Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Bu isti aylarda daha bir təhlükə: əqrəb və ilan sancmaları
Bu isti aylarda daha bir təhlükə: əqrəb və ilan sancmaları
Hörümçək-qaraqurd və gənə sancmaları da qeydə alınmışdır
Şənbə, 01.08.2009

mətn ölçüsü  

Bütün dünyanın "donuz qripi"ndən danışdığı bu günlərdə sağlamlıq üçün başqa təhdidlər də var. Əgər türk telekanallarını izləsək, bu ölkənin bizə yaxın vilayətlərində gənə sancmasından ölənlər və xəstəxanaya qoyulanlar barədə vaxtaşırı xəbərlər izləməli oluruq. Bu zəhərli gənə növü Azərbaycanda hələ qeydə alınmayıb, lakin bu isti aylarda əqrəb və ilan sancmalarının sayının xeyli artdığı bəlli olmuşdur. Hörümçək-qaraqurd sancmaları da qeydə alınmışdır.

Cari il aprelin sonlarından indiyədək Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə ilan sancması nəticəsində 38 nəfər müraciət edib, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Bu barədə "Turan" agentliyinin həmin şöbənin müdiri Azər Maqsudova istinadən verdiyi xəbərdə deyilir.

Azər Maqsudov bildirir ki, ilan sancması ilə xəstələr klinikaya əsasən Abşeron, Masallı, Lənkəran, Bərdə və Yevlax rayonlarından gətirilib. Təhlükə təşkil edən gürzə ilanlarıdır. Bundan başqa, toksikologiya şöbəsinə əqrəb sancması ilə 9 xəstə daxil olub, onların 6-nın vəziyyəti ağır olub, amma heç biri ölümlə nəticələnməyib. Həkim bildirib ki, hörümçək-qaraqurd sancmasından bir qədər az insan zərər çəkib. 6 belə xəstənin hamısının vəziyyəti ağır olub, amma yenə də ölüm olmayıb. Əqrəb və hörümçək sancmış xəstələr Abşeron və Qobustan rayonlarından gəliblər.

Arı sancmasına allergik reaksiyası olan xəstələr də burada müalicə olunur. Azər Maqsudov bütün dincələnlərə təbiətdə, xüsusən meşə gəzintilərində diqqətli olmağı, gənələrdən qorunmağı tövsiyə edir.

Azər Maqsudov medikamentoz zəhərlənmələrin statistikasını da açıqlayıb: cari ilin 6 ayı ərzində 136 hal qeydə alınıb, xəstələrdən 2-si dünyasını dəyişib. Əsasən, medikamentoz zəhərlənmələr narkotikin artıq dozada qəbulundan baş verib.

Sirkə turşusundan (essensiya) zəhərlənmə 48 xəstədən 2-nin ölümünə səbəb olub. Belə zəhərlənmələr əsasən məişət münaqişələri zəminində baş verir. Qış aylarında dəm qazından 73 zəhərlənmə halı qeydə alınıb, onlardan biri ölümlə nəticələnib.

Alkoqoldan zəhərlənmələrə gəlincə, toksikologiya şöbəsinə bu diaqnozla 54 xəstə daxil olub. Benzol, kerosin və asetonla zəhərlənmədən 8 xəstə gətirilib, ölüm halları qeydə alınmayıb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Bölgələrdə informasiya əldə etməklə bağlı ciddi problemlər var
Azərbaycan Jurnalistlər Birliyinin Cənub bölgəsində fəaliyyət göstərən Media Hüquq Mərkəzi Lənkəranda region jurnalistləri üçün "İnformasiya əldə etmək huququ və informasiya sorğusunun hazırlanması" movzusunda seminar keçirib.

"Duzlu göl"də çimməyə qoyulan yasaq bu il də qüvvədədir
Lakin "müalicə" məqsədilə bu xəstəlik mənbəyinə könüllü üz tutanlar az deyil

Açıq su satışı davam etdirilir
Bu, yoluxucu xəstəliklərin yayılmasında daha bir təhlükə mənbəyidir

Beş metro stansiyasında ikinci çıxış tikiləcək
Stansiyaların sayı 60-a çatacaq, Bakı-Sumqayıt xəttində sürət qatarı şütüyəcək

Türk Dünyası riyaziyyatçılarının növbəti konqresi Bakıda keçiriləcək
Bu, Azərbaycan elminin prestijini artıran çox önəmli bir tədbir kimi düşünülür

Tələbə adını qazananların siyahısı üç gündən sonra açıqlanacaq
50-dən yuxarı bal toplayanlar isə orta ixtisas məktəblərinə üz tuta bilərlər

Orta məktəb şagirdlərində siqaretə meyil artıb
Əksəriyyət dəb xatirinə çəkir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər