Üç ay əvvəl plastik əməliyyatdan çıxan Rəqsanə yenidən risk edərək, gözəlləşmək uğrunda mübarizəsini davam etdirəcək. Xatırladaq ki, sonuncu əməliyyat zamanı müğənninin üzündəki məsamələr aradan qaldırılmış, eyni zamanda bədənindəki artıq piylər götürülmüşdü. Lakin əməliyyatları uzun seriyalı filmə bənzəyən Rəqsanə qısa zamanda yenidən cərrah bıçağına tuş gələcək.
Söylədiyinə görə, onu narahat edən problemlər hissə-hissə aradan qaldırılır və əməliyyata ehtiyac qısa zamanda bu səbəbdən yaranır. Özünün xatırlatmasına görə, onun üzündə yaranan problemləri kosmetik məhsullarla örtə bilmədiyindən daim özündə kompleks hiss edir. Sonda bu qənaətə gəlib ki, pulundan keçərək, eyni zamanda sağlamlığına olan yad təsirlərə tab gətirməklə bu problemi aradan qaldırsın. Bu səbəbdən sentyabrın ikinci ongünlüyündə növbəti əməliyyata hazırlaşır:
"Əslində, mən əməliyyatdan çıxandan sonra özümü daha enerjili hiss edirəm. Özü də narkozun mənə pis təsiri yoxdur. Əsəblərim və sağlamlığım yerindədir. Bu zərurətdən yenidən risk etməyə razılıq verdim. Təxminən ay yarımdan sonra 7-ci əməliyyat keçiriləcək".
|