Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"15-imdən 55-ə varanda"
"15-imdən 55-ə varanda"
Şair Rəfail İncəyurd 55 yaşını qeyd edərkən öz ədəbi taleyinə ümidlə baxır
Şənbə, 01.08.2009

İ.Balıoğlu
İ.BALIOĞLU
mətn ölçüsü  

Ədəbi çevrələrdə yaxşı tanınan şair Rəfail İncəyurd 55 yaşını qeyd etdi. Onun şeirlərini xoşlayanlar üçün ad günündə "15-imdən 55-ə varanda" adlı bir şeir toplusu da təqdim etdi. "Xarı bülbül" restoranının banket zalına toplaşanların sanbalı Rəfailin yaradıcılığına etimadın, hörmətin əlaməti kimi də qiymətləndirilə bilərdi. Axşamı ozan-aşıq müsabiqəsinin qalibi gənc Aşıq Avdı saz ifaları ilə süsləyirdi.

Rəfail İncəyurd təhsili etibarilə riyaziyyatçıdır, BDU mexanika-riyaziyyat fakültəsini bitirib, bununla bərabər, 15 yaşından şeir yazır və poeziyaya bu həvəs onu heç vaxt tərk etməyib. Tələbəlik illərindən ədəbi dərnəklərdə iştirak edib, sənətdə öz sözünü deməyə çalışıb. Daha sonralar Bakı nəşriyyatlarında və qəzetlərdə çalışıb. "Ömürdən o yana yollar görünür", "Köhnə kişilər", "Köz yaşı" kimi şeir toplularını nəşr etdirib.

Xalq şairi Zəlimxan Yaqub, akademik Teymur Bünyadov, millət vəkili Nizami Cəfərov şairin yaradıcılığı haqqında xoş sözlər söylədilər. Bu son kitabına daxil etdiyi seçmələrdən də göründüyü kimi, obrazlı söz deməyi bacarır, şeirlərində haydan-küydən çox uzaqdır və olduqca duyğuludur. Təsadüfi deyil ki, onun bir çox şeirlərini gənc aşıqlar sazda oxuyur, bəzi şeirlərinə isə mahnılar bəstələnmişdir və müğənnilərin repertuarında yer alır. Rəfail İncəyurd bizimlə söhbətində söylədi ki, ədəbi taleyinə ümidlə baxır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Amaliya Pənahova: "Uşaqlar teatr estetikası ilə böyüməlidir"
Xalq artisti orta məktəblərdə teatr fənninə saat ayrılmasını vacib sayır

Maykl Ceksonun daha bir oğlunun varlığı iddia edildi
Hazırda DNK testi aparılır

Gülbən Ərgən səhnəyə dönür
Əkiz körpələrin qırxının çıxmasını gözləyir

Modelyer-dizayner Gülnarə Xəlilova: "Milli kolleksiyam mənim ən böyük varlığımdır"
"Hər kəs stilli, dəbdəbəli görsənmək istəyirsə, onun daxili aləmi zahiri aləmi ilə üst-üstə düşməlidir"

Sənət dünyasının yay istirahəti
Çoxları artıq dincəlir, bəziləri isə avqustu gözləyir

Duyğulu ifalardan esse-xatirələr
Romanslar, ariyalar və xalq mahnılarının bənzərsiz ifaçısı Nərminə Məmmədovanın musiqi dünyasına ekskurs

"Qala" dünya film festivalında təmsil olunacaq
"Mirage" adlı filmin isə təqdimatı keçiriləcək

Rəqsanə 7-ci plastik əməliyyata hazırlaşır
və narkozun ona enerji verdiyini deyir

Röya 4 gün oxuyacaq
O yenə də risk edir

Şahin Növrəsli Avropa turnesinə hazırlaşır
Cazmen 10 ölkədə çıxış edəcək

"Qurdlar vadisi"nin 44 yaşlı aktyoru evlənir
Oqtay Kaynarca ata olmaq arzusundadır

Xəyyam Zamiqlə Natəvanı təkrarlamayacaq
Tamaşaçı toplamadığı təqdirdə konserti təxirə salmayacağını deyir

Yaqut Abdullayevanın nisgili var
Rübabə Muradovadan sonra "Heydərbabaya salam"ı özü oxuyacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər