maykldouni Metyu Brayzanı əvəz edəcək?
Sentyabrdan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filipp Qordonun yeni müavini dünənə qədər ABŞ-ın Bolqarıstandakı səfiri vəzifəsində çalışan Nensi Maykldouni olacaq.

Milli Məclislə necə işləməli?
Deputatlar və jurnalistlər öz aralarındakı problemləri müzakirə ediblər

Mediaya "farağat" komandası?
Son vaxtlar ordu - KİV münasibətlərində gərginlik yaranıb

Ukrayna erməniləri - bu ölkədə yeganə "milli azlıq"?
Primitiv üsullarla rəy formalaşdırmağa xəbis cəhdlərdən daha biri



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər