Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
"Bank Standard"ın əməkdaşları cəzalandırıldı
"Bank Standard"ın əməkdaşları cəzalandırıldı
Onlar müştərilərin pullarını oğurlamaqda ittiham olunublar
Şənbə, 01.08.2009

Hacı mətn ölçüsü  

Bankdan müştərilərin pulunu çıxarmaqda ittiham olunan "Bank Standard" əməkdaşları - İlyas İlyaszadə, Səid Rəhimov, Anar Abdullayev və Ruslan Əliyevin məhkəməsi başa çatıb. Təqsirləndirilən şəxslər Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə ediliblər.

Təqsirləndirilən şəxslər CM 271.2.1-ci və 271.2.3-cü, (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxil olma ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talama) maddələri ilə ittiham olunublar.

İttihama görə, təqsirləndirilən şəxslər kompüter informasiyasına qanunsuz daxil olub "Bank Standard" müştərilərinin bank hesablarındakı pul vəsaitlərini talamaqla məşğul olublar.

Mütəşəkkil dəstə üzvləri həmin informasiyalar vasitəsilə ayrı-ayrı fiziki şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarıblar və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talayıblar. Müəyyən edilib ki, Nikolay Albertoviç ötən ilin noyabrında Çin Xalq Respublikasına gedib və kommersiya məqsədilə məişət əşyaları alıb. O, həmin əşyaların pulunu ödəmək üçün "Bank Standard"dan kart vasitəsilə pul çıxarmaq istəsə də, hesabında pulu olmayıb. O, aldığı malları saxlanc yerlərinə yığıb və məsələ ilə bağlı bankla əlaqə saxlayıb. Bankdan ona bildiriblər ki, hesabında olan pul çıxarılıb. Bundan başqa, təqsirləndirilən şəxslər daha bir neçə müştərinin pulunu eyni qaydada bankdan çıxararaq mənimsəyiblər. Bundan başqa, cinayət işi üzrə 10-dan çox zərərçəkmişin adı qeyd olunur ki, həmin müştərilərin də pulları eyni qaydada mənimsənilib.

Canilər saxta plastik kartlardan istifadə etmişlər. Ötən il noyabrın sonunda MTN əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dəstə üzvləri tutularaq məsuliyyətə cəlb ediliblər.

Məhkəmənin hökmü ilə İlyas İlyaszadə, Səid Rəhimov, Ruslan Əliyev 6 il 6 ay, Anar Abdullayev isə 4 il müddətinə azadlıqdan məhrum edildilər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Standard"a yeni məşqçi gəldi

Türkiyə Naxçıvandakı hərbi hissələrə yardım göstərəcək

Rəqsanə 7-ci plastik əməliyyata hazırlaşır

Bölmənin digər xəbərləri
 
Məhkəmə seksual manyakı qətlə yetirənləri təqsirli çıxardı
Əli bıçaqlı zorakı şəxsi öldürən iki gəncin hər birinə 10 il iş kəsildi

70 yaşlı qadına 25 bıçaq zərbəsi
Sevdiyi qızı ona vermədikləri üçün əmisi arvadını amansızlıqla öldürən Şirvan sakini 15 il iş aldı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər