Hal-hazırda Ayna qəzetinin 01.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 01.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Bölgələrdə informasiya əldə etməklə bağlı ciddi problemlər var
Şənbə, 01.08.2009

X.Xəzər
X.XƏZƏRLİ
mətn ölçüsü  

Azərbaycan Jurnalistlər Birliyinin Cənub bölgəsində fəaliyyət göstərən Media Hüquq Mərkəzi Lənkəranda region jurnalistləri üçün "İnformasiya əldə etmək huququ və informasiya sorğusunun hazırlanması" movzusunda seminar keçirib. Qeyd edək ki, Media Huquq Mərkəzi Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Cənub bölgəsində fəaliyyət göstərən jurnalistlərin huquqi maarifləndirilməsi" layihəsi çərçivəsində fəaliyyət göstərir.

Layihənin koordinatoru Xaqani İbadov bildirib ki, bölgələrdə icra stukturlarından informasiya əldə etməkdə ciddi problemlər var. Bundan başqa, yerli jurnalistlərin əksər hissəsinin məlumat əldə etməklə bağlı huquqi bilgiləri azdır və bunun nəticəsində problemlərlə üzləşirlər. İctimai əhəmiyyətli informasiyalara çıxış imkanlarının məhdudluğu üzündən regionda nəşr olunan qəzetlərdə birbaşa mənbədən alınan məlumatlar xeyli kasaddır və əksər qəzetlərdə bu öz əksini tapır.

Müstəqil hüquqşünas Rahim Seyfullayev jurnalistlərin informasiya əldə etməklə bağlı huquqlarından danışıb və muvafiq qanunvericilikdə əks olunmuş maddələri şərh edib. "Cənub bölgəsində jurnalistlərin hüquqi maarifləndirilməsi" layihəsinin eksperti Tərəfsiz Jurnalistlər (Parlament Jurnalistləri) Birliyinin sədri Elşad Eyvazlı bölgə mətbuatının məlumat əldə etmə ilə bağlı maarifləndirmə tədbirlərinə ehtiyac olduğunu deyib. Onun sözlərinə görə, hazırkı şəraitdə informasiya əldə etmək daha çox jurnalistin şəxsi bacarıq və imkanlarının ümidinə qalıb. Müvafiq icra strukturlarından informasiya əldə etmək üçün hüquqi bazanın zəruri olduğunu vurğulayan E.Eyvazlı yerli dövlət idarələrini bununla bağlı məlumatlandırmağa ehtiyac olduğunu deyir.

Tədbirdə iştirak edən yerli jurnalistlər məsələ ilə bağlı öz fikirlərini açıqlayıb təkliflərini verdilər. Media Hüquq Mərkəzində informasiya sorğularının cavablandırılmasının araşdırılması üçün monitorinq qrupunun yaradılması təklif edildi. Seminarda Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi Mirzə Zahidov iştirak edirdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Uşaqlar üçün "qaynar xətt" açılacaq

Mediaya "farağat" komandası?

Bölmənin digər xəbərləri
 
"Duzlu göl"də çimməyə qoyulan yasaq bu il də qüvvədədir
Lakin "müalicə" məqsədilə bu xəstəlik mənbəyinə könüllü üz tutanlar az deyil

Açıq su satışı davam etdirilir
Bu, yoluxucu xəstəliklərin yayılmasında daha bir təhlükə mənbəyidir

Bu isti aylarda daha bir təhlükə: əqrəb və ilan sancmaları
Hörümçək-qaraqurd və gənə sancmaları da qeydə alınmışdır

Beş metro stansiyasında ikinci çıxış tikiləcək
Stansiyaların sayı 60-a çatacaq, Bakı-Sumqayıt xəttində sürət qatarı şütüyəcək

Türk Dünyası riyaziyyatçılarının növbəti konqresi Bakıda keçiriləcək
Bu, Azərbaycan elminin prestijini artıran çox önəmli bir tədbir kimi düşünülür

Tələbə adını qazananların siyahısı üç gündən sonra açıqlanacaq
50-dən yuxarı bal toplayanlar isə orta ixtisas məktəblərinə üz tuta bilərlər

Orta məktəb şagirdlərində siqaretə meyil artıb
Əksəriyyət dəb xatirinə çəkir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər