Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Çin malları Azərbaycanda istehsal ediləcək?
Çin malları Azərbaycanda istehsal ediləcək?
Bu malların keyfiyyətsizliyi, ucuzluğu və onlara mənfi münasibət, boykot çağırışları buna əngəl törətmir
Şənbə, 01.08.2009

A.Əhmədova
A.ƏHMƏD
mətn ölçüsü  

Dünya ölkələrinin bir çoxu Çin mallarını boykot etməyə başlayıb. Buna səbəb dünya bazarının keyfiyyətsiz Çin malları ilə çirklənməsidir. Çin mallarına neqativin başqa səbəbləri də var. Məsələn, Çində uyğur türklərinə qarşı törədilən kütləvi qətllərdən sonra Türkiyədə Çin malları boykot olunmağa başladı, Azərbaycanda da buna cağırışlar vardı, etiraz aksiyaları da keçirildi. Digər tərəfdən, tanınmış firmaların mallarını saxtalaşdırmaqla bazarları zəbt edən Çinin ucuz malları sağlamlıq üçün təhlükəlidir.

Çin malları ucuzluğu ilə yanaşı, həm də keyfiyyətsizliyi ilə də məşhurdur. Bu gün əksər ölkələrin bazarlarında kifayət qədər ucuz, həm də keyfiyyətsiz malların olması bunu sübut edir.

Çinlilər isə öz növbəsində bu vəziyyəti istisna etməsələr də, olduqca keyfiyyətli mallarının olduğunu da iddia edirlər.

Azərbaycanda da bazarın xeyli faizini Çin malları tutur. Türkiyə, Hindistan, Pakistan və Dubaydan da Çin malları ölkəmizə ucuz olduğu üçün gətirilir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İİN ilə birgə Çin istehsallı məhsulların monitorinqinə başlayıb. Monitorinqlərin nəticələri ilə bağlı açıqlamada orqanizm üçün təhlükəli oyuncaqlar, ayaqqabı və geyim aksessuarları satan mağazaların ünvanları verilsə də, belə mağazaların sayı yüzlərcədir.

Monitorinqlərin davam etdiriləcəyinə, eləcə də Çin istehsallı malların satışdan yığışdırılacağına ümid etmək olar. Bəziləri isə belə malların gətirilməsinə icazə verən Dövlət Karantin Müfəttişliyini tənqid hədəfinə çevirirlər. Buna görə də qurumun açıqlama verməsi tələb edilir. Lakin müfəttişlik saxta məhsulların qaçaqmal yolu ilə gətirildiyini bildirməklə məsuliyyətdən yayınmağa çalışır. Ancaq bütün mağazalardakı malların qaçaqmalçılıq yolu ilə gətirildiyini düşünsək, onda belə çıxır ki, müfəttişliyin əməkdaşlarının gözləri zəif görür.

Bir sözlə, cəhdlərə baxmayaraq, Çin malları Azərbaycan bazarlarını zəbt edib. Çindən gətirilən ərzaq, kosmetika, geyim, qab-qacaq, mobil telefon, inşaat materialları, mebel, məişət əşyaları və avtomobilə qədər ən müxtəlif məhsullar təkcə paytaxtda deyil, rayonlarda da geniş yayılıb. Hətta bəzi yerli malları bazardan sıxışdırır.

İndi hətta rayon bazarlarının piştaxtalarında Çindən gətirilən hər cür meyvə-tərəvəzə rast gəlmək mümkündür.

REKLAM

Alma, armud, mandarin, üzüm, çiyələk, qreyfrut, hətta qoz-fındıq və badam. Uzaqdan gəlməyinə baxmayaraq, Çin meyvələri yerli mallardan yaxşı görünür və gec xarab olur. Satıcılar deyirlər ki, görünüşü yaxşı olduğuna görə, süfrədə yaxşı qaldığına görə Çinin meyvəsi alınır. Çindən gətirilən meyvə-tərəvəzin qiyməti yerli mallardan azı iki dəfə ucuzdur. Məsələn, indi hətta mövsüm vaxtı da yerli armud 2 manatdırsa, Çindən gətirilən armudun kiloqramı bundan iki dəfə ucuzdır. Alıcılar da üstünlüyü Çin armuduna verirlər.

Çin mallarının ən cəzbedici tərəfi onların ucuzluğudur. Məsələn, təbii bitkilərdən hazırlanan Çin dərmanları Azərbaycanda təkcə təbiliyinə görə yox, həm də ucuzluğuna görə alınır. Çindən gətirilən tikinti materialları isə Bakıdakı yeni tikililərdə çoxdan istifadə olunur. Liftlər, qapılar, üzlük materialları və s. Sahibkarlar deyir ki, Çin malları başqalarından azı 20-25 faiz ucuz olduğuna görə bunların hamısını Çindən gətirmək sərfəlidir, iş adamları elə belə də edirlər.

Çindən gətirilən mallar iynə-sapdan tutmuş ərzaq, kosmetika, geyim, qab-qacaq, ucuz mobil telefon, inşaat materialları, mebel, məişət əşyaları, avtomobillər və sairdir. Onların miqdarı da çoxdur. Məsələn, təkcə bu ilin ilk 4 ayında Çindən 600 min cüt ayaqqabı, 100 min qulaqcıq, minlərlə kostyum, 10 minlərlə oyuncaq və mobil telefonlər gətirilib.

Çindən Azərbaycana hətta qəbir daşları və qəbirüstü abidələr də gətirilir. Gələn daşlar həm hazır vəziyyətdə olur, həm də xammal şəklində olur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Çindən Azərbaycana 800 adda mal gətirilir. Müqayisə üçün bildirək ki, Azərbaycandan Çinə cəmi 7 adda, yəni təqribən 100 dəfə az məhsul göndərilir.

Yeri gəlmişkən, sözügedən ölkədən Azərbaycana gətirilən malların piratçılıqla istehsal edilən, xarici ölkələrin markalarına, tanınmış əmtəə nişanlarına məxsus məhsullardır.

Çindən gələn məhsullar aşağı keyfiyyətdə olsa da, Azərbaycanda əhalinin alıcılıq qabiliyyətinin aşağı olması və istehlakçı mədəniyyətinin o qədər də inkişaf etmədiyi üzündən adamlar ucuz mala qaçır və Çindən gələn məhsullara üstünlük verilir.

Çin mallarının qiymətini aşağı salan əsas amillərdən biri Çində işçi qüvvəsinin ucuzluğudur. Burda yerindən asılı olaraq minlərlə adam 150-200 dollara sutkada 12-14 saat işləməyə hazırdır. Bundan başqa, dövlətin istehsal sahələrini subsidiyalaşdırması da təsirini göstərir. İqtisadçılar deyirlər ki, belə vəziyyətdə daxili bazarı Çindən gətirilən ucuz məhsullardan qorumaq üçün ya idxala müəyyən məhdudiyyətlər qoyulmalı, ya da tarif rusumları yüksəldilməlidir. Hərçənd qiymətlərdəki fərqi nəzərə alanda bu tədbirlər də Çin mallarını saxlamaq üçün kifayət deyil.

Onu da qeyd edək ki, bütün dünyada ucuzluğu ilə məşhur olan Çin malları Azərbaycanda da buraxıla bilər. Yəni Çin sahibkarları Azərbaycanda istehsalla məşğul olmaq qərarına gəliblər. Çinlilər artıq indidən bu məhsulların xeyli ucuz olacağını vəd edirər. O ki qaldı keyfiyyətə, Çin məhsullarının Amerikda da satıldığını deyən iş adamlarının sözlərinə görə, kim istəsə, Çində keyfiyyətli mal da tapa bilər, hər şey qiymətdən asılıdır.

İctimai Televiziyanın məlumatına görə, bütün dünyada ucuz malları ilə tanınan çinlilər Azərbaycanla biznes əlaqələrini artırmaq və burda istehsalla məşğul olmaq fikrindədir. Çinli iş adamları burda tikinti, mebel, neft-kimya, elektrotexnika və tibb sahələrilə maraqlanırlar. Çin şirkətinin rəhbəri Li Çenq Vanq: "Biz Azərbaycanda elektrik avadanlıqları istehsal edən zavod qurmaq istəyirik. Burda elektrik aparatları, lampalar, məftillərdən tutmuş generatorlara qədər hər şey istehsal ediləcək. Azərbaycanda bunlara tələbat böyükdür. Bu malları Azərbaycanda istehsal edib, xarici ölkələrə satmaq olar. Qiymətləri, təbii ki, başqa ölkələrdən ucuz olacaq".

Çin şirkətinin rəhbəri Li Çenq Vanq onu da vurğulayıb ki, onun ölkəsində keyfiyyətli mallar var: "Çində buraxılan malları Amerikaya, Almaniyaya, Fransaya satırıq. Onlar keyfiyyətdən narazılıq eləmirlər. Amma bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da istisna etmirəm ki, keyfiyyətdə aşağı, qiymətdə ucuz Çin malları var. Ona görə də keyfiyyətə inanmırsınız. Amma istəsəniz, yüksək keyfiyyətdə məhsul verə bilərik".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Fermerlərə yerli bazarlara çıxış imkanı yaradılmır
Taxılı ucuz qiymətə almaq isə taxılçılığa marağı öldürmək deməkdir

Haqsız rəqabətlə şirkətlər özləri mübarizə aparır
Rəqabət sahəsində dövlət nəzarəti anlayışı kiçik və orta sahibkarlığın istehlak bazarına reydlərlə məhdudlaşıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər