Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Qarabağ danışıqlardan Ermənistana görə kənarda qalıb"
"Qarabağ danışıqlardan Ermənistana görə kənarda qalıb"
Metyu Brayza: "Hər iki tərəfin atacağı addımların ardıcıllığı mövcuddur"
Şənbə, 25.07.2009

Cəsur Məmmədov mətn ölçüsü  

"Prezidentlərin sonuncu görüşündə hər hansı sənədin imzalanacağı ilə bağlı gözləntilər yox idi. Mən əvəllər bu barədə verdiyim müsahibədə də bu haqda bildirmişdim. Amma mən demişdim ki, prezidentlərin Moskva görüşləri zamanı qərar qəbul etmədiklərindən bir az məyus olmuşam. Ümid edirdim ki, onlar baza prinsiplərinin bir neçə əsas elementi üzrə öz konsepsiyalarını tam formalaşdırıb yekunlaşdırmaq üçün bəzi qərarlar verəcəklər. Onlar belə qərar vermədilər, amma yaxşı xəbər odur ki, onlar indiyədək baza prinsiplərinin əsas elementləri üzrə ən detallı, ən dərin məzmunlu və ən konstruktiv müzakirələrini aparmış oldular". Bunu "Azadlıq" radiosuna müsahibəsində ATƏT Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bəyan edib.

"Onların media üçün bəyanat vermədiklərini isə müxtəlif cür yozmaq olar. Mən isə bunu belə şərh edərdim ki, tərəflər çox həssas məqamları müzakirə edirlər və qərara gəliblər ki, danışıqları qapalı aparsınlar. Və məncə, bu, düzgün yanaşmadır", - deyə o qeyd edib.

"Amerika, Rusiya və Fransa prezidentləri Böyük Səkkizliyin son sammiti zamanı bəyanat verdilər və həmsədrlərə tövsiyə etdilər ki, Madrid prinsiplərinin yenilənmiş variantı hazırlanmalıdır. Həmsədrlər Krakov görüşləri zamanı bu məsələ üzərində işləyəcəklər. Mən aparacağımız müzakirələrin detalları haqda məlumat verə bilmərəm" - deyən Brayza qeyd edib ki, onların Madrid prinsiplərini tərəflərə təqdim etdikləri vaxtdan 2 ilə yaxın dövr keçir: "O vaxtdan bəri intensiv danışıqlar aparılıb və xeyli irəliləyiş əldə edilib. Xüsusən də prezidentlərin bir il qabaq Sankt-Peterburqda baş tutan görüşlərindən sonra. Onlar, sadəcə, bir-birini yaxından tanımaq üçün görüşməyiblər. Bu danışıqlar davam etdikcə onlar da baza prinsipləri ilə bağlı getdikcə daha da dərinə varan müzakirələr aparmaqdadırlar". M.Brayza bildirib ki, prezidentlər ilk dəfə keçən ilin iyununda görüşdükləri zaman tərəflərin mövqelərində mövcud olan fərqlərin aradan qaldırılmasına apara biləcək müəyyən yolların tapılmasına nail olublar. "Biz həmsədrlər olaraq onların ideyalarını dinlədik və düşünürəm ki, baza prinsiplərinin indiyəcən razılaşdırılmamış qalan bir neçə elementi üzrə fikir ayrılığının aradan qaldırılması üçün ədalətli və konstruktiv yollar tapılmasına çalışacağıq", - deyə amerikalı həmsədr qeyd edib.

Brayza deyib ki, onlar ziyalıların qarşılıqlı səfərini tam dəstəkləyir və xalq diplomatiyası ilə bağlı cəhdlər tezliklə bərpa ediləcək.

REKLAM

Bu, çox mühümdür. Xalqın dəstəyi olmadan heç bir razılaşmanın əldə edilməsi mümkün deyil. Məncə, bəziləri belə halları həddən artıq dramatikləşdirir. Anlamaq lazımdır ki, biz indi danışıqlar prosesindəyik. Proses indiyədək müşahidə edilməyən intensivliklə davam edir və biz bu proses davam etdiyi dövrdə insanlara arada nəfəslərini dərməyə, öz mövqelərini yenidən nəzərdən keçirməyə imkan yaratmalıyıq".

Dağlıq Qarabağ ermənilərinin danışıqlar prosesində iştirakı ilə bağlı fikirlərə münasibətini açıqlayan M.Brayza qeyd edib: "Bir neçə il əvvələdək Dağlıq Qarabağ ermənilərinin nümayəndələri də danışıqlar masası arxasında otururdu. Amma sonra Yerevan qərara gəldi ki, danışıqlar masasında onları təmsil etsin. Onları geri - masaya qaytarmaq üçün qarşılıqlı razılıq olmalıdır. Və ümid edirik ki, bu, irəlidə müəyyən məqamda baş verəcək".

Brayza bildirib ki, Dağlıq Qarabağ "hakimiyyəti"nin danışıqlarda birbaşa iştirakına ehtiyac var: "İndi onlar dolayısı ilə bu prosesdə iştirak edirlər. Biz onların fikirlərini dinləmişik və həmin fikirləri danışıqlar prosesinə cəlb etməyə çalışırıq. Hansısa qərarın qəbulu üçün həmin qərarın aid olduğu insanların fikirlərini öyrənmək lazımdır. Gec-tez onları da nəzərə almaq lazım gələcək. Gec-tez, ümid edirəm ki, tezliklə, onlar da danışıqlarda birbaşa iştirak edəcək. Amma yenə də deyirəm ki, onların iştirakı elə məsələdir ki, burada tərəflər arasında qarşılıqlı razılaşma olmalıdır".

M.Brayzanın fikrincə, hazırda hər iki tərəf üçün danşıqlarda irəliləmək çətindir: "Çünki biz 15 ildir həll edilməmiş qalan bir münaqişənin çözülməsinə çalışırıq. Əgər konfliktin çox asan həll yolu mövcud olsaydı, çoxdan reallaşardı".

"Mən deməzdim ki, bir ölkədə xalqın münaqişənin təklif olunan həll yolunu dəstəkləməsi o biri ölkədən daha asandır. Mən Azərbaycan prezidenti İlham Əliyevin verdiyi son iki cəsarətli bəyanatı qeyd etmək istərdim. Bunların hər ikisini o, Moskvada olarkən verib - biri apreldə, digəri isə iyulun əvvəlində. Həmin bəyanatlarla o, öz xalqını danışıqlar prosesində irəli getməyə və razılıq əldə olunmasına hazırlamağa başladı.

Bir neçə ay qabaq Ermənistan prezidenti Sarkisyan da Əliyevlə apardığı danışıqları müzakirə etmək üçün öz ölkəsinin siyasi qüvvələri ilə görüş keçirdi. Ümumiyyətlə, Amerika, Fransa və Rusiya prezidentlərinin danışıqlarla bağlı son bəyanatı, ziyalıların görüşü və sair - bütün bunların nəticəsində hər iki ölkənin siyasi arenasında bir qədər dalğalanma əmələ gəlib. Və bəzən bu dalğaların sakitləşməsi üçün bir az vaxta, müddətə ehtiyac olur. Biz də aktivliyin yavaşıdığı yay aylarının verdiyi fürsətdən istifadə edib Madrid prinsiplərinin yeni variantı üzərində işləyirik", - deyə Brayza vurğulayıb.

İndi müzakirə olunan həll variantında birinci addımı kim atmalıdır? Suala cavabında Brayza qeyd edib ki, kiminsə birinci addımı atacağı haqda danışmaq olmaz: "Baza prinsipləri hər iki tərəfin eyni zamanda ilk addım atmasını nəzərdə tutur. Hər iki tərəfin atacağı addımların ardıcıllığı mövcuddur. Prezident Əliyevin rayonların qaytarılması ilə bağlı dedikləri xatırlandı. Amma sülh sazişi imzalanarsa, Azərbaycan da eyni zamanda bəzi addımlar atmalıdır. Bura prezident Əliyevin Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin mümkünlüyü haqda dedikləri, həmsədrlərin Dağlıq Qarabağ üçün müvəqqəti status haqda bildirdikləri də daxildir. Yəni ümumilikdə münaqişənin mərhələli variant üzrə həlli planlaşdırılsa da, ilkin mərhələdə Azərbaycan və Ermənistanın eyni vaxtda atacağı addımlar mövcuddur".

Amerikalı həmsədr bildirib ki, status məsələsi danışıqlarda ən fundamental məsələlərdəndir: "Dağlıq Qarabağın müvəqqəti və yekun statusu nə olacaq? Başqa fundamental və çətin məsələlər Qarabağda yaşayan və ora qayıdacaq insanların təhlükəsizliyidir (milliyyətindən asılı olmayaraq), eləcə də Azərbaycan və Ermənistan arasında kommunikasiya yollarının açılması".

Brayza yaxın gələcək üçün planlarından da danışıb: "Çox güman ki, sentyabrın əvvəllərində biz yenidən regiona səfər edəcəyik. Bundan sonra biz prezidentlərin görüşlərinin davam etməsinə ümid edirik. Ola bilsin ki, onlar ya sentyabrın sonunda, ya da oktyabrın əvvəlində görüşəcəklər".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Bölmənin digər xəbərləri
 
İsrail Azərbaycana yeni səfir təyin edib
Artur Lenk isə ölkəsinə yola düşməyə hazırlaşır

Orduda rotasiya problemi
Orduda kompleks "yerdəyişmə" tədbirlərinin görülmə zəruriliyi ortadadır, əks təqdirdə itkilər artacaq

Ermənistan dünyanı aldadır
2008-ci ildə Rusiyadan 800 milyon dəyərində silah alan Yerevan rəsmi hesabatında faktı təhrif edib

Müxalifət "Siyasi partiyalar haqqında" yeni qanundan əlini üzüb
Hesab edirlər ki, payızda müzakirəsi gözlənən yeni qanun demokratik düşərgəni əzməyə yönəlib

Azərbaycan heyəti Cenevrədə çətinə düşüb
İnsan haqlarının təmin olunmasına dair suallara bizim rəsmilərin verdikləri cavablar təsdiqini tapmır

Azərbaycanın diplomatiya tarixi üç cilddə çıxacaq
Tarixçi alim Cəmil Həsənlinin yazdığı ilk cild işıq üzü gördü

Cəbhənin o tayından isterik səslər
"Tutduğumuz torpaqlar bizimdir!!!"

Solomon Ortiz: "907-ci düzəliş ləğv olunmalıdır"
Amerikalı konqresmen bunun ədalətsiz olduğunu düşünür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər