Şamil Nəcəfzadənin "Qala" filmi 27 avqust - 7 sentyabr tarixlərində ABŞ-da keçiriləcək 33-cü Monteral Dünya Film Festivalında təqdim ediləcək. "Azərbaycanfilm" və "United Multimedia Proyects"in birgə istehsalı olan bu film 83 dəqiqəni əhatə edir. Filmin quruluşçu rejissoru Şamil Nəcəfzadə, baş prodüseri Xamis Muradov, prodüserləri Rauf Ataməlibəyov, Timur Vaynşteyn, ssenari müəllifləri Şamil Nəcəfzadə, Ramiz Rövşən, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamları Arif Məhərrəmov, Əziz Məmmədovdur. Ekran əsərinin bəstəkarı Cahangir Zülfüqarovdur. Baş rolları Rasim Balayev, Vidadi Həsənov, Yuliya Perefild, Məmmədağa Əlili ifa ediblər. Qeyd edək ki, ötən il "Oskar" mükafatı uğrunda yarışmaya qatılan filmə Azərbaycan tamaşaçıları bu il oktyabrın 2-də Heydər Əliyev Sarayında tamaşa edə biləcəklər.
Yeri gəlmişkən, avqustun 19-da Amerikanın Portlend şəhərinin mərkəzi kinoteatrında əslən azərbaycanlı olan gənc amerikalı rejissor Teymur Lazımovun "Mirage" adlı qısametrajlı filminin təqdimatı keçiriləcək. Qeyd edək ki, film "Cerebellum Media Production" şirkəti tərəfindən çəkilib. Onu da əlavə edək ki, 25 yaşlı rejissor ABŞ-da film çəkən artıq ikinci azərbaycanlıdır. Xatırladaq ki, bu yaxınlarda daha bir qısametrajlı film həmvətənimiz Araz Məmmədov tərəfindən çəkilib.
|