Futbol üzrə Azərbaycan Premyer-Liqasında 2009/2010-cu illər mövsümünün püşkatma vaxtı müəyyənləşib. Peşəkar Futbol Liqasının internet saytının məlumatına görə, tədbir avqustun 3-də saat 15:00-da başlanacaq. Çempionatın startı avqustun 14-də veriləcək. Qarşıdakı mövsüm Premyer-Liqada 12 komanda 4 dövrədə mübarizə aparacaq. Turun oyunları cümə, şənbə və bazar günləri keçiriləcək. İlk iki dövrənin yekunlarına görə, daha çox xal toplayan 6 komanda medallar, sonrakı 6 komanda isə Premyer-Liqada qalmaq uğrunda mübarizə aparacaq.
|