Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Azərbaycan heyəti Cenevrədə çətinə düşüb
Azərbaycan heyəti Cenevrədə çətinə düşüb
İnsan haqlarının təmin olunmasına dair suallara bizim rəsmilərin verdikləri cavablar təsdiqini tapmır
Şənbə, 25.07.2009

İdrak Abbasov mətn ölçüsü  

Bir neçə gün əvvəl Cenevrədə BMT-nin İnsan Hüquqları komitəsinin sessiyasında mülki və siyasi hüquqlar üzrə pakta dair Azərbaycanın üçüncü dövrə məruzəsinə baxılıb. XİN-in yaydığı xəbərə görə, Azərbaycan heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfov tədbirdə çıxış edərək Azərbaycanda insan hüquqları və azadlıqlarının möhkəmləndirilməsi üçün yaradılan səylər barədə məlumat verib. Xələfov bu ilin martında ölkə Konstitusiyasına edilmiş düzəlişləri insan hüquqları və azadlıqlarının möhkəmləndirilməsi və inkişafı baxımından faydalı adlandırıb.

Habelə məlumatda Xələfovun insan alverinə qarşı mübarizədə görülən tədbirlər barədə məlumat verdiyi və nailiyyətlərlə yanaşı, ölkənin qarşılaşdığı çətinliklər və problemlər, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, onun ağır nəticələri barədə danışdığı da bildirilir.

Reportyorların Təhlükəsizliyi və Azadlığı Təşkilatının hüquqşünası, orada hökumətin opponenti qismində iştirak etmiş Rəsul Cəfərovdan "Ayna"ya daxil olan məlumata əsasən, Xələf Xələfov söz və ifadə azadlığı ilə bağlı çıxışında KİV-lərin müstəqilliyinin artırılması üçün onlara münasibətdə vergilərin azaldıldığını, kreditlər verildiyini, borclarının silindiyini bildirib. Azərbaycanda 3800-dən artıq qəzet və jurnalın nəşr edildiyini, 7 ümumrespublika, 14 regional telekanalın və 11 radionun fəaliyyət göstərdiyini deyən Xələfov nədənsə ümumrespublika yayımında olan telekanalların sayını az göstərib.

Sessiyada digər buna bənzər hal nümayəndə heyətimizin komitə üzvlərinin məruzəyə dair suallarını cavablandırarkən baş verib. Belə ki, sualları əsasən respublika baş prokurorunun müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini Oruc Zalov cavablandırıblar. Suallar əsasən həbsdə olan gənc blogerlər və jurnalistlər, habelə "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin üstünün açılması, təzyiqə məruz qalmış jurnalistlərlə bağlı kimsənin cəzalandırılmamağı barədə olub.

Baş prokurorun müavini Rüstəm Usubov "Monitor" jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı heç kimin məsuliyyətə cəlb edilmədiyi fikri ilə razılaşmayaraq baş redaktorun qətlində Xubanov Tahir və Əliyev Teymuraz ad-soyadlı Gürcüstan vətəndaşlarının təqsirli olduğunu və onların beynəlxalq axtarışa verildiyini bildirdi. Bayramov Turqay adlı şəxsin isə adları çəkilən şəxslər üçün yalan məlumatlar təqdim edərək mobil telefon nomrələri əldə etdiyi üçün 2005-ci ildə məhkəmənin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edildiyini deyən R.Usubov Xubanovun və Əliyevin Azərbaycana gətirilməsi üçün 6 dəfə Gürcüstanın hüquq-mühafizə orqanlarına müraciət edildiyini, lakin müsbət cavab almadıqlarını da vurğulayıb. Hər halda Gürcüstan hüquq-mühafizə orqanları Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə ilə bağlı azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq ediblər və bu əməkdaşlıqdan rəsmilər məmnunluqlarını da ifadə ediblər. Bu baxımdan baş redaktorun qətlində şübhəlilərlə bağlı rəsmi Tbilisinin Azərbaycanla əməkdaşlıqdan boyun qaçırması da çoxlu suallar doğurur.

Məlumata görə, daha sonra Usubov jurnalistlərin zorakılığa məruz qalması ilə bağlı halların Azərbaycanda şişirdildiyini, onlara yalnız 2 faktın məlum olduğunu və onların da araşdırıldığını deyib. Onun sözlərinə görə, "Yeni Müsavat" qəzetinin əməkdaşı Zamin Hacıya qarşı zorakılığa görə Akif Nağı uzunmüddətli həbs cəzası ilə cəzalandırılıb.

Cənab Usubovun BMT-nin ali tribunasından verdiyi məlumatı zərərçəkmişlə dəqiqləşdirən "Ayna"nın əməkdaşı ilə telefon söhbətində Zamin Hacı təəccübünü gizlətmədi. Onda belə bir məlumatın olmadığını və Akif Nağının da azadlıqda olduğunu dedi.

Akif Nağının əl telefonuna açdığımız zəngə də özü cavab verdi və o bu məlumatdan xəbərsiz olduğunu dedi: "Düzdür, Zamin bəylə aramızda mübahisə olub və bu məsələ ilə bağlı məni istintaqa çağırıb ifadəmi alıblar. Amma daha sonra istintaqın gedişindən xəbərim olmayıb. Elə "Yeni Müsavat" qəzetinin bu məsələ ilə bağlı istintaqa verdiyi sorğunun cavabında oxumuşam ki, baş vermiş hadisədə cinayət tərkibi olmadığı üçün işə xitam verilib. Başqa heç nə deyə bilmərəm".

Bundan başqa, Usubov bildirib ki, "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması faktı ilə bağlı da məsələ tam araşdırılaraq Xəlilin Sergey Strekalin tərəfindən bıçaqlanması aydın olub və Strekalin bu əməlinə görə cəzalandırılıb. Amma Xəlil aləmə car çəkərək həmin şəxs tərəfindən bıçaqlanmadığını deyir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
İsrail Azərbaycana yeni səfir təyin edib
Artur Lenk isə ölkəsinə yola düşməyə hazırlaşır

Orduda rotasiya problemi
Orduda kompleks "yerdəyişmə" tədbirlərinin görülmə zəruriliyi ortadadır, əks təqdirdə itkilər artacaq

Ermənistan dünyanı aldadır
2008-ci ildə Rusiyadan 800 milyon dəyərində silah alan Yerevan rəsmi hesabatında faktı təhrif edib

Müxalifət "Siyasi partiyalar haqqında" yeni qanundan əlini üzüb
Hesab edirlər ki, payızda müzakirəsi gözlənən yeni qanun demokratik düşərgəni əzməyə yönəlib

Azərbaycanın diplomatiya tarixi üç cilddə çıxacaq
Tarixçi alim Cəmil Həsənlinin yazdığı ilk cild işıq üzü gördü

"Qarabağ danışıqlardan Ermənistana görə kənarda qalıb"
Metyu Brayza: "Hər iki tərəfin atacağı addımların ardıcıllığı mövcuddur"

Cəbhənin o tayından isterik səslər
"Tutduğumuz torpaqlar bizimdir!!!"

Solomon Ortiz: "907-ci düzəliş ləğv olunmalıdır"
Amerikalı konqresmen bunun ədalətsiz olduğunu düşünür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər