çap et  
Röya 4 gün oxuyacaq
O yenə də risk edir
Şənbə, 01.08.2009

Zəminə Rüstəm

Xəbər verdiyimiz kimi, Röya sentyabrda hamiləliyinin son günlərində konsert proqramı ilə çıxış edəcək. Əvvəlcə konsertinin bir gün keçiriləcəyini deyən sənətçi sonradan bunu bir neçə günlə əvəz edib. Onun prodüserinin bildirdiyinə görə, artıq bir neçə şirkətlə danışıqlar aparılıb və işin maliyyələşdirilmə məsələsi həll edilib. Bunu nəzərə alan Röya isə bir neçə gün çıxış etmək qərarına gəlib. Prodüserinin məlumatına görə, Yaşıl Teatrda nəzərdə tutulan konsert 4 gün davam edəcək. Tarixləri bəlli olan musiqili proqram sentyabrın 17, 18, 19 və 20-si günlərində keçiriləcək.

Ötən yazılarımızda Röyanın ana olmaq ərəfəsindəki konserti ilə tarixə düşmək istədiyini bildirmişdik. O, vəziyyətin necə olacağından asılı olmayaraq sərt qərarlar verməkdə davam edir. Həkimi isə ona qadağalar tətbiq edir. Tarixə düşmək üçün həm özünün, həm də dünyaya gətirmək istədiyi övladının həyatını riskə atan müğənni Tanrının ona yardım olacağına ümid edir.

Söhbət əsnasında öyrəndik ki, hazırda məşqləri gedən konsert proqramına onun repertuarından 20 mahnı daxil edilib.