Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
İsrail Azərbaycana yeni səfir təyin edib
İsrail Azərbaycana yeni səfir təyin edib
Artur Lenk isə ölkəsinə yola düşməyə hazırlaşır
Şənbə, 25.07.2009

Tural mətn ölçüsü  

Azərbaycandakı diplomatik missiyası başa çatan İsrail səfiri Artur Lenk ölkəsinə yola düşməyə hazırlaşır. Onun yerinə isə başqa bir diplomat - İsrailin Qazaxıstandakı keçmiş səfiri Mixael Lavon təyin olunub. Bu barədə Artur Lenk jurnalistlərlə vida görüşü zamanı məlumat verib. Onun sözlərinə görə, yeni səfir diplomatik missiyasını yerinə yetirmək üçün bu ilin avqustunda Bakıya gələcək.

Diplomatik fəaliyyəti dövründə ona göstərilən diqqət və qayğıya görə Azərbaycan hökumətinə və xalqına minnətdarlıq ifadə edən Lenk bildirib ki, geridə qalan 4 il ərzində ölkələr arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi sahəsində böyük işlər görülüb. Azərbaycanda yaşamaq qismət olduğu üçün özünü xoşbəxt sayan diplomat burada olduğu zaman özü və ailəsinin çox yüksək qonaqpərvərliyin şahidi olduğunu qeyd edib.

Keçmiş səfir Azərbaycanın İsrail ilə Suriya arasında vasitəçilik etməsi barədə yayılan məlumatlara da münasibət bildirib. Bu haqda, sadəcə, mətbuatdan oxuduğunu deyən diplomat deyib ki, Azərbaycanın İsraillə Suriya arasında aparılan danışıqlarda vasitəçilik edəcəyi barədə informasiyanın haradan qaynaqlandığını bilmir.

"Sözügedən məsələ ilə bağlı heç bir məlumatım yoxdur və bununla bağlı rəsmi bir xəbər almadım. Eyni zamanda, bu informasiyanın haradan qaynaqlandığını da bilmirəm, çünki dediyim kimi, bu barədə məlumatsızam. Ümid edirəm ki, gün gələcək və bizim Suriya ilə danışıqları bərpa etmək imkanımız olacaq. Biz çox ümid edirik ki, nə vaxtsa sülhə nail olacağıq", - deyə diplomat bəyan edib.

Xatırladaq ki, Artur Lenk 4 ildir İsrailin Azərbaycan səfiri vəzifəsində çalışır. Buradakı missiyasını başa vuran səfir İsrail qanunlarına əsasən, ölkəsinə döndükdən sonra 2 il Xarici İşlər Nazirliyində çalışacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Lənkəran 5000 turist gözləyir

Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi

Bölmənin digər xəbərləri
 
Orduda rotasiya problemi
Orduda kompleks "yerdəyişmə" tədbirlərinin görülmə zəruriliyi ortadadır, əks təqdirdə itkilər artacaq

Ermənistan dünyanı aldadır
2008-ci ildə Rusiyadan 800 milyon dəyərində silah alan Yerevan rəsmi hesabatında faktı təhrif edib

Müxalifət "Siyasi partiyalar haqqında" yeni qanundan əlini üzüb
Hesab edirlər ki, payızda müzakirəsi gözlənən yeni qanun demokratik düşərgəni əzməyə yönəlib

Azərbaycan heyəti Cenevrədə çətinə düşüb
İnsan haqlarının təmin olunmasına dair suallara bizim rəsmilərin verdikləri cavablar təsdiqini tapmır

Azərbaycanın diplomatiya tarixi üç cilddə çıxacaq
Tarixçi alim Cəmil Həsənlinin yazdığı ilk cild işıq üzü gördü

"Qarabağ danışıqlardan Ermənistana görə kənarda qalıb"
Metyu Brayza: "Hər iki tərəfin atacağı addımların ardıcıllığı mövcuddur"

Cəbhənin o tayından isterik səslər
"Tutduğumuz torpaqlar bizimdir!!!"

Solomon Ortiz: "907-ci düzəliş ləğv olunmalıdır"
Amerikalı konqresmen bunun ədalətsiz olduğunu düşünür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər