Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Gənc fəalların həbsi ilə bağlı etirazlar davam edir
Gənc fəalların həbsi ilə bağlı etirazlar davam edir
200-dən çox gəncin imzası ilə prezidentə məktub ünvanlanıb
Şənbə, 25.07.2009

Tural mətn ölçüsü  

Emin Milli və Adnan Hacızadənin həbsi ilə əlaqədar 200-dən çox vətəndaşın imzası ilə prezident İlham Əliyevə məktub göndərilib. Məktubda gənclərin haqsız yerə həbs olunduqları bildirilir və onların azadlığa buraxılması istənilir. Bu barədə "Azadlıq" radiosuna AN gənclər şəbəkəsinin üzvü Vəfa Cəfərova məlumat verib.

"Məktubda biz prezidentə onun Konstitusiyaya and içərkən üzərinə götürdüyü vəzifələri xatırladırıq. Prezident ölkə vətəndaşlarının hüquqlarını qoruyacağına and içib, deməli, hamının hüquqlarını qorumalıdır. Çünki hamının prezidentidir və ona görə də bu missiyanı yerinə yetirməlidir. Biz Eminin və Adnanın əfv olunmasını deyil, günahsız olduqlarının sübuta yetirilməsini istəyirik", - deyə Vəfa Cəfərova bildirib.

Avropa Birliyindən də bu iki gəncin həbsini pisləyən bəyanat yayılıb. "Avropa Birliyi Azərbaycanda iki gənc fəalın - Adnan Hacızadə və Emin Millinin həbsini dərin narahatlıqla qarşılayıb. Biz beynəlxalq ictimaiyyətin bu işdə ədalətlilik və şəffaflığa çağırış yer alan çoxsaylı müraciətlərinə qoşuluruq". "Turan"ın xəbərinə görə, bu bəyanatla AB sədrliyi çıxış edib. Bəyanatda o da xatırladılır ki, sözügedən mövzu cari il iyulun 20-də Bakıda keçirilən görüşlər zamanı da müzakirə olunub.

İyulun 23-də Səbail Məhkəməsi gənclərin vəkillərinin polisə qarşı qaldırdıqları iddiaya baxıb. Hakim Famil Nəsibovun sədrlik etdiyi proses qapalı keçirilib. Vəkillər şikayət ərizəsində gənc fəalların saxlanarkən Səbail Polis İdarəsində pis rəftara məruz qaldıqlarını və onların müdafiə hüququnun pozulduğunu yazıblar. Lakin məhkəmə iddianı təmin etməyib və vəkillər bu qərardan yuxarı instansiyalara şikayət edəcəklərini bildiriblər.

Gənc fəalların həbsi BMT-nin İnsan Haqları Komitəsi tərəfindən də kəskin tənqid olunub. "Reuters" xəbər verir ki, komitə üzvlərinin bu həftə ərzində verdikləri bəyanatlar çox sərt bir hesabatın hazırlandığını göstərir. Belə ki, cari il iyulun 31-də BMT İnsan Haqları Komitəsi Azərbaycanın insan haqlarına necə riayət etməsi barədə hesabat verəcək.

Xatırladaq ki, keçən bazar ertəsi və çərşənbə axşamı öz iclasına toplaşan 18 üzvlük komitə Azərbaycanda baş verənləri, jurnalistlərin həbs və öldürülmə səbəblərini araşdırıb. Eyni zamanda komitə üzvləri buradakı həbsxanalarda baş verən intiharların kökü və müxalifətin aksiyalarının yasaq edilmə səbəblərini də müzakirə ediblər.

İclasda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov burada jurnalistlərin yalnız qanun pozuntularına görə tutulduqlarını deyib. Bu isə komitə üzvlərinin etirazına səbəb olub. "Belə görünür ki, Azərbaycan polis zorakılığını danmağı özünə adət edib", - deyə üzvlərdən biri cavab verib. ("Azadlıq" radiosu)

Yeri gəlmişkən, bir gün öncə ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Karl Skott da bəyanatla çıxış edərək ölkəsinin Azərbaycanda gənclərin həbsindən narahat olduğunu bildirib. Gənclərin istintaq müddətinə həbsindən, vəkillərin onlarla görüşməsinə imkan verilmədiyindən və həbs olunanlara tibbi yardım göstərilmədiyindən xüsusilə narahatlıq ifadə edən Skott bəyan edib ki, Azərbaycanın yüksəkvəzifəli şəxslərinə bu narahatlıq çatdırılıb. O, bir daha Azərbaycan hökumətini A.Hacızadə və E.Millini azad etməyə çağırıb.

Bununla yanaşı, bu yaxınlarda ölkəmizdə səfərdə olan İsveçin xarici işlər naziri Karl Bildt də iki bloqçunun həbsindən narahatlıq ifadə etmişdi və bu narahatlığı prezident İlham Əliyevin diqqətinə çatdırdığını demişdi.

Bakıda ofisləri olan beynəlxalq QHT-lər də Cenevrədə mətbuat konfransı keçirərək, bu həbsi pisləyiblər. Onlar bəyan ediblər ki, Azərbaycan neft-qaz ölkəsi olduğu üçün burada baş verən qanunsuz olaylarla bağlı AB-nin və beynəlxalq aləmin tənqidləri söz olaraq qalacaq.

Cenevrədə yerləşən Numan Rights Nouse Foundation təşkilatının təmsilçisi isə təcrübəyə dayanaraq, öz neftləri olan ABŞ və Norveçin daha sərt mövqe tutacağını qeyd edib. ("Mediaforum")

Xatırladaq ki, E.Milli və A.Hacızadə cari il iyulun 8-də Bakıda fəaliyyət göstərən "Livan" ("Lebanist") restoranında baş verən münaqişəyə görə həbs olunublar. Qarşıdurma yaratmaqda günahlandırılan gənclər xuliqanlıq maddəsi ilə ittiham olunurlar. Bu baxımdan məhkəmənin qərarı ilə onların hər birinin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycandakı həbs Avropanı "silkələdi"

Bölmənin digər xəbərləri
 
Ölkənin radiasiya fonu normaldır
Zaqatala rayonu istisna təşkil edir

Orduda qəsdən adam öldürmə cinayətləri artıb
Xanlar Vəliyev: "Bu növ cinayətlərin qarşısının alınması üçün tədbirlər görülür"

Yardımlıda 250 hektarlıq xaşxaş plantasiyası aşkarlanıb
İyulun 24-də DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) cənub zonası üzrə regional şöbəsi ilə Yardımlı Rayon Polis Şöbəsi (RPŞ) "Xaşxaş-2009" adı altında birgə əməliyyat tədbiri keçirib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər