Hal-hazırda Ayna qəzetinin 25.07.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 25.07.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
"Gənclər satiranı kütləyə bayağı formada "yedizdirirlər"
"Gənclər satiranı kütləyə bayağı formada "yedizdirirlər"
Telman Adıgözəlov: "Keçən dövrün aktyorları klassik əsərlərlə böyüyürdü"
Şənbə, 25.07.2009

Şəms mətn ölçüsü  

Akademik Milli Dram Teatrının aktyoru xalq artisti Telman Adıgözəlov satiraya müraciət edən gənclərdən şikayətləndi. Aktyor onları qeyri-peşəkarlıqda suçladı və tamaşaçılara bayağı gülüş təqdim etdiklərini dedi: "Ekranlarda səviyyəsiz gülüş baş alıb gedir, məzmunlu, ciddi satira yoxdur. Bəzi aktyorlar bu peşəni bayağı təqdimatla kütləyə "yedizdirirlər". Gülüş nömrələrinin sayı artdıqca tamaşaçının tələbatını bir o qədər ödəyə bilmirlər. Çünki dəyərlər dəyişib. Biz inkişaf edirik və tələbatımız Avropaya meyillənib. İnsanları ara sözləri ilə güldürmək, bəlkə də, asandır. Amma tamaşaçı salonu tərk edəndən sonra onun eşitdikləri beynindən silinib gedəcək".

Telman Adıgözəlovu narahat edən məqamlardan biri budur ki, gənclərin gülüş tələbatını küçə ifadələri üzərində qururlar: "Mənim kiçiyindən tutmuş, böyüyünə kimi bütün sənət adamlarına hörmətim var. Lakin söhbət sənətdən gedirsə, burada susmamaq lazımdır. Mən gəncləri bir qədər düşünməyə, savadlanmağa çağırıram. Onların bayağı çıxışları mənə dərd olur. Düşünürəm ki, komediya janrı mahiyyətini itirməkdədir. Baxmayaraq ki, bu sahədə ciddi şəkildə təbliğat gedir".

Telman Adıgözəlovun sözlərinə görə, gəncləri uçuruma aparan məqsədlərdən biri də onların qısa zaman kəsiyində məşhurlaşmaq istəyidir. Onun fikrincə, bəzən ssenariləşdirilmiş mübahisələrə qoşularaq addımlarını iti atmağa çalışırlar".

Komediya janrından danışarkən aktyor sanballı əsərlərin yazılmamasını da səbəb olaraq göstərdi. Bildirdi ki, gənc yazarlar əsərlərini ironiya üzərində qururlar: "Əslində, onlar cəmiyyətin probleminə Mirzə Ələkbər Sabir dəst-xətti ilə yanaşmağa çalışırlar. Amma bu əksər hallarda dolğun şəkil almır. Onsuz da, heç kim Sabir ola bilməz. Amma özünü təsdiq etmək üçün istedadın, təhsilin vacib olduğunu söylədi".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Komediya janrının tənəzzülü: təqsir həm də seyrçidədir

Bölmənin digər xəbərləri
 
Banklar müştərilərin etibarlılığını gözdən keçirir
Qənaətləri belədir: böhranda kredit veriləsi kateqoriya dövlət sektorunda çalışanlardır

Toyuq dönərinə qoyulan qadağa qüvvədədir
Amma buna məhəl qoyan yoxdur

Mənzillərin ofis kimi istifadəsinə qanun icazə verəcək
Hələlik birinci mərtəbələrdən söz gedir

Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir
Mərkəzi Bankdan verilən məlumata görə, hazırda əhali əmanətlərini daha çox milli valyuta olan manatla saxlamağa üstünlük verir.

Bazara yeni istiqrazlar buraxılacaq
Yaxın vaxtlarda ölkənin qiymətli kağızlar bazarına yeni istiqraz buraxılacaq.

Kənd təsərrüfatında kooperasiya haqqında" qanun layihəsi hazırlanır
Ərzaq Təhlükəsizliyi Uğrunda İctimai Birliyi "Kənd təsərrüfatında kooperasiya haqqında" qanun layihəsi hazırlayır.

Ərzaq məhsulları ucuzlaşıb
Cari ilin iyun ayında ərzaq məhsullarının qiyməti 2,2 faiz ucuzlaşıb.

Texnoparklar yaradılacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə azad iqtisadi zonaların yaradılması ilə bağlı tədbirlər planı hazırlayıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər