Türkiyənin səsli-ünlü sənətçilərindən olan Gülbən Ərgən uzunmüddətli fasilədən sonra yenidən səhnəyə qayıdacağını bəyan edib. Türk mətbuatının yazdığına görə, iyunun ilk həftəsində ilk albomu işıq üzü görən və buna qədər çətin hamiləlik dövrü keçirən müğənni bir müddət səhnədən uzaq olub. Ötən ay əkiz uşaq dünyaya gətirən sənətçi bu günlərdə səhnəyə çıxacağı tarixi bəlli edib: avqustun 8-də Kıbrısdakı "Kaya Artemis" oteldə çıxış edəcək. Hazırda əkizlərin qayğısı ilə məşğul olan Gülbən xanım eyni zamanda repertuar üzərində də çalışır. Müsəlman adətinə uyğun olaraq körpələrinin qırxını gözləyən sənətçi bundan bir neçə gün sonra böyük səhnədə seyrçiləri ilə üz-üzə olacaq.
Ana olandan sonra bədən quruluşunu normada saxlamaq üçün həkim tövsiyələrindən faydalanan Gülbən Ergen növbəti dəfə seyrçilərini təəccübləndirəcək. Xatırladaq ki, Gülbən xanımın üç övladı var.