Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Milli komandada yeni baş məşqçi
Milli komandada yeni baş məşqçi
Şənbə, 01.08.2009

İlham Rəfiyev
İ.RƏFİYEV
mətn ölçüsü  

Sərbəst güləş üzrə milli yığma komandamıza yeni baş məşqçi təyin olunub. Bu, 1980-ci il Moskva Yay Olimpiya oyunlarının qalibi, 1980 və 1981-ci illər dünya çempionatının qızıl mükafatçısı Saypulla Absaidovdur. Azərbaycan Güləş Federasiyası 51 yaşlı dağıstanlı mütəxəssislə birillik müqavilə imzalayıb.

Saypulla Absaidov bu vəzifədə Maqomedxan Aratsilovu əvəz edib. Yığma komandamızın keçmiş baş məşqçisi isə tutduğu vəzifədən istefa verib. 17-19 iyulda Bakıda keçirilmiş Qızıl qran-pri turnirinin final mərhələsindən sonra istefa verərək yaşadığı Mahaçqala şəhərinə yola düşən təcrübəli mütəxəssis millimizə qayıtmayacağını deyib. Məsələni müzakirəyə çıxaran Azərbaycan Milli Güləş Federasiyası rusiyalı mütəxəssisin istefa ərizəsini qəbul edib.

Maqomedxan Aratsilov 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatından sonra millimizə baş məşqçi təyin olunmuşdu. Yığmamız onun rəhbərliyi altında 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bir bürünc medal qazanıb, eləcə də bu il komanda hesabında Dünya Kuboku və Avropa çempionatının qalibi olub. Lakin komandamızın liderlərindən Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) Bakıda təşkil olunan Qızıl qran-pri turnirinin final mərhələsində qızıl medal qazana bilməyiblər.

Dağıstanlı mütəxəssis bunu aparıcı güləşçilərimizin Avropa çempionatından sonra daha çox istirahətdə olması və məşqləri bərpa edərkən o qədər də yaxşı formada olmaması ilə izah edib. Maqomedxan Aratsilov bir daha güləş məşqçisi kimi çalışmayacağını bildirib. O, şəxsi turist biznesi ilə məşğul olmaq niyyətindədir. İnsaf naminə qeyd etmək lazımdır ki, Maqomedxan Aratsilov tutduğu vəzifədə xeyli səmərəli işləyib. Məhz onun əməyi sayəsində komandamız Pekin Olimpiadasında sərbəst güləş proqramında bütün çəki dərəcələrində təmsil olunub.

Yeni baş məşqçiyə gəlincə, Nabrana gedərək artıq vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, milli yığma komanda hazırda Nabranda təlim-məşq toplanışındadır. Saypulla Absaidov əvvəlcə pəhləvanlarla tanış olacaq və daha sonra komandanın sentyabrda Danimarkada keçiriləcək dünya çempionatına hazırlığı ilə məşğul olacaq.

Saypulla Absaidovun qarşısında milli komandanın son dövrlər qazandığı uğurları davam etdirmək kimi çətin vəzifə dayanır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yarış davam edir

Namiq Abdullayevi yola salmaq lazımdır

Bakıda Qızıl Qran-pri turniri

Qran-pri turnirində 20 medal

Dünya çempionatına kimlər gedəcək?

Bölmənin digər xəbərləri
 
"Qarabağ" Avropada yürüşünü davam etdirir
Ağdam klubu Azərbaycan futbolunda daha bir rekord müəyyənləşdirdi

"Bakı" Sofiya səddi qarşısında
Paytaxt klubu Çempionlar Liqasının pley-offunda oynayacaq ilk Azərbaycan komandası ola bilər

Premyer Liqanın püşkü avqustun 3-də atılacaq
Futbol üzrə Azərbaycan Premyer-Liqasında 2009/2010-cu illər mövsümünün püşkatma vaxtı müəyyənləşib.

Foqts daha 3 futbolçunu çağırdı
Futbol üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışını davam etdirir.

Dünya çempionatına kimlər gedəcək?
Avqustun 4-də Türkiyənin paytaxtı Ankarada başlanacaq güləş üzrə gənc oğlan və qızlar arasında dünya birinciliyində mübarizəyə qatılan Azərbaycan milli komandasının heyəti məlum olub.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər