Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Fermerlərə yerli bazarlara çıxış imkanı yaradılmır
Fermerlərə yerli bazarlara çıxış imkanı yaradılmır
Taxılı ucuz qiymətə almaq isə taxılçılığa marağı öldürmək deməkdir
Şənbə, 01.08.2009

Banu mətn ölçüsü  

"Məhsul istehsalçılarında keçən ildən hələ də satılmamış taxıl qalır və bəzən onlar öz məhsullarını maya dəyərindən aşağı qiymətə satmağa məcbur olurlar".

Bu fikirləri Nazirlər Kabinetinin 6 ayın yekunlarına həsr olunan iclasında kənd təsərrüfatı naziri İsmət Abbasov söyləyib. Onun sözlərinə görə, 2009-cu ildə yüksək məhsul istehsal olunduğundan taxılın satışında müəyyən problemlər yarana bilər. Başqa sözlə desək, taxıl fermerlərdən dəyər-dəyməzinə alına bilər ki, bu amil gələn il taxıl əkənlərin sayına təsir edəcək.

Əlbəttə, bu da taxıl istehsalının artırılmasına və istehsalçıların maraqlarına öz mənfi təsirini göstərə bilər. Bunun üçün istehsal edilmiş taxılın bir hissəsinin dövlət tərəfindən alınması məqsədəuyğun olardı.

Məlumat üçün bildirək ki, indiyə qədər taxıl əkini sahələrinin 89 faizi biçilib və 2 milyon 557 min 33 ton məhsul yığılıb. KTN mütəxəssisləri bildirirlər ki, bu, ölkə tarixində taxılçılıq sahəsində ən yüksək nəticə olmaqla yanaşı, 2008-ci ilə nisbətən taxıl istehsalının təxminən 500 min ton artmasını və əhalinin ərzaq buğdasına olan tələbatının daxili istehsal hesabına tam ödənilməsini təmin edəcək.

Digər kənd təsərrüfatı məhsullarının istehsalı üzrə göstəricilərə gəldikdə, 66 min 200 hektar sahədə kartof, 79 min 900 hektar sahədə tərəvəz, 31 min 100 hektar sahədə bostan bitkiləri, 1200 hektar sahədə tütün və sair əkilib. İndiyədək 260 min ton kartof, 271 min 300 ton tərəvəz, 69 min 300 ton meyvə, 12 min ton bostan məhsulları, 24 ton tütün, 259 ton yaşıl çay yarpağı yığılıb.

Azərbaycan Fermerlər İttifaqının sədri Sadıq Murtuzayevin dediyinə görə, dövlət fermerlərdən taxılı ucuz qiymətə almaqdansa, onların öz məhsullarını daxildə bazar qiymətlərinə satması üçün şərait yaratmalıdır. Çünki belə olan halda yerli sahibkarlar bazarlara birbaşa çıxış imkanları əldə edərlər: "Amma əgər taxıl idxalı, ixracı yenə də əvvəlki kimi bir əldə cəmləşəcəksə, onda fermerlərin əziyyətlə yetişdirdiyi məhsul satılmayacaq. Ən əsası, hökumət nə qədər subsidiya ayırsa da, taxılçılığa maraq olmayacaq".

Müsahibim deyir ki, aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramlarının uğurla həyata keçirilməsi üçün hərtərəfli əlverişli şərait yaradılmalı, torpaq istifadəçilərinə mexanikləşdirilmiş istehsalat xidmətlərinin həcmi və növü genişləndirilməlidir. Eyni zamanda, məhsul istehsalçılarının traktor, kombayn, digər kənd təsərrüfatı maşın və avadanlıqları, toxum, gübrə və pestisidlərlə təminatı yaxşılaşdırılmalıdır.

Murtuzayev söhbət əsnasında bir məqamı da xüsusi vurğuladı. O söylədi ki, insan sağlamlığının qorunması və onların bioloji tələbatının fasiləsiz olaraq ödənilməsi üçün kənd əməkçiləri tərəfindən istehsal edilən məhsulların, əsasən kartof, meyvə, tərəvəz və bostan məhsullarının saxlanması, çeşidlənməsi, qablaşdırılması, daşınması problemləri də həll edilməlidir:

"Xüsusən ticarət şəbəkələrinin fasiləsiz olaraq həmin məhsullarla təchiz edilməsi olduqca böyük iqtisadi və sosial əhəmiyyət kəsb edir. Aparılmış monitorinqlərin təhlili göstərir ki, bu məhsullar istehlakçılara çatanadək normadan xeyli artıq itkiyə məruz qalır. Əgər kənd təsərrüfatı nazirinin sözləri ilə desək, onda respublikada ərzaq məhsullarının, xüsusilə meyvə-tərəvəz və kartofun istehsal həcminin əhalinin tələbatından təxminən 2 dəfə artıq olması müşahidə edilir. Bu məhsulların tədarükü, saxlanması və satışının təşkilinin dövlət tərəfindən dəstəklənməsinə ehtiyac yaranıb. Əgər məsələlər yerində və zamanında həll edilsə, əhalinin ilboyu təzə meyvə-tərəvəzlə təmin olunması ilə yanaşı, qiymətlərin tənzimlənməsi də həllini tapa bilər".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Çin malları Azərbaycanda istehsal ediləcək?
Bu malların keyfiyyətsizliyi, ucuzluğu və onlara mənfi münasibət, boykot çağırışları buna əngəl törətmir

Haqsız rəqabətlə şirkətlər özləri mübarizə aparır
Rəqabət sahəsində dövlət nəzarəti anlayışı kiçik və orta sahibkarlığın istehlak bazarına reydlərlə məhdudlaşıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər