Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
BMT Azərbaycan hökumətini tənqid etdi
BMT Azərbaycan hökumətini tənqid etdi
Qurumun İnsan Haqları Şurası ölkədə insan haqlarının durumu ilə bağlı hesabatını açıqladı
Şənbə, 01.08.2009

İdrak Abbasov mətn ölçüsü  

BMT-nin İnsan Haqları Şurasının iyulun 31-də Cenevrədə keçirilən sessiyasında açıqlanan Azərbaycanla bağlı hesabatda bu yaxınlarda həbsə alınan iki internet yazarı - Emin Milli və Adnan Hacızadənin həbsindən narahatlıq bildirilir. "Azadlıq" radiosunun məlumatına görə, sənəddə deyilir ki, gənclərin hücuma məruz qalması ilə bağlı polisə məlumat vermələrindən sonra niyə həbs edilmələrinə aydınlıq gətirilməyib.

Ümumiyyətlə, komitə jurnalistlərə qarşı xuliqanlıq ittihamlarının irəli sürülməsindən narahatlığını bildirib. Hesabatda Azərbaycanda söz azadlığına qoyulan məhdudiyyətlər, müstəqil qəzetlərin bağlanması, xarici radiostansiyaların FM tezliyindən çıxarılması, jurnalistlərin qətli və döyülməsi haqda xəbərlərdən narahatlıq ifadə olunur.

Komitə Azərbaycan hökumətinə məsləhət görür ki, söz azadlığına qoyulan birbaşa və dolayı məhdudiyyətlərin aradan qaldırılması, jurnalistlərin zorakılıqdan qorunması üçün tədbirlər görsün. Hesabatda o da deyilir ki, hökumət müstəqil mətbuatın fəaliyyəti və radiostansiyaların yerli yayımına heç bir səbəb olmadan məhdudiyyət qoymamalıdır.

Azərbaycan polisi Bakıda gül bayramına etiraz aksiyası keçirməyə cəhd edən gəncləri saxlayır. Sənəddə o da qeyd edilir ki, BMT-nin İnsan Haqları Komitəsi Azərbaycanda istintaq zamanı insanlardan işgəncə yoluyla ifadə alınması, işgəncə ilə alınan ifadələrdən məhkəmələrdə istifadə edilməsi, işgəncə ilə bağlı şikayətlərin araşdırılmaması, polis məntəqələrində ölümlər haqda xəbərlərdən də narahatdır.

Komitə Azərbaycan hökumətinə məsləhət görur ki, hüquq-mühafizə orqanları haqqında şikayətləri araşdırmaq üçün müstəqil orqan yaratsın, günahı olanlar cəzalandırılsın. Bundan başqa, Milli Təhlükəsizlik Nazirliyindəki təcridxana ya bağlanmalı, ya da Ədliyyə Nazirliyinin tabeliyinə verilməlidir.

BMT-nin İnsan Haqları Komitəsi həm də insanların sərbəst toplaşmasına məhdudiyyət qoyulması, dinc nümayişlərin həddən ziyadə zor tətbiq etməklə dağıdılması haqda xəbərlərdən də narahatlıq keçirir. Komitə Azərbaycan hökumətinə məsləhət görür ki, sərbəst toplaşma ilə bağlı qaydaları yenidən nəzərdən keçirsin ki, həmin qaydalar insanların sərbəst toplaşmaq hüquqlarından yararlanmasına şərait yaratsın.

Hesabatda o da deyilir ki, Azərbaycan hökumətinin təmsilçiləri dini azadlıqların məhdudlaşdırılmadığını bildirsələr də, dini icmalar sərbəst fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməyə məcbur edilir. Komitə ondan da narahatdır ki, müsəlman icmaları dövlət qeydiyyatından keçməzdən qabaq Qafqaz Müsəlmanları İdarəsindən ilkin razılıq almalıdır: "Amma həmin təşkilatın hansı prinsiplər əsasında müraciətləri qiymətləndirməsi haqda məlumat yoxdur".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Karolin Braun: "Britaniya zənginləşməkdə olan Azərbaycanı Avroatlantik məkanda görmək istəyir"
London BBC-nin milli tezliklərlə yayımının bərpası üçün rəsmi Bakı ilə ən yüksək səviyyədə müzakirələr aparır

Ən yaxşı işləyən Azərbaycan hökumətidir
Bu "Gallup" təşkilatının açıqladığı növbəti sorğusunun nəticələrinə görə belədir

Ermənipərəst konqresmenlər Obamaya müraciət etdilər
Onların inadkar cəhdlərinin bu dəfə də fiaskoya uğrayacağı şübhə doğurmur

Siyasi faktorlar"NABUKKO"ya mane ola bilər
Amerikalı ekspert buraya qaz çatışmazlığını da əlavə edir

Nensi Maykldouni Metyu Brayzanı əvəz edəcək?
Sentyabrdan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filipp Qordonun yeni müavini dünənə qədər ABŞ-ın Bolqarıstandakı səfiri vəzifəsində çalışan Nensi Maykldouni olacaq.

Milli Məclislə necə işləməli?
Deputatlar və jurnalistlər öz aralarındakı problemləri müzakirə ediblər

Mediaya "farağat" komandası?
Son vaxtlar ordu - KİV münasibətlərində gərginlik yaranıb

Ukrayna erməniləri - bu ölkədə yeganə "milli azlıq"?
Primitiv üsullarla rəy formalaşdırmağa xəbis cəhdlərdən daha biri



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


Şevardnadze demoqrafik situasiyadan narahat olub

Şevardnadze demoqrafik situasiyadan narahat olub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər