Futbol üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışını davam etdirir. AFFA-nın rəsmi saytında yayılan xəbərə görə, Bakıda keçirilən toplantıya daha 3 futbolçu cəlb edilib. Yığmamızın baş məşqçisi Berti Foqts qapıçı Elçin Sadıqov ("Neftçi"), müdafiəçi Şəhriyar Rəhimov ("İnter") və yarımmüdafiəçi Cavid İmamverdiyev ("Karvan") üçün dəvət göndərib.
Hazırlıq prosesi avqustun 6-dək davam edəcək. Avqustun 12-də isə millimiz 2010-cu il dünya çempionatının seçmə qrup matçında Almaniya yığmasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq.
|