Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Orta məktəb şagirdlərində siqaretə meyil artıb
Əksəriyyət dəb xatirinə çəkir
Şənbə, 01.08.2009

mətn ölçüsü  

Orta məktəb şagirdləri arasında siqaret çəkənlərin sayı artır. Azərbaycan Uşaqlar Birliyinin bununla bağlı azyaşlılar arasında keçirdiyi sorğu bu fikrin yaranmasına səbəb olub. Sorğu əsasən şəhər məktəblərini əhatə edib. Çünki ötən sorğularda şəhər məktəblərində təhsil alanların əksəriyyəti siqaret çəkdiyini bildirmişdi. Birliyin sədri Kəmalə Ağazadənin dediyinə görə, şəhər məktəblərində 8-11-ci sinif şagirdlərinin əksəriyyəti siqaretin dadına baxdığını etiraf edib: "Nəticələr gözlənilən kimi olub. Belə ki, 200 şagirdin əksəriyyəti 1 dəfə də olsa siqaret çəkdiyini deyib. Siqareti dəb kimi çəkənlər 50 faiz təşkil edib".

Sorğuda iştirak edən qızların 7 faizi siqaret çəkir. 10-11-ci sinif şagirdləri siqareti müəllim və valideynlərdən xəbərsiz çəkdiklərini bildiriblər. "Siqaretin sağlamlığınıza təsiri" sualını cavablandıran yeniyetmələr tütün məmulatlarının sağlamlığa təsirini bilirlər. Maraqlıdır ki, uşaqlar "böyüklər də bilə-bilə siqaret çəkirlər" deyə əməllərinə haqq qazandırmağa çalışıblar.

Söhbət əsnasında öyrəndik ki, küçə uşaqları üçün reabilitasiya və reinteqrasiya mərkəzi fəaliyyətə başlayıb. Mərkəz uşaqlara psixoloji yardım göstərməklə ailələrinə qaytarmağa kömək göstərir. Azərbaycan Uşaqlar Birliyinin sədrinin dediyinə görə, uşaq inspektorlarının köməyilə uşaqların valideynlərinin olub-olmadığı, ailələrin durumu araşdırılır: "Uşaqlar əksər hallarda Hüquq Klinikasına göndərilirlər. Bundan sonra onların ailələrə qayıtmalarına yardım göstərilir".

Uşaqların yenidən küçələrə qayıtmamaları üçün azyaşlılar reabilitasiyaya cəlb edilir. QHT-lər birgə əməkdaşlıqla küçə uşaqlarının problemlərinin həllinə nail olacaqlarını düşünür. Sentyabrda mərkəzin fəaliyyəti nəticəsində neçə uşağın ailəyə qaytarıldığı haqda məlumat veriləcək: "Əsas iş uşağın yenidən küçəyə qayıdıb-qayıtmadığını araşdırmaqdır".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gəncə orta məktəbində dərs saatı satılır?

Bölmənin digər xəbərləri
 
Bölgələrdə informasiya əldə etməklə bağlı ciddi problemlər var
Azərbaycan Jurnalistlər Birliyinin Cənub bölgəsində fəaliyyət göstərən Media Hüquq Mərkəzi Lənkəranda region jurnalistləri üçün "İnformasiya əldə etmək huququ və informasiya sorğusunun hazırlanması" movzusunda seminar keçirib.

"Duzlu göl"də çimməyə qoyulan yasaq bu il də qüvvədədir
Lakin "müalicə" məqsədilə bu xəstəlik mənbəyinə könüllü üz tutanlar az deyil

Açıq su satışı davam etdirilir
Bu, yoluxucu xəstəliklərin yayılmasında daha bir təhlükə mənbəyidir

Bu isti aylarda daha bir təhlükə: əqrəb və ilan sancmaları
Hörümçək-qaraqurd və gənə sancmaları da qeydə alınmışdır

Beş metro stansiyasında ikinci çıxış tikiləcək
Stansiyaların sayı 60-a çatacaq, Bakı-Sumqayıt xəttində sürət qatarı şütüyəcək

Türk Dünyası riyaziyyatçılarının növbəti konqresi Bakıda keçiriləcək
Bu, Azərbaycan elminin prestijini artıran çox önəmli bir tədbir kimi düşünülür

Tələbə adını qazananların siyahısı üç gündən sonra açıqlanacaq
50-dən yuxarı bal toplayanlar isə orta ixtisas məktəblərinə üz tuta bilərlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər