Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Yaqut Abdullayevanın nisgili var
Rübabə Muradovadan sonra "Heydərbabaya salam"ı özü oxuyacaq
Şənbə, 01.08.2009

Xatun mətn ölçüsü  

"Efirdə-ekranda tez-tez görünməyi xoşlamıram. Tamaşaçının gözünə az görünəndə həsrətini çəkirlər. Əslində heç kim mənə mane olmur. Televiziya kanalları proqramlara dəvət edir. Amma pedaqoji işimlə bağlı bu dəvətləri bəzən qəbul edə bilmirəm". Əməkdar artist Yaqut Abdullayeva onun ifasını hələ də xatırlayanların olduğunu deyir. Hələ də "sükutu qorumaqda" davam edən xanəndənin öz yaradıcılıq planına daxil etdiyi mahnıları lentə yazdırmağa belə həvəsi yoxdur.

Lakin hər halda, "tənbəlliyin" daşını atıb tezliklə muğam, xalq və bəstəkar mahnılarından ibarət yeni proqram hazırlamağı düşünür. Bunun harada və hansı tarixdə təqdimatının olacağını indidən bilməyən həmsöhbətim məqsədi barədə açıqlama verdi. Xalq mahnılarına dəyişiklik etməyin əleyhinə olan Yaqut Abdullayevaya görə, "bəstəkar mahnılarını bəlkə də aranjiman etmək olar, ancaq xalq mahnılarına etiyac yoxdur". Onun uzun fasilədən sonra həyata keçirmək istədiyi layihə xalq mahnılarının təbliğinə həsr edilib. Muğam müsabiqələrini təqdir edən müğənni gənclər arasında çox gözəl səsi olanların varlığını vurğulayır: "Muğam və xalq mahnıları müsabiqələrində münsiflərin hamısının yüksək musiqi savadı var. Onların qeydləri ilə razılaşıram. Etiraf edirəm ki, müsabiqələrdə iştirak edən bəzi cavanların yaşında mən heç belə oxuya bilməzdim. O vaxt biz səhnədən, münsifdən, mikrofondan yaman çəkinirdik. Bizim üçün səhnəyə çıxmaq çox çətin idi. İndi cavanların sərbəstliyi xoşuma gəlir".

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri Mehriban Əliyevanın Qarabağ xanəndələrinin səsini bir yerə toplayıb dünyaya çıxarmasını alqışlayan Yaqut Abdullayeva bundan sonra muğama olan yad münasibətin aradan qalxacağını düşünür: "Mehriban xanım muğam sənətimizə çox yüksək dəyər verdi. Bu da biz muğam ifaçılarını ürəkləndirir, ruhlandırır. 20-30 il əvvəl muğam ifaçısı 50-60 yaşına çatanda fəxri ad alırdı, indi, maşallah, hamısı xalq artistidir. Dövlətimiz tərəfindən muğama da, muğam ifaçılarına da yüksək qiymət verilir. Bizim dövrümüzdə Zeynəb Xanlarova bir nəslin əlifbası idi. O vaxt texnika bugünkü səviyyədə inkişaf etməmişdi. Zeynəb xanım nəyi necə oxuyurdu, biz də onu götürüb oxuyurduq. İndiki gənclərin bir xüsusiyyətini də bəyənirəm ki, onlar bizim ifalarımızdan bəhrələnir, amma özləri kimi oxuyurlar".

Vaxtilə "Azəri star" yarışmasında iştirak edən tələbələri Miriş və Pərvizin hazırda ÜNS Teatrında çalışdığını deyən xanəndə onların gələcəyinə inandığını bildirdi: "Bu gün tamaşaçıların ixtiyarına minlərlə peşəkar səs ifaçıları verilib. Bizim ifamız artıq arxivdə qorunur. Köhnə nəsil artıq tövsiyələr verməli, istedadlı tələbələrə yol açmalıdır. Vaxtilə mən müəllimlərimdən gördüyüm dəstəyi bu gün bütün tələbələrimə göstərirəm".

Bir az əvvəl köhnə mahnılara yeni lent yazılarında nəfəs verəcəyindən danışan Yaqut xanım maraqlı bir açıqlama verdi. Dedi ki, yaxın həftələrin birində əvəzsiz sənətkar Rübabə Muradovanın repertuarından "Heydərbabaya salam"ı öz ifasında təzələyəcək: "Hiss edirəm ki, səsimdəki nisgil, ürəyimdəki ağrı bu mahnının ifasını tələb edir".

Söhbətinin sonunda Yaqut xanım sənət aləmində qalmaqalı qəbul etmədiyini bildirdi: "Düşünürəm ki, qalmaqalla ancaq bir həftə gündəmdə qalmaq olar. Qalmaqalla sənətdə qalmaq qeyri-mümkündür. Əsl sənət heç nəyə baxmayaraq, unudulmur".

Yaqut Abdullayeva Yaşıl Teatrda konsert vermək istədiyini söyləyir. Bu il səhnə fəaliyyətinin 35 ili tamam olsa da, bunu qeyd etməyi planlaşdırmır: "Təntənələrdən uzaq olduğuma görə bu yubileyi keçirməyi nəzərdə tutmuram. Amma tamaşaçılarımla yaxın vaxtlarda bir konsert proqramında görüşməyi arzulayıram".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Alim Qasımov yenidən Məcnun olmaq istəyir

Bölmənin digər xəbərləri
 
Amaliya Pənahova: "Uşaqlar teatr estetikası ilə böyüməlidir"
Xalq artisti orta məktəblərdə teatr fənninə saat ayrılmasını vacib sayır

Maykl Ceksonun daha bir oğlunun varlığı iddia edildi
Hazırda DNK testi aparılır

Gülbən Ərgən səhnəyə dönür
Əkiz körpələrin qırxının çıxmasını gözləyir

Modelyer-dizayner Gülnarə Xəlilova: "Milli kolleksiyam mənim ən böyük varlığımdır"
"Hər kəs stilli, dəbdəbəli görsənmək istəyirsə, onun daxili aləmi zahiri aləmi ilə üst-üstə düşməlidir"

"15-imdən 55-ə varanda"
Şair Rəfail İncəyurd 55 yaşını qeyd edərkən öz ədəbi taleyinə ümidlə baxır

Sənət dünyasının yay istirahəti
Çoxları artıq dincəlir, bəziləri isə avqustu gözləyir

Duyğulu ifalardan esse-xatirələr
Romanslar, ariyalar və xalq mahnılarının bənzərsiz ifaçısı Nərminə Məmmədovanın musiqi dünyasına ekskurs

"Qala" dünya film festivalında təmsil olunacaq
"Mirage" adlı filmin isə təqdimatı keçiriləcək

Rəqsanə 7-ci plastik əməliyyata hazırlaşır
və narkozun ona enerji verdiyini deyir

Röya 4 gün oxuyacaq
O yenə də risk edir

Şahin Növrəsli Avropa turnesinə hazırlaşır
Cazmen 10 ölkədə çıxış edəcək

"Qurdlar vadisi"nin 44 yaşlı aktyoru evlənir
Oqtay Kaynarca ata olmaq arzusundadır

Xəyyam Zamiqlə Natəvanı təkrarlamayacaq
Tamaşaçı toplamadığı təqdirdə konserti təxirə salmayacağını deyir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər