Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
"Duzlu göl"də çimməyə qoyulan yasaq bu il də qüvvədədir
"Duzlu göl"də çimməyə qoyulan yasaq bu il də qüvvədədir
Lakin "müalicə" məqsədilə bu xəstəlik mənbəyinə könüllü üz tutanlar az deyil
Şənbə, 01.08.2009

mətn ölçüsü  

Hövsan-Zığ magistral yolunun kənarında yerləşən "Duzlu göl" xəstəlik mənbəyinə çevrilib. Ərazidə antisanitar vəziyyət hökm sürdüyündən yoluxucu xəstəliklərə tutulma ehtimalı var. Yəni bu göldə çimməklə dəri-zöhrəvi xəstəliklərin daşıyıcısına çevrilmək şansı böyükdür. Buna səbəb göldə indiyə qədər heç bir dezinfeksiya tədbirlərinin aparılmadığı və müxtəlif xəstəliklərin daşıyıcılarının gölə təşrif buyurmasıdır.

Bəlli olduğu kimi, vətəndaşlar bu gölə həkim məsləhəti olmadan, türkəçarə yolu ilə müalicə məqsədilə gəlirlər. Bu isə əksər hallarda duzlu süyun orqanizmə mənfi təsiri ilə nəticələnir. Yerli sakinlər isə sudan çıxarılaraq aylarla şəraitsiz mühitdə saxlanan palçığı vətəndaşlara təkrar satmaqla xəstəliyin yayılmasında aktiv rol oynayırlar. Nəticədə gölün suyu və palçığı vasitəsilə yoluxucu xəstəliklərin yayılma riski artıb.

Builki çimərlik mövsümündə də "Duzlu göl"də çimmək rəsmən qadağan edilib. Buna səbəb gölün ətrafının sanitar normalara cavab verməməsidir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun bildirdiyinə görə, göldə çimməyə 2006-cı ildən qadağa qoyulub. Bu il də vəziyyət dəyişmədiyindən qərar qüvvəsində qalıb. Lakin "Duzlu göl"dən "müalicəvi" məqsədlə istifadə edilir. Artıq "Neftçilər", "Əhmədli" stansiyasında göl istiqamətində 74 saylı marşrut istifadəyə verilib. Havaların küləkli keçməsinə baxmayaraq, gölə getmək istəyənlər çoxdur. "Müalicəvi" əhəmiyyətli gölün yaxınlığında çimməyin qadağan edildiyini təsdiqləyən xəbərdarlıqlar vurulmayıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Elçin Behbudov: "Novruzəli Məmmədovun səhhətindəki problem həyatı üçün təhlükə yaratmır"

Bölmənin digər xəbərləri
 
Bölgələrdə informasiya əldə etməklə bağlı ciddi problemlər var
Azərbaycan Jurnalistlər Birliyinin Cənub bölgəsində fəaliyyət göstərən Media Hüquq Mərkəzi Lənkəranda region jurnalistləri üçün "İnformasiya əldə etmək huququ və informasiya sorğusunun hazırlanması" movzusunda seminar keçirib.

Açıq su satışı davam etdirilir
Bu, yoluxucu xəstəliklərin yayılmasında daha bir təhlükə mənbəyidir

Bu isti aylarda daha bir təhlükə: əqrəb və ilan sancmaları
Hörümçək-qaraqurd və gənə sancmaları da qeydə alınmışdır

Beş metro stansiyasında ikinci çıxış tikiləcək
Stansiyaların sayı 60-a çatacaq, Bakı-Sumqayıt xəttində sürət qatarı şütüyəcək

Türk Dünyası riyaziyyatçılarının növbəti konqresi Bakıda keçiriləcək
Bu, Azərbaycan elminin prestijini artıran çox önəmli bir tədbir kimi düşünülür

Tələbə adını qazananların siyahısı üç gündən sonra açıqlanacaq
50-dən yuxarı bal toplayanlar isə orta ixtisas məktəblərinə üz tuta bilərlər

Orta məktəb şagirdlərində siqaretə meyil artıb
Əksəriyyət dəb xatirinə çəkir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər