Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Orduda qəsdən adam öldürmə cinayətləri artıb
Orduda qəsdən adam öldürmə cinayətləri artıb
Xanlar Vəliyev: "Bu növ cinayətlərin qarşısının alınması üçün tədbirlər görülür"
Şənbə, 25.07.2009

C.Məmmədov mətn ölçüsü  

Dünən Hərbi Prokurorluqda hərbi prokuror Xanlar Vəliyevin sədrliyi ilə kollegiya keçirilib.  Kollegiyada ərazi hərbi prokurorluqlarında keçirilən əməliyyat müşavirələrinin nəticələri müzakirə olunub, tabe prokurorluqların əməkdaşları tərəfindən qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması, işin səmərəliliyinin artırılması baxımından həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Kollegiyada çıxış edən Xanlar Vəliyev deyib ki, əvvəlki hesabat dövrü ilə müqayisədə 2009-cu ilin birinci yarısında qeydə alınan tabelik qaydası əleyhinə olan cinayətlər, o cümlədən hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə cinayətləri, fərarilik, habelə qeyri-hərbi cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb: "Qeydə alınan cinayətlərin 98,6 faizi açılıb. Törədilən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Bütövlükdə respublikanın hərbi birləşmələrində törədilən cinayət hadisələri, xüsusilə hərbi xidmətdən yayınma, o cümlədən fararilik cinayətləri, özünü öldürmə dərəcəsinə çatdırma və başqa cinayətlər əhəmiyyətli şəkildə azalsa da, qəsdən adam öldürmə və tabeçilik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri artıb. Silahlı Qüvvələrdə bu növ cinayətlərin qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Bu sahədə istər qanunla nəzərdə tutulan tədbirlərin, istərsə də profilaktik məqsədlə təbliğatın səmərəliliyi və intensivliyi artırılmalı, müsbət nəticələr əldə olunması təmin olunmalıdır".

Kollegiyada qeyd olunub ki, hərbi prokurorluq orqanları tərəfindən cinayətlər nəticəsində vurulan maddi ziyanın 95,4 faizinin istintaq zamanı ödənməsi təmin edilib ki, bu da 2008-ci illə müqayisədə 37,6 faiz çoxdur: "2009-cu ilin birinci yarısında Hərbi Prokurorluq orqanlarında vətəndaşların 969 müraciəti baxılaraq müsbət həllini tapıb, 271 vətəndaş müxtəlif məsələlərlə bağlı qəbul edilib. Hərbi hissə və birləşmələrdə 245 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul edilməsi təmin edilib".

Xanlar Vəliyev bildirmişdir ki, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciəsi, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan maddələrinə tövsif edilib. Kollegiyada qeyd olunub ki, sözügedən faktlarla bağlı cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri üzrə araşdırılır.

Hərbi prokuror onu da əlavə edib ki, cinayət işi üzrə 282 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Daha sonra kollegiyada məlumat verildi ki, bu ilin altı ayı ərzində Hərbi Prokurorluğun bir işçisi prokurorluq orqanlarından xaric olunub, beş işçi isə intizam məsuliyyətinə cəlb edilib. İclasda o da qeyd olunub ki, bu ilin altı ayı ərzində xidməti fəaliyyətində fərqləndiklərinə görə 40 əməkdaş baş prokurorun və respublika hərbi prokurorunun əmri ilə həvəsləndirilib.

Bundan başqa, Hərbi Prokurorluq əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması üçün mərkəzi aparatın və ərazi hərbi prokurorluqlarının inzibati binaları əsaslı surətdə yenilən qurulub. Hazırda Respublika hərbi prokurorluğunun yeni 9 mərtəbəli və Qazax hərbi prokurorluğunun inzibati binalarının inşası davam etdirilir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Gənc fəalların həbsi ilə bağlı etirazlar davam edir
200-dən çox gəncin imzası ilə prezidentə məktub ünvanlanıb

Ölkənin radiasiya fonu normaldır
Zaqatala rayonu istisna təşkil edir

Yardımlıda 250 hektarlıq xaşxaş plantasiyası aşkarlanıb
İyulun 24-də DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) cənub zonası üzrə regional şöbəsi ilə Yardımlı Rayon Polis Şöbəsi (RPŞ) "Xaşxaş-2009" adı altında birgə əməliyyat tədbiri keçirib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər