Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Tələbə adını qazananların siyahısı üç gündən sonra açıqlanacaq
Tələbə adını qazananların siyahısı üç gündən sonra açıqlanacaq
50-dən yuxarı bal toplayanlar isə orta ixtisas məktəblərinə üz tuta bilərlər
Şənbə, 01.08.2009

İ.Telmanoğlu mətn ölçüsü  

Qəbul imtahanlarında iştirak edən 114 min abituriyentdən 66 min 621-i bu ilin məzunudur. Həmin məzunların 33 mini qəbul imtahanlarında 139 baldan aşağı nəticə göstərib. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi ənənəvi mətbuat konfransında məlumat verib.

Abbaszadə bildirib ki, builki məzunların qəbul imtahanlarında göstərdikləri orta bal 180-dən aşağıdır: "Ümumilikdə bu il orta məktəbləri 120 min məzun bitirib, onların yalnız 50-55 faizi qəbul imtahanlarında iştirak edib. Məzunların 31,5 faizi 0-100 bal, 22,6 faizi 100-200 bal, 18,2 faizi 200-300 bal, 21,2 faizi 300-500 bal, 6,4 faizi 500-700 bal arası nəticə göstərib. Qəbul imtahanlarında 300 baldan yuxarı nəticə göstərən abituriyentlər cəmi 27,6 faiz təşkil edir".

TQDK sədri builki məzunların nəticələri ilə bağlı heç bir şərh vermək istəmədiyini söyləyib: "Təhsil Nazirliyi ilə həm buraxılış, həm də qəbul imtahanları ilə bağlı geniş elmi-statistik təhlil aparılacaq. Ondan sonra bu nəticələrin arxasında hansı detalların dayandığını söyləmək olar".

Onu da qeyd edək ki, dünən əsas təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə sənəd qəbulu başa çatıb. İyunun 24-dən bəri orta ixtisas məktəblərinə 26 minə qədər abituriyent sənəd verib. Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında demişdir ki, əsas təhsil bazasından orta ixtisas məktəblərinə qəbulla bağlı yaradılan sənəd qəbulu komissiyaları ölkənin bütün bölgələrini əhatə edib. Hazırda həmin komissiyalarda qəbul olunmuş ərizələrin TQDK-ya təhvil verilməsi davam edir. TQDK sədri deyib ki, əsas təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanı avqustun son ongünlüyündə ölkənin müxtəlif bölgələrində keçiriləcək. İmtahanda iştirak üçün abituriyentlərə müəyyən olunmuş tarixdə "İmtahana buraxılış vərəqəsi" və "Abituriyentin vəsiqəsi" veriləcək.

Bu il (9 illik) təhsil bazasından 46 dövlət, 1 özəl orta ixtisas məktəbinə ayrılan plan yerlərinin sayı 9516-dır. Onlardan 5652-si ödənişsiz, 3864-ü isə ödənişli ixtisasların payına düşür. Azərbaycan bölməsi üzrə 9212, rus bölməsi üzrə 222, birgə müsabiqə üzrə 82 plan yeri ayrılıb.

TQDK sədri bəyan edib ki, 11 illik təhsil bazasından orta ixtisas məktəblərinə ayrıca qəbul imtahanı keçirilməyəcək. Qəbul imtahanlarında iştirak edib 50 baldan yuxarı nəticə göstərən abituriyentlər avqustun 7-dən öz elektron ərizələrinə daxil olaraq ixtisas seçimində iştirak edə bilər.

M.Abbaszada xəbər verib ki, dünən saat 11.00-a olan məlumata əsasən, 25114 abituriyent ali məktəblərin bakalavr pilləsinə daxil olmaq üçün ixtisas seçimi ərizəsini təsdiqləyib. İxtisas seçimi mərhələsi avqustun 3-dək davam edəcək və bu müddətdən sonra müraciətlərə baxılmayacaq: "Avqustun 3-dən sonra elektron baza bağlı olacaq. Abituriyentlər ixtisas seçimlərini nə qədər tez təsdiqləsələr, bir o qədər yaxşıdır". Ali məktəblərə qəbulun yekun nəticələri avqustun 5-də açıqlanacaq.

Rəqəmlərə görə, TQDK-nın yaratdığı apellyasiya komissiyalarına 295 abituriyent müraciət edib. Apellyasiya komissiyalarının işi iyulun 30-da başa çatıb. Apellyasiyada iştirak üçün qeydiyyatdan keçmiş 295 nəfərdən 207 nəfəri prosesə qatılıb. Onlardan 188 nəfəri cavab kartlarında qeyd etdikləri cavabla öz nəticələrinin uyğunluğunu təsdiqləyib. Magistratura pilləsinə qəbul imtahanı vermiş bakalavrların müraciətlərinə isə dünən baxılıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Sabah keçiriləcək IV ixtisas qrupu üzrə qəbul imtahanlarının qaydaları açıqlandı

Bölmənin digər xəbərləri
 
Bölgələrdə informasiya əldə etməklə bağlı ciddi problemlər var
Azərbaycan Jurnalistlər Birliyinin Cənub bölgəsində fəaliyyət göstərən Media Hüquq Mərkəzi Lənkəranda region jurnalistləri üçün "İnformasiya əldə etmək huququ və informasiya sorğusunun hazırlanması" movzusunda seminar keçirib.

"Duzlu göl"də çimməyə qoyulan yasaq bu il də qüvvədədir
Lakin "müalicə" məqsədilə bu xəstəlik mənbəyinə könüllü üz tutanlar az deyil

Açıq su satışı davam etdirilir
Bu, yoluxucu xəstəliklərin yayılmasında daha bir təhlükə mənbəyidir

Bu isti aylarda daha bir təhlükə: əqrəb və ilan sancmaları
Hörümçək-qaraqurd və gənə sancmaları da qeydə alınmışdır

Beş metro stansiyasında ikinci çıxış tikiləcək
Stansiyaların sayı 60-a çatacaq, Bakı-Sumqayıt xəttində sürət qatarı şütüyəcək

Türk Dünyası riyaziyyatçılarının növbəti konqresi Bakıda keçiriləcək
Bu, Azərbaycan elminin prestijini artıran çox önəmli bir tədbir kimi düşünülür

Orta məktəb şagirdlərində siqaretə meyil artıb
Əksəriyyət dəb xatirinə çəkir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər