Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
"Lotu Yunus"u baltalayana hökm oxundu
"Lotu Yunus"u baltalayana hökm oxundu
Məhkəmə Vəfadar Mirzəyevə 12 il 3 ay cəza təyin etdi
Şənbə, 25.07.2009

mətn ölçüsü  

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində "kriminal avtoritet" Yunus Nəzərovu baltalayan 1982-ci il təvəllüdlü Vəfadar Mirzəyevin məhkəməsi başa çatıb. İttihama görə, Yunus Nəzərov Vəfadar Mirzəyevi ana-bacı söyüşü söyməklə təhqir edib. Bundan əsəbiləşən Vəfadar Mirzəyev onu baltalayıb.

Yunus Nəzərov 2006-cı il sentyabrın 26-da cinayətkar aləmdə nüfuz sahibi sayılan Mübariz Hacızadə və Şamil Mehdiyevlə birlikdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Əməliyyatçılar Yunus Nəzərovdan 10,124 qr, M.Hacızadədən 5 qr heroin, Ş.Mehdiyevdən isə 10,045 qr tiryək aşkar ediblər. Y.Nəzərov Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Yunis Nəzərovu baltalayan Vəfadar Mirzəyev xüsusi nəzarətdə saxlanır. Onu məhkəməyə Penitensiar Xidmətin xüsusi maşını ilə digər məhkumlardan ayrı gətirmişdilər. Məhkəmə binası da ciddi mühafizə olunurdu. Prosesin keçirildiyi zala Penitensiar Xidmətin yüksəkrütbəli əməkdaşları nəzarət edir, məhkəmə zalına daxil olanlar xüsusi qaydada yoxlanırdılar. Təqsirləndirilən şəxs isə dəmir barmaqlıq arxasında qolu qandallı əyləşmişdi.

Deyilənə görə, kriminal aləmdə böyük nüfuza malik olan şəxslərin yığıncağında Vəfadar Mirzəyev barəsində ölüm hökmü çıxarılıb. Məhkəmə iclasında çıxış edən Vəfadar Mirzəyev törətdiyi əmələ görə peşman olmadığını deyib. Onun sözlərinə görə, cinayəti zərərçəkmişin təhrikedici hərəkətləri nəticəsində törədib.

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vəfadar Mirzəyev 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Biz Əfqanıstanda döyüşməyi cinayət hesab etmirik"
"Taliban" hərəkatında iştirakda ittiham olunan şəxslərin məhkəməsi başladı

Ərini qətlə yetirən qadın məhkum edildi
Məhkəmə Zəminə Babayevaya 14 il ciddi rejimli cəza təyin etdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər