Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Duyğulu ifalardan esse-xatirələr
Duyğulu ifalardan esse-xatirələr
Romanslar, ariyalar və xalq mahnılarının bənzərsiz ifaçısı Nərminə Məmmədovanın musiqi dünyasına ekskurs
Şənbə, 01.08.2009

İ.Umudlu mətn ölçüsü  

Onun bənzərsiz ifasındakı ariyalar, romanslar və xalq mahnıları yaşlı nəslin yaxşı yadındadır. "İpək dəsmal", "Nar-nar", "Aman ovçu", "Qara gözlər", "Asta yeri, kəmər düşər belindən", "Altun üzük", "Qərənfil", İraq-Türkmən sənətçisi Sinan Səidlə duetdə ifa etdiyi "Evlərinin dalı yonca" kimi duyğulu ifalarını xatırlatmaq kifayətdir. Nərminə Məmmədova (1929-97) BDU filologiya fakültəsinin məzunu olsa da, daha çox ifaçı kimi tanınırdı və onun son dərəcə lirik, əsrarəngiz, romantika ilə dolu cəsinə, ifa tərzinə çoxları heyran kəsilmişdi. Elə indinin özündə də onlar radio dalğalarında səsləndiriləndə adamda həzin bir ovqat doğurur.

On iki ildir Nərminə Məmmədova həyatdan köçüb, amma onun adı gerçək sənətdən söhbət düşəndə hər zaman xatırlanır. Publisistik və elmi kitablarına görə yaxşı tanıdığımız Minaxanım Təkləli bu günlərdə Nərminə Məmmədova sənətinə sevgi və hörmətdən doğulan esse-xatirələri "Sirrimi bilmədin..." adı ilə ayrıca nəfis bir kitab şəklində nəşr etdirmişdir.

Burada biz Nərminə Məmmədovanın valideynləri - müəllimə Şəfiqə xanım Qiyasbəyli və siyasi zəmində 1937-ci ildə repressiya olunmuş, ağır sürgün həyatı yaşamış dövlət adamı Ağası Məmmədovun evlilikləri, yaşadıqları çətinliklər, Nərminənin poeziya və musiqi ilə nəfəs alan mühiti, tələbəlik illəri, rəfiqələri, onların söylədikləri, Nərminənin mühəndis Ramiz Qiyasbəyli ilə evliliyi, onun sənət dünyası, ifa üslubu, xəyallar aləmi bədii bir dillə təsvir edilir.

Nərminə xanım 1944-cü ildə 15 yaşındaykən ilk dəfə radioda oxuyur və onun məlahətli səsi o vaxtdan diqqəti cəlb edir. Beləliklə, bu istedadlı gənc qızın ifaçılıq həyatı başlanır. 35 il sənətdə qalır və təkrarsız, ölməyən bir sənət bioqrafiyası yazır. 1980 və 1986-cı illərdə keçirdiyi infarktdan sonra sənətdən uzaqlaşan Nərminə xanım bir də bu arenaya qayıtmadı və onun səsinin heyranı olan sənətsevərlərin xatirəsinə köçdü.

Müəllif bu kitabında Nərminə Məmmədovanın ifaçılığına "Azərbaycanın musiqi sənətində mükəmməl bir milli zövqü, sənətin bitkin mənzərəsini əks etdirən, təəssüf ki, vaxtında qiymətləndirilməyən bir epoxa" kimi dəyər verir. "Hər zaman onun səsi dövrün səsi olaraq qalacaq" deyir. 50-80-ci illərin romantika ilə dolu duyğulu səsi...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Amaliya Pənahova: "Uşaqlar teatr estetikası ilə böyüməlidir"
Xalq artisti orta məktəblərdə teatr fənninə saat ayrılmasını vacib sayır

Maykl Ceksonun daha bir oğlunun varlığı iddia edildi
Hazırda DNK testi aparılır

Gülbən Ərgən səhnəyə dönür
Əkiz körpələrin qırxının çıxmasını gözləyir

Modelyer-dizayner Gülnarə Xəlilova: "Milli kolleksiyam mənim ən böyük varlığımdır"
"Hər kəs stilli, dəbdəbəli görsənmək istəyirsə, onun daxili aləmi zahiri aləmi ilə üst-üstə düşməlidir"

"15-imdən 55-ə varanda"
Şair Rəfail İncəyurd 55 yaşını qeyd edərkən öz ədəbi taleyinə ümidlə baxır

Sənət dünyasının yay istirahəti
Çoxları artıq dincəlir, bəziləri isə avqustu gözləyir

"Qala" dünya film festivalında təmsil olunacaq
"Mirage" adlı filmin isə təqdimatı keçiriləcək

Rəqsanə 7-ci plastik əməliyyata hazırlaşır
və narkozun ona enerji verdiyini deyir

Röya 4 gün oxuyacaq
O yenə də risk edir

Şahin Növrəsli Avropa turnesinə hazırlaşır
Cazmen 10 ölkədə çıxış edəcək

"Qurdlar vadisi"nin 44 yaşlı aktyoru evlənir
Oqtay Kaynarca ata olmaq arzusundadır

Xəyyam Zamiqlə Natəvanı təkrarlamayacaq
Tamaşaçı toplamadığı təqdirdə konserti təxirə salmayacağını deyir

Yaqut Abdullayevanın nisgili var
Rübabə Muradovadan sonra "Heydərbabaya salam"ı özü oxuyacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər